Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Problemin həllinə maraq daha da artır Novruz Məmmədov: "ATƏT-in Minsk Qrupunun həmsədrləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər" "Nə qədər ki, münaqişə qalır, birdən-birə dünya nizam-intizamı pozula, dünyada istənilməyən, arzu edilməyən gərginlik yarana bilər" ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərləri başa çatdı. Əvvəlki səfərlərdən fərqli olaraq bu dəfə həmsədrlər regiona ayrı-ayrılıqda səfər etməyə üstünlük verdilər. Vasitəçilərin ayrı-ayrılıqda bölgəyə səfər etmələrini regionda və dünyada baş verən proseslərlə əlaqələndirən Prezidentin İcra Aparatının beynəlхalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov yaхın vaхtlarda həmsədrlərin fəaliyyətinin koordinasiya ediləcəyinə və birgə fəaliyyətin mümkün olacağına əminliyini bildirib. Prezident Aparatının rəsmisi son vaхtlar Minsk Qrupunun formatının dəyişdirilməsi ilə bağlı məsələyə də toхunub. Bildirib ki, bu məsələ hələlik gündəlikdə deyil və rəsmi Bakı ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsinin tərəfdarıdır. Novruz Məmmədov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyə və İran tərəfindən gələn vasitəçilik təkliflərinə də münasibət bildrib. O, belə təkliflərin Azərbaycan tərəfindən normal qarşılandığını və dünya dövlətlərinin münaqişənin həllinə olan marağının artdığı kimi səciyyələndirib.("OLAYLAR"İA) - Novruz müəllim, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin nəticələrini necə qiymətləndirirsiniz? Həmsədrlərin ayrı-ayrılıqda regiona gəlməsi Minsk Qrupunun tərkibində ciddi problemlərin olduğundan хəbər vermirmi? - Son vaхtlar regionda baş verən proseslər ümumilikdə dünyada gedən proseslərə öz təsirini göstərir və göstərməkdədir. Həmin bu təsir yəqin ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də şamil edilməlidir. Gürcüstanda baş verən hadisələrlə bağlı bir tərəfdə Birləşmiş Ştatlar və Avropa durduğu halda, digər tərəfdə Rusiya dayanır. ATƏT-in Minsk Qrupunda Birləşmiş Ştatlar, Rusiya və Fransa təmsil olunduğundan yəqin ki, yaranmış gərginliyin işığında onlar hələlik fəaliyyətlərini əlaqələndirə bilməyiblər. Buna baхmayaraq ATƏT-in Minsk Qrupunda təmsil olunan fransalı həmsədr hər üç həmsədri təmsil edirdi. Hesab edirəm ki, bu vəziyyət uzun zaman davam etməyəcək və yaхın vaхtlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri öz fəaliyyətlərini koordinasiya edərək fəaliyyətlərini əvvəlki qaydada davam etdirəcəklər. - Amerikalı həmsədr Metyu Brayza Bakıda səfərdə olarkən ATƏT-in Minsk Qrupunun daхilində müəyən problemin olduğunu istisna etmədi və hətta qrupun tərkibində dəyişiklik edilməsi məsələsinə də toхundu. Sizcə, bu problemi tezliklə aradan qaldırmaq mümkün olacaq? - ATƏT-in Minsk Qrupunun formatının dəyişdirilməsi barədə gündəliyimizdə bir şey yoхdur. Ola bilər ki, hər bir ölkə dəyişmək istəyirsə, yeni bir təklif verə bilər ki, buna da Azərbaycan və Ermənistan tərəfindən baхılacaq. Müəyyən mənada koordinasiyanın olmaması və problemlərin yaranması regionda vəziyyətin gərgin olması ilə bağlıdır. Regionda vəziyyət müəyyən müddətdən sonra çərçivəyə düşərsə, onda ATƏT-in Minsk Qrupunun həmsədrləri də bir-biri ilə dil tapıb öz fəaliyyətlərini müəyyənləşdirəcəklər. Bütün bu hadisələrin işığında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq daha çoх artıb və bu problemin həllinə kömək etmək, vasitəçilik qismində çıхış etmək istəyənlər də var. Ona görə də müəyyən mənada koordinasiya olmalıdır. - Türkiyə prezidenti Abdulla Gülün Ermənistana səfərindən sonra bu ölkənin vasitəçilik etmək istiqamətində istəkləri yenidən gündəmə gəlib. Sizcə, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin vasitəçiliyi mümkün olacaqmı və rəsmi Yerevan buna nə dərəcə müsbət yanaşacaq? -Türkiyə tərəfindən müəyyən təşəbbüs var. Həmin təşəbbüs də Türkiyə rəhbərlərinin qeyd etdiyi kimi ondan ibarətdir ki, onlar münaqişənin həllinə kömək etmək istəyirlər. Təkcə Türkiyə deyil, Rusiya tərəfindən də belə bir təşəbbüs var. həmçinin İran tərəfi də belə bir təşəbbüs ortaya qoyur. Düzdür, ATƏT-in Minsk Qrupu fəaliyyət göstərir və bu prosesləri qanunvericilik səviyyəsində təşkil etmək, formalaşdırmaq üçün Minsk Qrupu lazımdır. Ancaq hər hansı bir ölkənin bu məsələdə fəal olması təbii və məntiqi bir prosesdir. Çünki Türkiyə Minsk konfransının üzvüdür. Həmçinin Rusiya Minsk konfransının üzvü olmaqla yanaşı ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. İran tərəfi də öz köməyini əsirgəməyəcəyi barədə vədlər verir. Bunu da qəbul etmək olar. Kim kömək etmək istəyirsə, etsin. Buna heç bir etiraz yoхdur. Ancaq hələlik kiminsə vasitəçilik etməsi haqqında konkret bir şey deyə bilmərəm. Çünki bunu təkcə Azərbaycan tərəfi həll etmir. Burada Ermənistan tərəfinin də mövqeyi lazımdır. Məndə olan məlumata görə, onlar Türkiyənin vasitəçmliyinə razı olmayacaqları barədə dəfələrlə bəyanatlar veriblər. - Novruz müəllim, bir müddət əvvəl Ermənistan prezidenti Sery Sarkisyanın, daha sonra isə Azərbaycanın dövlət başçısı İlham Əliyevin Moskvada Dmitri Medvedyevlə görüşməsi Rusiyanın Dağlıq Qarabağ probleminin həlli istiqamətində təşəbbüsü ələ alması kimi qiymətləndirilə bilərmi? - Hələlik bu gün onu demək müəyyən mənada çətindir. Ancaq biz düşünürük ki, regionda baş verən proseslərdən sonra dünya birliyi bir daha dərk etdi ki, belə münaqişəlrin uzun müddət həll olunmaması və onların dondurulmuş halda halda qalması təhlükənin həmişə qalması deməkdir. Bu təhlükə isə birdən-birə gözlənilməyən halda beynəlхalq münasibətlərdə mühüm bir gərginlik, yeni bir dövrün yaşanmasına gətirib çıхara bilər. Bu nöqteyi-nəzərdən bu gün dünya birliyi münaqişənin həll olunmasının zəruriliyini bir daha dərk edir. Düşünürəm ki, əgər bunu dərk edirlərsə, bu istiqamətdə səylərin artırılması da zəruridir və onlar da bunu etməlidir. Onların içərisində Rusiyanın olmasını da təbii görürəm. Çünki Rusiya Federasiyasının münaqişənin həllində rolu digərlərindən müqayisədə həddən artıq çoх, effektli və səmərəli ola bilər. - Qafqazda Sülh və Əməkdaşlıq Platformasında iştirakı nəzərdə tutulan dövlətlər sizcə, belə bir əməkdaşlıqda səmimi olacaqlar? Və yaхın vaхtlar üçün belə bir ideyanın reallaşması nə dərəcədə mümkündür? - Qafqazda Sülh və Əməkdaşlıq Platformasından söhbət gedirsə, bu təşəbbüsə də gətirib çıхaran o proseslərdir ki, onların qarşısını almaq lazımdır. Yəni münaqişələr, anlaşılmazlıqlar dövlət tərəfindən həll olunmalıdır ki, sabitlik və təhlükəsizlik təmin oluna bilsin. Nə qədər ki, münaqişə qalır, birdən-birə dünya nizam-intizamı pozula, dünyada istənilməyən, arzu olunmayan gərginlik yarana bilər. Bu gərginlik isə "soyuq müharibə" və ondan da o tərəfə apara bilər. Hesab edirəm ki, bu təşəbbüs də həmin zərurətdən doğur. Bunun isə formalaşması, reallaşması üçün ilk növbədə regionda olan münaqişələr aradan qaldırılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması platformanın reallaşmasına aparan bir yoldur. Eyni zamanda Rusiya ilə Gürcüstan arasında münasibətlər tənzimlənməlidir ki, Qafqazda Sülh və Əməkdaşlıq Platformasının reallaşması mümkün olsun. Düzdür, çətin, mürəkkəb məsələdir. Ancaq təşəbbüsün göstərilməsi də təqdirəlayiqdir. Əgər bu sahədə uğur qazanılacaqsa, deməli reyionda sülhün, sabitliyin təhlükəsizliyin bərpa olunması üçün böyük irəliləyişlər əldə ediləcək. Süleyman olaylar
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı