Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ermənistan prezidenti Serj Sərkisyan dünən BBC radiostansiyasının Azərbaycan xidməti tərəfindən yayılan və ölkəmizdə rezonans doğuran açıqlamalarına düzəliş verib. Ermənistan prezidenti özünün mətbuat xidməti vasitəsilə yaydığı açıqlamada bildirib ki, o, BBC əməkdaşı ilə söhbəti zamanı investisiyalar qoyulsa, gələcəkdə Dağlıq Qarabağın bəlkə Azərbaycanın tərkibində qalmağa razılıq verə biləcəyini deməyib. Xəbər verildiyi kimi, Ermənistan hakimiyyəti ölkənin müstəqillik günü münasibətilə bir qrup xarici jurnalisti İrəvana dəvət edib. Jurnalistlər prezident Serj Sərkisyanla görüşüblər, onların arasında BBC-nin Moskva müxbiri də olub. BBC müxbirinin “Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalması nəzəri baxımdan da olsa mümkündürmü” sualına cavab verərkən bu sözləri işlədib: “Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər”. Lakin dünən Sərkisyanın adından yayılan açıqlamada deyilir ki, Azərbaycan KİV-ləri onun sözlərini təhrif edib. Bildirilir ki, Sərkisyan yaxın zamanlarda keçiriləcək istənilən referendumda Qarabağ ermənilərinin Azərbaycandan ayrı yaşamağa səs verəcəklərini deyib. “Prezident müsahibəsində deyib ki, o, Azərbaycan prezidenti İlham Əliyevi Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyində və rifahında maraqlı olduğunu göstərmək üçün Qarabağa investisiya qoymağa çağırıb. Lakin Ermənistan prezidenti bu investisiyalar nəticəsində Qarabağ ermənilərinin Azərbaycanın tərkibində yaşamağa razılıq verə biləcəyini deməyib. Bundan əlavə, Sərkisyan deyib ki, ”əgər Qarabağ Azərbaycana qaytarılsa orada qısa müddətdə bir erməni də qalmaz"- deyə Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı yazılı açıqlamada bildirilir. Açıqlamada deyilir ki, Ermənistan prezidenti “Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamağa səs verə bilərlər” ifadəsini işlədə bilməz. “Bu, sadəcə olaraq, mümkün deyil, Azərbaycan KİV-ləri prezidentin açıqlamalarından ayrı-ayrı sözləri və sitatları kontekstdən çıxararaq veriblər”. Göründüyü kimi, Ermənistan prezidenti Azərbaycanın yatıracağı investisiyalardan sonra ermənilərin müstəqillik ideyasından əl çəkməsinin mümkünlüyü haqda sözlərini təkzib etsə də, hər halda, Bakını Dağlıq Qarabağa investisiyalar qoymağa çağırır. Bu ideya isə Azərbaycanla Ermənistan arasında neçə vaxtdır aparılan danışıqların məğzindən qaynaqlanır. Belə ki, həmin danışıqlarda Dağlıq Qarabağın gələcək statusunu referendumda müəyyən etmək prinsipinin müzakirə olunduğu haqda artıq yazılıb. Sözügedən prinsipi hazırda danışıqlar masası üzərində olan “Madrid prinsipləri” adlı sənəddə də yer alır. Vasitəçilər bu planı “hər iki tərəfi qane edə biləcək ən mükəmməl sülh variantı” kimi təqdim edirlər, ancaq məsələ mükəmməl olmaqdan daha çox sadə və Azərbaycan üçün təhlükəlidir. Plana görə, Dağlıq Qarabağda referendumu, yaxud səsverməni ətraf ərazilərin boşaldılmasından və qaçqınların qayıtmasından sonra 5-10 il ərzində keçirmək nəzərdə tutulur. Bu müddət ərzində isə nəzəri olaraq Azərbaycan erməniləri onun tərkibində yaşamağa inandıracaq tədbirlər görə bilər. Söhbət neft pulları hesabına Dağlıq Qarabağa böyük həcmdə investisiyaların yatırılmasından gedir. Lakin Sərkisyanın da dediyi kimi, sonda hər şey yenə Dağlıq Qarabağ ermənilərinin əlində olacaq. Onlar milyardlarla dollarlıq investisiyalara baxmayaraq əvvəlki mövqelərində də qala bilərlər. Prinsipcə, Dağlıq Qarabağa investisiyalar qoyulmasını və orada yaşayan ermənilərin həyat şəraitinin yaxşılaşdırılmasını münaqişənin dinc yolla nizamlanmasına yönələn ən məqbul variant saymaq olardı. Bir müddət əvvəl Avropa Birliyi də tərəflər arasında razılaşma əldə edilməsinə həvəsləndirmək üçün təqribən 5 milyard dollarlıq yardım paketi təklif edib. Bu pulların böyük hissəsi Qarabağa yönəlməlidir. Sərkisyanın açıqlamaları da təsdiq edir ki, münaqişənin həlli üçün pul amili, hər halda, müzakirə edilir. Hətta Sərkisyan sözlərinə düzəliş verdikdən sonra belə onun dediklərini qısaca bu cür izah etmək olar: “Azərbaycan Qarabağa investisiyalar qoysun, sonrasına baxarıq”. Ortada pul söhbəti olduğuna görə Qarabağ danışıqlarını həm də biznes danışıqlarına bənzətmək olar, lakin istənilən biznesdə söhbət puldan gedirsə, təminat da olmalıdır. Yəni Azərbaycan bilməlidir ki, Dağlıq Qarabağa Sərkisyanın təklif etdiyi kimi investisiyalar qoysa, əvəzində konkret nə gəlir götürəcək. “Bəlkə, baxarıq” kimi sözlər isə biznesdə təminat rolunu oynaya bilməz. Digər tərəfdən, indiki şəraitdə Azərbaycanın Dağlıq Qarabağa investisiyalar yatırması üçün şərait də mövcud deyil. Bunun üçün ən azından ətraf rayonlar boşaldılmalı, kommunikasiyalar açılmalı və bərpa edilməlidir. Əks halda, söhbət investisiyalardan yox, Qarabağ ermənilərinə pul verilməsindən gedə bilər. Tutaq ki, Azərbaycan indiki həll modelinə razılıq verib ətraf rayonların azad edilməsi şərti ilə Dağlıq Qarabağa milyardlarla dollar investisiya qoydu, ancaq 10, yaxud 15 il sonra keçirilən səsvermədə ermənilər yenə müstəqilliyə, yaxud Ermənistana birləşməyə səs verdilər, onda necə olacaq? Bu suala Sərkisyan cavab vermir və vermək istəmir. Deməli, Azərbaycan belə təhlükəli oyuna gedə bilməz. Siyasət şöbəsi musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı