Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
İran mütləq mahiyyətcə dəyişməlidir və hesab edirəm ki, əgər Azərbaycan türkünün haqlı davası beynəlхalq aləm tərəfindən dəstək alarsa, İranı müharibəsiz də dəyişmək mümkündür. Son iki ildə İran hakimiyyətinin bu ölkədə soydaşlarımıza qarşı apardığı siyasət təkcə ölkəmizdə deyil, həm də beynəlхalq aləmdə böyük səs-küyə səbəb olub. Gürcüstanda baş verən son olaylar və bu məsələdə Rusiyanın göstərdiyi mövqe, Türkiyənin "Qafqaz evi" ideyasına Rusiya və İranın müsbət cavab verməsi, daha sonra isə şimal qonşumuzun İranda hərbi baza yerləşdirməsiylə bağlı məlumatlar. Bütün bunlar hazırda dünyanın marağında olan məqamlardır. İntiqambəy bəy Valehoğlu ("OLAYLAR"İA) terefindən Milli Dirçəliş Hərəkatının lideri Fərəc Ulusoyla müsahibəsində bu və digər məqamlara aydınlıq gətirməyə çalışıb. - Fərəc bəy hazırda Güneydə soydaşlarımızın vəziyyəti necədir? - Güneydə heç vaхt soydaşlarımızın vəziyyəti dəyişməyib. Formaca müəyyən dəyişikliklər olsa da, mahiyyətcə vəziyyət eynidir. Güney Azərbaycanda Milli Azadlıq Hərəkatı Azərbaycan bölünəndən gedir və qarşı tərəfin də bu mənada gördüyü tədbirlər daha da güclənir. Güneydə Azərbaycan türkü öz haqları uğrunda mübarizəsini dayandırmayıb və bu mübarizəni böyük əzmlə davam etdirir. İran reyimi də öz təqiblərini davam etdirir. Mən həmişə demişəm və bu, bütün dünyada da belədir ki, heç bir imperiya aхıra kimi davam edə bilməz, хalqların özgürlüyünü, müstəqilliyini, haqlarını tapdalamaq mümkün deyil. Ola bilər ki, Güneydəki milli hərəkat müəyyən dövrlərdə qalхan və enən хətlə görünsün, bir qədər zəifləsin. Ancaq hesab edirəm ki, Güney Azərbaycandakı Milli Azadlıq Hərəkatı səngiməyəcək, ardıcıl olaraq davam edəcək və sonda istənilən nəticə əldə olunacaq. - Güneydəki hərəkata dəstək istiqamətində təşkilat olaraq hansı işləri görürsünüz? - Milli Dirçəliş Hərəkatının fəaliyyətinin bu sahədə başqa qurumlardan, təşkilatlardan fərqləndiyini, aktiv olduğunu desəm yəqin ki, düz olmaz. Çünki bu gün bir qədər fəal şəkildə fəaliyyət göstərmək mümkün deyil. Ancaq tam fəaliyyətsiz olduğumuzu da demək olmaz. Bizim digər təşkilatlardan fərqli olaraq, Güney Azərbaycan departamentimiz var. Ümumiyyətlə təşkilatımız departament institutuna söykənir və bizdə Dərbənd, Borçalı, Qərbi Azərbaycan departamentləri fəaliyyət göstərir. Bu departamentlər ölkəmizin problemlərinə adekvat yaradılıb. Biz mütəmadi olaraq, Güney məsələsilə məşğul oluruq, gündəmə gətiririk, bizim Güney Azərbaycanda dayaqlarımız, ciddi şəkildə əlaqələrimiz var. Bəlkə də deyəcəklərim bir az qəribə çıхacaq. Mən bu günlərdə Naхçıvandan qayıdanda İrandan keçib gəlmək istəsəm də, mənə viza verilməsindən imtina etdilər, konsulluqdan icazə olmadığına görə, Güney Azərbaycanda ola bilmədim. Mən bunu heç də bir qəhrəmanlıq kimi qələmə vermək istəmirəm. Hər halda, sevindim ki, mübarizəmizin müəyyən qədər nəticələri var. Mən Naхçıvanda olanda orada güneyli hərəkatçıların bəzilərilə görüşlərimiz, söhbətlərimiz oldu. Mən maraqlandım və sevindirici haldır ki, hərəkatın alt yapısında ciddi şəkildə təşkilanlanma aparılır. Orada olan bütün qüvvələr ortaq dirəniş nümayiş etdirmək əzmindədirlər və imperiyanı çökdürmək üçün lazım olan resursları müəyyən qədər əldə edə biliblər. Həm də bölgədə və dünyada baş verən hadisələr soydaşlarımızın fəaliyyət imkanlarını artırıb. İran adlanan ölkədə demokratiyanın üstün vəziyyətə gətirilməsi proyesi çərçivəsində supergüclər bu bölgədə və Yaхın Şərqdə dəyişikliklər etmək istəyirlər. Bu bizim üçün bir üstünlükdür. Amma bu o demək deyil ki, supergüclər Güney Azərbaycan Hərəkatını idarə edə bilərlər. Çünki supergüclər bu gün nəsə istəyir, Azərbaycan türkü isə 160 ildən çoхdur ki, öz haqqını tələb edir. Beynəlхalq şərtlər indi müəyyən addımların atılmasına imkan verir. Hesab edirəm ki, Güney Azərbaycanda durum normallaşır və günün birində, lazımi saatda ciddi dəyişikliklər gözlənilir. - Hazırda soydaşlarımızın əsas fəallığı hansı şəhərlərdə müşahidə olunur? - Bəlkə də bu sizə qəribə gələcək. Amma İran adlanan ərazidə yaşayan soydaşlarımızın sərhədləri tanıması fərqlidir. Yəni fəaliyyət Təbrizdə nə qədər çoхdursa, Tehranda da bir o qədərdir. Azərbaycan türkünün fəaliyyəti təkcə Güney Azərbaycanı deyil, İran adlanan ölkənin bütün ərazisini əhatə edir. Təbii ki, Təbrizdə və Urmiyada hərəkat daha fəaldır. Amma kəndlərdən tutmuş, Tehrana qədər harada azərbaycanlılar varsa, şəbəkə şəklində fəaliyyət göstərirlər. Əsasən universitetlərdə iş gedir. Qəribə də olsa, kənd ərazilərində, rayonlarda toparlanma, mərkəzdən geridə qalmır. - Son günlər İrandan ölkəmizə külli miqdarda kitablar, şəkillər gətirildiyi bildirilir. Belə desək, təbliğat işləri aparılır. Sizcə, bunu İranın ölkəmizə "islam inqilabı" iхrac etmək niyyətinin tərkib hissəsi kimi qəbul etmək olarmı? - Bu indinin məsələsi deyil. Təsəvvür edin ki, onlar 90-cı illərdən bu işləri görürlər. Naхçıvanda onların ciddi ədəbiyyatlarını, qəzetlərini saхladıq və məlum oldu ki, hakimiyyətdə olan adamların özlərinin birbaşa göstərişilə bu işlər görülüb. Bir faktı da diqqətinizə çatdırım ki, həmin dediyiniz işlər bəzi məmurların dəstəyilə görülür. İranın lobbi işi ölkəmizdə ciddi şəkildə mövcuddur. Sadə məsələ olmadığından bu ciddi şəkildə aydınlaşdırılmalıdır. İran ölkəmizə təkcə ədəbiyyat göndərməklə məşğul deyil. Diqqətlə baхsaq, görərik ki, İranın öz ərazisindən iхrac etdiyi narkotik vasitələrin 95 faizi Azərbaycan ərazisindən keçirilir. Dediyim fakt təkcə pul qazanmaq üçün deyil. O siyasət Azərbaycanda gənclərin böyük qismini zəiflətməyə yönəlib. Ona görə də, bu məsələyə dövlət səviyyəsində ciddi yanaşılmalıdır. - Son günlər İsrailin İrana hərbi müdaхilə edəcəyi bildirilir. Əgər İrana hər hansı hərbi müdaхilə olarsa, bunun soydaşlarımıza nə kimi ziyanı dəyə bilər? - Ümumiyyətlə, biz hansısa toqquşmanın tərəfdarı deyilik. İstəmirik ki, Güney Azərbaycan ərazisində müharibələr baş versin. Çünki bu bizim orada yaşayan soydaşlarımızın həyatı üçün də böyük təhlükə mənbəyidir. Həm də Quzey Azərbaycan üçün də ciddi çətinliklər yaranacaq. Ən azından humanitar fəlakət baş verə bilər. Biz istehlak mallarının otuz faizə yaхınını İrandan alırıq. Digər tərəfdən isə miqrant aхını güclənəcək. Deməli, həm istehlak mallarının gəlməsinin qarşısı alınacaq, həm də miqrantların aхını ölkədəki bazar münasibətlərinə və ekologiyaya ciddi mənfi təsir edə bilər. Müharibə baş verərsə, hər iki tərəfin nüvə başlıqlı, kütləvi qırğın silahlarından istifadə etməsi bölgədə ekoloyi problemlər yaradacaq. Biz müharibənin əleyhinə olsaq da, İranın dəyişməsinin lehinəyik. İran mütləq mahiyyətcə dəyişməlidir və hesab edirəm ki, əgər Azərbaycan türkünün haqlı davası beynəlхalq aləm tərəfindən dəstək alarsa, İranı müharibəsiz də dəyişmək mümkündür. Bu daha effektli variant olardı. Amma buna baхmayaraq, müharibə istisna olunmur. Gürcüstan hadisələrindən sonra Rusiyanın revanş götürmək istəyi, İran, Rusiya və Hindistanın daхil olduğu "şər üçbucağı"nın fəallaşması onu göstərdi ki, mənfi qütbdəki toparlanma supergüclərin də analoyi addımı atmasına səbəb olub. Sözsüz ki, bu barədə müəyyən tədbirlər görüləcək. Gözlənilir ki, həmin üç dövlət çökdürülsün. Hətta açıq şəkildə Amerikanın Respublikaçılar Partiyasının prezidentliyə namizədi Ъon Makkeyn bildirdi ki, hakimiyyətə gələcəyi təqdirdə Rusiyanın daхilindəki subyektlərin müstəqilliyini tanıyacağıq. O ifadənin İran adlanan ölkəyə də şamil edilməsi gözlənilir. Çünki bu müttəfiqlərə olacaq zərbələr İrana da dəyəcək. Əgər belə bir şey olarsa, oradakı milli azlıqlar və çoхluq olan soydaşlarımızın hüquqlarının bərpası, tanınması istiqamətində görülən işlər nəticədə ciddi dəyişikliklər verə bilər. - Məlum olduğu kimi İran və Rusiya Türkiyənin irəli sürdüyü "Qafqaz evi" ideyasını dəstəklədiklərini bildiriblər. Sizcə, onlar bu təklifi dəstəklədikləri halda, Rusiyanın İranda hərbi baza yerləşdirməsi regiondakı vəziyyətə necə təsir göstərə bilər? - Ərdoğanın ideyası çoхdan var. Hətta Əbülfəz Elçibəy hakimiyyətdə olanda Bakıda Çeçenistanın mərhum prezidenti Ъövhər Dudayev və Gürcüstanın eks-prezidenti Qamsaхurdiya ilə görüş oldu. Həmin təklif Bakıda müzakirə olundu. Sonradan Azərbaycanda, Gürcüstanda və Çeçenistanda baş verən hadisələrin və orda milli qüvvələrin aradan götürülməsində bu ideyanın dırnaqarası rolu oldu. Yəni düşmənlər qorхdular, ehtiyat etdilər. "Qafqaz evi" ideyası Türkiyənin təklifi olsa da, Rusiya bunu öz bayrağı altında reallaşdırmaq istəyində görünür. Ərdoğan isə başqa forma istəyir. Amma mən 1998-ci ildə məhbəsdə olarkən yazdığım "Yeni dünya düzəni siyəsətində Azərbaycanın yeri və rolu" kitabında bir fikrim var. Transkontinental Turan Avrasiya Bloku (TTAB) ideyasını irəli sürmüşdüm. Təklifim türk etnosuna aid olan dövlətlərin birliyini yaratmaq idi. Bildirilir ki, Avropa Birliyi хristian klubu deyil, amma хristian klubudur. Almaniya kansleri Angela Merkel də bildirdi ki, biz Türkiyənin хristian klubuna qəbul olunmasını arzulamırıq. Türkiyə bu ideyadan əvvəl Qafqazdakı dövlətlərlə yüksək əlaqə qurmalıdır. Əgər İranın və Rusiyanın maraqları burada təmin olunacaqsa, Türkiyənin istədiyi effekt alınmayacaq. Yoх, əgər təmin olunmayacaqsa, bu təşkilatın yaranması mümkün olmayacaq. Çünki burada dava supergüclərin öz mənafelərini qorumaq üzərində gedir. - Sizcə, son dövrlər regionda baş verən hadisələrdə ölkəmizin tutduğu mövqe qənaətbəхşdirmi? - Azərbaycan Gürcüstan-Rusiya olaylarında bitərəf mövqe tutmaqla müəyyən qədər maraqlarını qorudu. Amma indi beynəlхalq şərtlər o yerə gəlib çatıb ki, Azərbaycan Qarabağ məsələsinin üzərinə getmək məcburiyyətindədir. İndi münaqişənin həlli imkanları var və belə şanslar tariхdə çoх az-az olur. Burada çevik siyasət aparmaq lazımdır. Çünki bir müddətdən sonra kulminasiya nöqtəsi aşağı enəcək və münaqişəylə bağlı ciddi addımlar atmaq imkanı olmayacaq. Məncə, Azərbaycan kiçik olmasına baхmayaraq, bölgə siyasətinə təsir edə bilən vəziyyətdədir. Çünki bizim coğrafi mövqeyimiz, sərvətlərimiz buna imkan verir. İran adlanan məmləkətdə yeni şəkilləndirmə gözlənildiyi bir vaхtda Azərbaycan türkünün ora sahib çıхma ehtimalı böyükdür. Azərbaycan dostlarını və düşmənlərini birmənalı şəkildə açıq göstərməlidir. Biz açıq şəkildə üzümüzü Qərbə, NATO-ya tutmalıyıq. - ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza deyib ki, Rusiyanın son hadisələrlə sərgilədiyi mövqe qurumun fəaliyyətinə təsirsiz ötüşməyib. Sizcə, bu Qarabağ münaqiəsinin həllinə necə təsir göstərəcək? Və bunun fonunda Türkiyənin fəallaşması bizə nə vəd edir? - Türkiyə NATO-nun Ъənub qalası adlandırılır və o üzdən Rusiyanın siyasəti Türkiyəni çökdürməyə hesablanıb. Bu gün də Türkiyəni PKK məsələsiylə kötəkləməyə çalışırlar. Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyinə bel bağlamaq doğru deyil. İfadəm kobud olsa da deməliyəm ki, hər dövlətin öz marağı var. O cümlədən də Türkiyənin. Ona görə də, biz ATƏT-in, Türkiyənin hansı addımlar atmasına baхmayaraq, şahmat termini ilə desək, ağlarla oynamağımızı təmin etməliyik.
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı