Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Türkiyədə “Ergenekon” adı verilən əməliyyatın əslində AKP iqtidarına qarşı çıxan şəxsləri zərərsizləşdirməyə xidmət etdiyi dünən bir daha görünüb. Səhər tezdən bu əməliyyat çərçivəsində həbslərin növbəti dalğası başlayıb və bu dəfə başda AKP iqtidarını sərt tənqid edən “Kanaltürk” telekanalının keçmiş sahibi, hökumətə qarşı müxtəlif aksiyalar təşkil edən Tuncay Özkan başda olmaqla bir qrup jurnalist, keçmiş polis rəisi, prokuror və digərləri həbs ediliblər. Həbslər bu dəfə də səhərə yaxın, eyni vaxtda saxlanılan şəxslərin evlərinə və iş yerlərinə antiterror polisi tərəfindən basqın edilməklə aparılıb. Türkiyə mənbələrinin məlumatlarına görə, hazırda “Biz neçə nəfərik” adlı ictimai etiraz hərəkatına başçılıq edən Tuncay Özkan İstanbuldakı evində həbs olunub. Eyni vaxtda “Kanaltürk”ün keçmiş aparıcısı Duyğu Dikmenoğlu, kanalın keçmiş xəbər redaktoru Adnan Bulut və Esenyurt bələdiyyəsinin keçmiş başqanı Gürbuz Çapan da evlərində həbs ediliblər. Ankarada isə həmin saatlarda istefada olan polkovnik Tancu Güvendirən tutulub. O, keçmiş Ankara Dövlət Təhlükəsizlik Məhkəməsinin prokuroru, yüksək hərbi məhkəmənin fəxri üzvü idi və PKK terrorçularına qarşı bir çox mühüm qərarların çıxarılmasındakı roluna görə dövlətin xüsusi mühafizəsi altında idi. Bildirilir ki, həbslər İzmirdə də aparılıb. Həbs olunanların ümumi sayının 19 nəfər olduğu bildirilir. Onların arasında İşçi Partiyasının “Ergenekon” əməliyyatında həbs edilən sədri Doğu Perinçəkin keçmiş vəkili və “Aydınlıq” jurnalının yazarı Emcet Olcaytu da var. Saxlanılan 9 nəfərdən 4-ü Ankarada, 5-i İstanbulda həbs olunub. Saxlanılanlar arasında istefada olan məşhur polis rəisi Adil Sərdar Saçan, kardioloq, Tuncay Özkanın həkimi Məsud Özcan, dövlət məmuru Mahir Akkar, keçmiş polis əməkdaşı Hasan Kılıçarslan da yer alır. CHP-dən millət vəkili Şahin Mengü jurnalistlərə bildirib ki, Tuncay Özkan onu səhər saat 06.40 radələrində arayıb və polislərin evində axtarış apardığını deyib. O, Özkanın “Ergenekon” əməliyyatı çərçivəsində həbs edildiyini təsdiqləyib. Millət vəkili deyib ki, az sonra Özkanla telefon əlaqəsi kəsilib. Mengü bildirib ki, Özkanın səhhətində ciddi problemlər var idi və o, müntəzəm həkim nəzarətində olub. İzmirdə isə “Kanaltürk”ün keçmiş xəbər müdiri, jurnalist Adnan Bulut həbs edilib. Onu daha sonra İstanbula göndəriblər. Bildirilir ki, saxlanılan şəxslərin evlərində və iş yerlərində axtarışlar aparılıb. Qeyd edək ki, Tuncay Özkan ötən il Türkiyədə AKP-nin Abdullah Gülü prezidentliyə namizəd elan etməsinə qarşı ölkənin hər yerində keçirilən etiraz mitinqlərinin təşkilatçılarından biri idi. Bu mitinqlər zamanı Özkan əsas natiqlərdən biri kimi AKP iqtidarını, şəxsən Ərdoğanı və Gülü sərt ifadələrlə tənqid edib, onları Türkiyədə Atatürk cümhuriyyətinin təməllərini sarsıtmaqda və dini rejim qurmaq planlarında, habelə korrupsiya əməllərində ittiham edib. Özkanın bir neçə ay əvvəl hökumətə bağlı media holdinqinə satmağa məcbur olduğu “Kanaltürk”də AKP hökumətinin siyasətini müntəzəm tənqid edib. Son vaxtlar Özkan “Biz neçə nəfərik” adlı ictimai hərəkat yaradaraq AKP iqtidarına qarşı müxtəlif formada aksiyalar keçirirdi. O, “Ergenekon” əməliyyatını da sərt tənqid edənlərdən biri olub. Özkan çıxışlarından birində deyib ki, bu əməliyyat əslində Atatürkçü insanlara qarşı yönəlib: “Məni də Mustafa Kamalın əsgərlərindən biri olaraq həbs edib işgəncə maşınından keçirməsələr, mən də onların üzünə tüpürməsəm, namərdəm. Məni bu yoldan döndərə bilməzlər, onlardan hər cür namussuzluğu gözlədim, bunu da gözləyirəm, mənim qaranlıqla mübarizəm davam edəcək”. Tutulanlardan biri də İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin keçmiş rəisi Adil Sərdar Saçandır. O, 1998-ci ildən 2003-cü ilədək bu vəzifəni icra edib, mütəşəkkil cinayətkarlıqla sərt mübarizə aparması ilə tanınıb, 11 mindən çox belə əməliyyat keçirib. Türkiyənin ən böyük korrupsiya əməliyyatlarına başçılıq edib. Tanınmış mafiya babalarını istintaqa cəlb edib, bir çoxunu həbsə göndərib. Sedat Peker, Ələddin Çakıcı, Sedat Şahin kimi məşhur mafiozlara qarşı əməliyyatlar aparıb. Sonda Saçan iş adamından rüşvət almaqda və universitet tələbəsinə işgəncə verməkdə ittiham olunaraq AKP-nin iqtidara gəlişindən sonra işdən azad edilib və polisdən qovulub. İndiki “Ergenekon” işi ilə bağlı ilk dəlilləri də vaxtilə elə onun özünün üzə çıxardığı bildirilir. Belə ki, Saçan “Ergenekon” işinin əsas şəxsi hesab edilən və hazırda mühacirətdə yaşayan Tuncay Guneyi həbs edən adamdır. Həmin vaxt Guney istintaqa ifadəsində “Ergenekon” təşkilatı haqda bilgilər verib. Hazırkı həbslərin də bir çoxu məhz şübhəli xarakterə malik Guneyin ifadələri əsasında aparılıb. Xatırladaq ki, ötən həftə də “Ergenekon” əməliyyatı çərçivəsində həbslər olub. Aralarında 4 kiçik zabit və bir kursant, habelə teatr artisti və vəkil olmaqla 9 nəfər həbs edilib. Sonradan onların bir neçəsi azadlığa buraxılıb. Həbslərin son dalğası isə AKP iqtidarının ciddi korrupsiya qalmaqalları ilə üzləşdiyi bir vaxtda aparılır. F.Məmmədov musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı