Ərdəbil həbsxanasında saxlanılan siyasi məhbus aclıq aksiyasına başladı
İranda nikah sayı 50% azalıb
Ərdəbil həbsxanasında saxlanılan milli fəalların son vəziyyəti
İrana qarşı tarixin ən böyük iqtisadi hücumu başlayır- Bessent
İran televizyasında Trampın oğunu öldürməyə çağırış edilib
Tehran daha bir səfirlik fəaliyyətini dayandırır
Suriya rəsmiləri Mossadla Türkiyə ilə gərginliyi azaltmaq üçün görüşüb
İranda daha bir etirazçı daha edam edildi
Evin həbsxanasında Güneyli vəkilə tibbi yardım yoxdur
Təbrizdə Güneyli fəal həbsxanaya göndərildi
200 gəmi Hörmüz boğazından keçib
Dollar İranda 200 min tümən həddinə yaxınlaşdı
İranda Starlinkə görə onlarla şəxs həbs edilib
Tehranda Netaniyahu və Trampı "edam etdilər"
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
Sərt xətt tərəfdarı qəzet: Pezeşkian və Qalibaf İranın rəqiblərinə zəiflik siqnalı verir
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
İranın iqtisadiyyat naziri daha çox bankın bağlana biləcəyini bildirib
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Fransa Ukraynaya raket göndərişini sürətləndirir
Rusiya artıq Aralıq dənizində hərbi mövcudluğa malik deyil
İranda çatışmazlıq gündəlik istifadə olunan dərmanlara da çatdı
İranda dollar və sikkənin qiyməti yenidən bahalaşdı
İranın Bəsic komandanı ABŞ-la yenidən danışıqlara qarşı xəbərdarlıq edib
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İran İraq tankerlərinin Hörmüzdən keçməsinə icazə verib
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
Tikantəpəli körpə “Elxan” adı ilə doğum haqqında şəhadətnaməsiz qalıb
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
Koroğlu sevgisi ilə Təbrizdən Tikantəpəyə velosiped yürüşü və Çəmli Gölün böyük festivalında iştirak
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
İran ordusunun yeni doktrinası qabaqlayıcı zərbələrə imkan verir
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
SEPAH komandanı İranın hücum və müdafiə imkanlarını sürətlə artırmalı olduğunu bildirib
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
İrana bağlı tanker Yəmən sahillərində ələ keçirildi
Tramp: Vaşinqtonun Tehrana qarşı hərbi güc tətbiq etmək imkanı məhdud deyil
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
CENTCOM: İranın dəniz blokadası bərpa olunandan bəri 20 gəmi istiqamətini dəyişib
Hörmüz boğazını Amerika ərazisi hesab edirəm - Tramp
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Urmiya imam-cüməsi: Hökumət qadınların hicabına müdaxiləni davam etdirməlidir
Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə ölkəsinin müstəqilliyinin 17-ci ildönümü ilə bağlı İrəvanda bir qrup xarici jurnalistə müsahibə verib. İrəvana dəvət edilənlər arasında BBC radiosunun Moskva müxbiri Eldar İsmayılzadə də olub. Və azərbaycanlı jurnalistin suallarına Sərkisyanın sensasion sayıla biləcək cavabları az qala "bomba effekti" yaradaraq iki gündür ki, siyasi gündəmi məşğul etməkdədir. BBC-nin müxbiri Ermənistan prezidentinə Dağlıq Qarabağın gələcək taleyi ilə bağlı sual verib:" Münaqişə tərəflərinin güzəştə getməsi barədə çağırışlar var. Ermənistan üçün bu güzəştlərin yuxarı həddi nədir? İrəvan nədə güzəştə gedə bilməz? Ymumiyyətlə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində hansısa formada qalması ideyası ilə barışa bilərmi?" Sərkisyanın cavabı belə olub:"Bu istiqamət haqqında biz çoxdan, ən azı 14 il bundan əvvəl - atəşkəs danışıqları gedən zaman danışmışıq. Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ tanınmalıdır. Dağlıq Qarabağ xalqı min illər bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun. Qarabağın Azərbaycanın tərkibində olduğu sovet dövrü göstərdi ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşaması mümkün deyil. O ki qaldı nəzəri varianta, yəni Qarabağ hansısa şəkildə Azərbaycanın tərkibində ola bilər, ya yox - bunu qarabağlıların rəyi, referendum vasitəsilə müəyyən etmək olar. Mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək- qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər. Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsə, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz". Qeyd edək ki, İrəvandakı görüşdə Türkiyənin "Milliyet" qəzetinin Moskva müxbiri də iştirak edib və Sərkisyanın Dağlıq Qarabağa sərmayə yatırmaq çağırışı barədə bu qəzet də məlumat verib. Ermənistan prezidentinin Dağlıq Qarabağ ermənilərinə Bakıdan rüşvətəbənzər sərmayə istəməsinə Azərbaycan politoloqlarının münasibəti birmənalı olmayıb. "Nəhayət ki, erməni tərəfi yetişməyə başlayıb. Əgər Ermənistan prezidenti Azərbaycanı Dağlıq Qarabağın iqtisadiyyatına investisiya qoymağa çağırırsa, mahiyyətcə, Sərkisyan onu Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Hər bir halda bu, müsbət qiymətləndirilməlidir",-deyə politoloq Vəfa Quluzadə "1news.az"a Sərkisyanın sensasion açıqlamasını şərh edərkən bildirib. Politoloq, eyni zamanda, xatırladır ki, Sərkisyan müstəqil siyasətçi deyil və öz fəaliyyətini Moskva ilə razılaşdırır:"Odur ki, mən fikirləşmirəm ki, Rusiya Ermənistana Dağlıq Qarabağ siyasətini dəyişməyə icazə verəcək. Moskvanın Azərbaycana təzyiq üçün Qarabağdan başqa rıçaqı qalmayıb və ona görə də, Rusiya heç bir vəchlə bu sonuncu rıçaqı əlindən buraxmayacaq". Regiondakı situasiya, Qarabağ probleminin həlli ABŞ bölgədə möhkəmləndikdən sonra aydınlaşacaq. "Məhz bundan sonra Dağlıq Qarabağa investisiya yatırmaq və Ermənistanla əlaqələr qurmaq barədə fikirləşmək olar. Rusiya nə qədər ki, Ermənistanı və Qarabağı nəzarətində saxlayır, hesab etmirəm ki, bu ideya reallaşsın",-V.Quluzadə vurğulayıb. ASDP sədri Araz Əlizadə də Sərkisyanın açıqlamasını müsbət qiymətləndirir. Onun fikrincə, "erməni tərəfinin ağıllanması" İlham Əliyevlə Dmitri Medvedyev arasındakı görüşdən sonra başlayıb:"Əgər Sərkisyan belə barışdırıcı bəyanat verirsə, görünür, Rusiya Qarabağ probleminin həllinə razılıq verib. Təbii ki, Qarabağ bizim ərazimizdir və biz ora sərmayə yatırmalıyıq, Qarabağ gənclərinin Qərb universitetlərində təhsil almasının və başqa işlərin pulunu ödəməliyik. Lakin bütün bunlar Ermənistan öz qoşunlarını işğal etdiyi torpaqlardan çıxardıqdan sonra ola bilər". Politoloq Zərdüşt Əlizadə də hesab edir ki, Sərkisyanın Azərbaycanı Qarabağa sərmayə yatırmağa çağırışı "ağıllı və praqmatik çağırışdır" və Ermənistanla əlaqələrimizdə "yeni situasiya yaradır". Onun fikrincə, yalnız bizim şirkətlər deyil, türklər də Dağlıq Qarabağa sərmayə yatırmalıdırlar:"Qarabağ bazarı çox balacadır və biz tez bir vaxtda onun iqtisadiyyatını Türkiyə və Azərbaycan iqtisadiyyatına bağlaya bilərik. Qarabağ turizm biznesinə investisiya qoymaq üçün çox yaxşı yerdir. Əgər biz orada turizm sənayesini inkişaf etdirə bilsək, Qarabağda tezliklə bizim banklarımız, xidmət sahəsində şirkətlərimiz və s. peyda ola bilər. Biz orada elə fəaliyyət göstərməliyik ki, ermənilər ayrılmaq istəməsinlər. Bundan başqa, biz Ermənistana da investisiya qoya bilərik. Sərkisyanın təklifi çox yaxşıdır və ermənilər fikirlərindən imtina etməmiş, biz tez bir vaxtda ondan yapışmalıyıq". Politoloq Rasim Musabəyova görə isə, Ermənistan prezidenti Dağlıq Qarabağa çoxmilyardlıq investisiya müqabilində "heç nə" təklif edir ki, bu da erməni stilində ideya fiksdir. "Ermənistan heç nə vermədən Qarabağ separatçıları üçün sərmayə axınına nail olmaq istəyir. Bu, ciddi deyil. Belə ki, erməni tərəfi qarantiya vermir ki, Qarabağ erməniləri Azərbaycandan ayrılmaları ilə bağlı təkrar referendum keçirməyəcəklər. Qarabağ erməniləri qoy əvvəlcə Azərbaycanın suverenliyini tanımaları haqqında möhkəm təminat versinlər, bundan sonra rəsmi Bakı Sərkisyanın məsləhəti olmadan da hara və nə qədər investisiya yatıracağını bilir",-R.Musabəyov bildirib. Politoloqa görə, Sərkisyanın təklifi Kremlin təklif etdiyi planın tərkib hissəsidir. Belə ki, Rusiya-Gürcüstan müharibəsindən sonra Moskva praktiki olaraq Ermənistanla quru yol əlaqəsini itirib, Rusiya öz forpostu ilə hərbi kommunikasiyadan məhrum olub:"İndi Kreml Azərbaycanın işğal olunmuş yeddi rayonunun azad edilməsi əvəzində rəsmi Bakıdan Rusiyanın Ermənistanla kommunikasiya əlaqələrinin yaradılması üçün razılıq almaq istəyir". R.Musabəyov hesab edir ki, erməni tərəfinin və Kremlin Azərbaycana müxtəlif təkliflər etməsi şəraitində Bakı heç hara tələsməməlidir: Bu onu göstərir ki, "məhz Rusiya və Ermənistan Azərbaycanla anlaşmalara və qarantiya almağa can atır. Rusiyanın Gürcüstana təcavüzündən sonra yaranmış yeni şəraitdə Azərbaycan rəhbərliyi manevrlər üçün daha çox plyuslara və imkanlara sahibdir, öz milli maraqlarından çıxış edərək bundan yararlanacaq. Azərbaycan avantürist deyil, biz bundan sonra da balanslaşdırılmış siyasətimizi davam etdirəcəyik və paralel olaraq öz iqtisadiyyatmızı və ordumuzu inkişaf etdirəcəyik". Daha sonra nə etməli olduğumuz isə bu ilin sonunda Gürcüstanın NATO-ya üzvlük yolu açıldıqdan sonra aydınlaşacaq. "O vaxt bəlli olacaq ki, Rusiya Cənubi Qafqazda NATO üzvü olan qonşusu ilə özünü necə aparacaq". Rəsmi Bakı isə təbii ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa investisiya qoymağa hazırdır, lakin bir şərtlə ki, Ermənistan qoşunları işğal olunmuş torpaqlardan çıxsın. Şübhəsiz ki, torpaqlarımızı istənilən yolla qaytarmaq milli maraqlarımıza uyğundur. Lakin Sərkisyanın çağırışı həmin yol deyil. Guya ki, Ermənistan prezidenti ortalığa münaqişənin həllinə müsbət təsir göstərəcək konstruktiv təklif atır, baxmayaraq ki, burada həmişəki kimi ermənisayağı tələ var. İrəvan bir güllə ilə iki quş vurmaq istəyir: biz həm separatçı regionu maliyyələşdirir, həm də referenduma razılıq veririk. Sonuncu isə dəryada balıq sövdəsidir: Qarabağ ermənilərini yağ-bal içində yaşatsaq belə, onların bizdən ayrılmaq istəməyəcəyinə qarantiya yoxdur. Qarabağ danışıqlarında yalnız Kreml "biznes-plan"la çıxış etmir. Qərb də bu istiqamətdə hərəkətə keçib. Xəbər verdiyimiz kimi, Türkiyə Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan bildirib ki, "Qərb Ermənistanı Nabucco layihəsinə qoşmaq istəyir". Onun sözlərinə görə, bu məsələ ABŞ-ın viste-prezidenti Dik Çeyninin regiona səfəri zamanı gündəmə gəlib və Türkiyə ilə Ermənistan arasında son günlər aparılan yüksəksəviyyəli təmasların başlıca mövzusudur:"Nabucconun Ermənistandan keçməsi ilə bağlı ciddi planlar mövcuddur. Bu mövzu əvvəllər də gündəmdə olub. Amma Türkiyə və Azərbaycanın Ermənistanla problemləri buna imkan vermirdi. İndi isə Ermənistanın bu layihəyə qoşulması realdır. Çünki qaz kəməri Gürcüstan üzərindən keçəndə Qərb bu ölkəyə daha çox diqqət göstərmək məcburiyyətində qalır və bu da Rusiyanı qıcıqlandırır. Ermənistan isə həm Rusiya, həm də Qərb üçün qəbul olunandır". Sinan Oğanın sözlərinə görə, "Nabucco"nun Ermənistandan keçməsi Ankara ilə İrəvan arasında əməkdaşlıq barədə danışıqların şərtlərindən biridir. Maraqlıdır ki, hələlik rəsmi Bakı türkiyəli politoloqun açıqlamasına münasibət bildirməyib. Ymumiyyətlə, son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həllinə "iqtisadi yanaşmalar" diqqəti cəlb edir. Yeri gəlmişkən, ötən həftə Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza "Ermənistanın mövqeyində yumşalma ola biləcəyini və danışıqlar prosesində İrəvan tərəfindən müsbət elementlərin olacağını" bildirmişdi. Özü də Brayza tərəflərin kompromisə gedəcəyindən deyil, daha çox sövdələşmə olacağından danışır. Sanki münaqişə tərəfləri Qarabağa dair "biznes sazişi" bağlayacaqlar... X.Rüstəm express
Pezeşkian: Hər kəs İran-ABŞ anlaşmasının arxasında dayanmalıdır
İran ABŞ-ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb
ABŞ rəsmisi: İsrail Türkiyə sərhədində “təhlükəli oyun” oynayır
Təbriz imam-cüməsi Koroğlu tamaşasının rejissorunu hədələməsindən geri çəkildi; məsələ həll olundumu?
ABŞ blokadası fonunda İranın xam neft yükləmələri müharibədən əvvəlki səviyyənin yeddidə birinə düşüb
Iranda universitet müəllimləri beyanat yayd- Siyasi məhbuslar
Livan İranın yeni səfirinin ölkəni tərk etməli olduğunu bildirir
Tramp: İran razılaşma istəyir, amma “düzgün razılaşma” üçün hələ hazır deyil
24 yaşlı siyasi məhbus edama məhkum edildi
Oman və İran XİN başçıları Hörmüzü müzakirə ediblər
Suriya münasibətlərin yaxşılaşması üçün İranın suriyalılara qarşı etdiklərini qəbul etməli olduğunu bildirir
Marağada 14 iaşə obyekti bağlandı
Əhvazda yüzlərlə siyasi məhbus ağır vəziyyətdə saxlanılır
Qalibaf: Xalq acdırsa, İslam Respublikası mövcudluğunu davam etdirə bilməz
İranda evlilik yaşına çatmış subayların statistikası
Başqa seçimimiz yox idi - Tramp
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
Bessent: ABŞ İrana qarşı “tarixdəki ən sərt sanksiyaları” tətbiq edəcək
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
47 iranlı İsrailə köçdü
Əhalinin Qeydiyyatı İdarəsinin türk adlarına qarşı təzyiqi davam edir
Abbas Lisaninin həyat yoldaşı Kəşfiyyat İdarəsinə çağırıldı
İran bayrağını yandıran tələbələr universitetdən qovuldu
Vəziyyəti ağırlaşan milli fəalın müalicəsinə icazə verilmir
WSJ: İranın Hörmüzdə gəmilərə hücumları artır
İranda polis təqibi nəticəsində daha üç bəluc həlak oldu
İran Məsrur Bərzaninin ofisinə iki dronla hücum etdi
Çin tankerləri Hörmüz və Bab-Əl-Məndəb boğazlarından yan keçir
İran vitse-prezidenti: Sanksiyalar kölgə neft ticarətini, fırıldaqları və maraq qruplarını gücləndirir
47 iranlı İsrailə köçdü
Rusiya səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
İranlı qadın müğənniyə həbs cəzası verildi
İran həbsxanalarında qadınlara qarşı cinsi zorakılıqla bağlı dəhşətli hesabat
İranın silah istehsalı azalıb, Rusiya yardım edir- Media
Azərbaycan İran müharibəsi zamanı İsrail qüvvələrinin ölkədə yerləşdirilməsi barədə xəbərə görə CNN-i məhkəməyə verib
AlArabiya: Yəməndə PUA hücumları və toqquşmalarda 200-dən çox Husinin öldürüldüyü bildirilir
CENTCOM: İran blokadası çərçivəsində 67 kommersiya gəmisinin istiqaməti dəyişdirilib
İki şəhərdə üç məhbus edam edildi