Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
"Ermənistanın gələcəyinin görünməməsi, iqtisadi və beynəlxalq təzyiq rəsmi İrəvanı qeyri-müəyyənlikdə, təlaşda saxlayır" Ermənistan prezidenti Serj Sərkisyan iki gün əvvəl verdiyi müsahibəyə düzəlişlər edib, günahı fikirlərini "təhrif edən" BBC-nin, Azərbaycan KİV-nin üstünə atıb. Xatırladaq ki, Serj Sərkisyan həmin müsahibəsində demişdi ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını həll etmək hüququ tanınmalıdır. Onun iddiasına görə, Qarabağın Azərbaycanın tərkibində olduğu sovet dövrü göstərib ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşaması mümkün deyil: "Məcbur olsaq, görsək ki, başqa çıxış yolu yoxdur, Dağlıq Qarabağın müstəqilliyini tanıyacağıq. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsə, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz. Ramiz Mikayıloğlu O ki qaldı nəzəri varianta, yəni Qarabağ hansısa şəkildə Azərbaycanın tərkibində ola bilər ya yox, bunu qarabağlıların rəyi, referendum vasitəsilə müəyyən etmək olar. Mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək - qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər. Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzaranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Başqa yol yoxdur". Serj Sərkisyan dünən məhz sonuncu cümlələrinə düzəliş edib. Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri iddia edib ki, Serj Sərkisyan investisiyalar yatırılacağı təqdirdə Qarabağ ermənilərinin referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirəcəkləriylə bağlı fikri dilinə gətirməyib. Guya BBS-nin müxbirinin sualına Ermənistan prezidentinin cavabını mətbuat təhrif edib. Nəzərə alsaq ki, BBS Böyük Britaniyaya məxsus kütləvi informasiya vasitəsidir, xarici KİV-in Ermənistan prezidentinin söylədiklərini təhrif etməkdə hər hansı marağının olduğunu düşünmək sadəlövlükdür. Əslində Türkiyəyə münasibətdə Ermənistanın xarici siyasətində bu vaxta qədər müşahidə olunmayan jestlər edən, adıçəkilən ölkənin prezidenti Abdulla Gülü İrəvana futbol yarışına baxmağa çağıran Serj Sərkisyanın tərəddüdlü bir dönəm keçirdiyini anlamaq çətin deyil. Çünki Gürcüstanda baş verən son olaylardan sonra Tiflis Rusiyayla diplomatik və iqtisadi əlaqələri kəsib. Rusiyanın forpostu olan, işğalçı siyasətinə və "soyqırım", ərazi iddialarına görə Azərbaycan və Türkiyənin blokadasıyla üzləşən Ermənistanın isə dünya ölkələriylə iqtisadi əlaqələr saxlaması üçün iki yolu qalıb. Bu, İran və Gürcüstandır. Gürcüstan yolu İranla müqayisədə daha böyük önəm daşıyır. Həm də ona görə ki, Rusiyadan da yüklər məhz bu yolla Ermənistana daşınırdı. İndi bu yol faktiki bağlanmış durumdadır. İran ətrafındasa Qərbin sanksiyaları günü-gündən sərtləşməkdədir. Ötən ilin may ayındakı hesabatından fərqli olaraq MAQATE indi daha sərh hesabat hazırlayıb. Belə bir durumda prezident kürsüsündə əyləşən Serj Sərkisyan dünyadan tam təcrid olunmuş vəziyyətə düşəcək Ermənistanda sosial-iqtisadi sahədə hansı çətinliklərin yaranacağını, siyasi rəqibi Levon Ter-Petrosyanın bundan necə məharətlə istifadə edə biləcəyini düşünməyə bilməz. Ona görə də hər vəclə Ermənistanı iqtisadi blokadadan çıxarmaq üçün Türkiyəyə yönəlik müxtəlif jestlər edir, hətta Bakının ən yaxın müttəfiqi olan Ankaranın vasitəçiliyilə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqların aparılmasına da müsbət yanaşır. Cümə günü Türkiyənin xarici işlər naziri Əli Babacanın iştirakıyla Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri bir araya gələcəklər. Amma Rusiyanın dəstəyilə prezident kürsüsündə əyləşən Serj Sərkisyan Ankara və Bakı ilə danışıqlarda konstruktiv mövqe sərgiləməsinin Moskvanı əsəbləşdirəcəyindən də çəkinməyə bilməz. Çünki Moskva özünün yaratdığı Dağlıq Qarabağ münaqişəsinə Azərbaycan və Ermənistana bir təsir rıçağı kimi baxır və onun həlli istiqamətində ciddi irəliləyişdən razı qalmaz. Yəqin ki, Serj Sərkisyanın iki gün əvvəl verdiyi müsahibəyə tez-tələsik etdiyi düzəliş də Moskvanın qorxusundan və siyasi rəqibi Levon Ter-Petrosyana əlavə arqument vermək istəməməsindən qaynaqlanır. Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Hikmət Hacızadə deyir ki, son bəyanatlar Ermənistan rəhbərliyinin təlaşda olduğunu və diplomatik səriştəsizliyini göstərir: "Siyasətçi dilindən artıq söz qaçırmaz. Bacarıqlı rəhbər belə etməzdi. Görünür ki, Serj Sərkisyan hakimiyyətə yeni gəldiyi üçün nəyi danışıb, nəyi danışmamağın lazım gəldiyini bilmir. Digər tərəfdən, Ermənistanın gələcəyinin görünməməsi, iqtisadi və beynəlxalq təzyiq də ölkə rəhbərliyini qeyri-müəyyənlikdə və təlaşda saxlayır. Ona görə də hərdən ortaya belə ziddiyyətli bəyanatlar çıxır". Politoloq vurğuladı ki, iqtisadi təcridin getdikcə dərinləşməsi belə ziddiyyətli çıxışların əsas səbəbidir. xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı