Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Akif Nağı: "Bernar Fasie Rusiyanın Qafqazda hərbi gücdən istifadəyə üstünlük verməsinin həm ABŞ, həm də Azərbaycan üçün bir dərs olduğu fikrini qabartmağa çalışır" ATƏT-in Minsk qrupu həmsədrlərinin ikisi arasında vəziyyət gərginləşib. Bu, Qarabağ məsələsinə görə deyil, Gürcüstanla, Cənubi Osetiya və Abxaziyayla bağlıdır. Rusiyanın avqustun 8-də ərazi bütövlüyünü bərpa etmək istəyən Gürcüstana hərbi müdaxiləsi, sonradan Cənubi Osetiya və Abxaziyanın da müstəqilliyini tanıması Vaşinqtonun əsəblərini tarıma çəkib. Elə ona görə də Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza bəyanlayıb ki, Gürcüstanda baş verənlərdən sonra ATƏT-in Minsk qrupunun fəaliyyətinin əvvəlki qaydada davam etməsi mümkün deyil. Ramiz Mikayıloğlu ABŞ-ın Rusiyayla Minsk qrupunda işləməsi üçün Moskva Fransa prezidenti Nikolas Sarkozi və onun rusiyalı həmkarı Dmitri Medvedyev arasında imzalanan sazişdəki öhdəlikləri yerinə yetirməlidir. Həmin öhdəliklər rus qoşunlarının Gürcüstan ərazisindən çıxarılmasını nəzərdə tutur. Ümumiyyətlə, ABŞ-ın Gürcüstana görə şimal qonşumuz üçün ən sərt və ciddi addımlar üzərində düşündüyü şübhəsizdir. Elə dövlət katibi Kondaliza Raysın ötən həftəki çıxışı da bunu sübutlayır. Dövlət katibi vurğulayıb ki, Rusiya avqustun 7-də Gürcüstan ərazisinə müdaxilə etməklə çox uzağa gedib. Rusiya liderlərinin öz xalqları üzərinə ağır iqtisadi yük qoyduğunu dilə gətirən dövlət katibi bu ölkənin Ümumdünya Ticarət Təşkilatına üzvlüyə qəbulunun ciddi sual altında qaldığı qənaətindədir. Onun sözlərinə görə, Dmitri Medvedyev və baş nazir Vladimir Putinin qəbul etdiyi qərarlar iqtisadiyyatı bərbad vəziyyətə saldıqca onların xalq arasındakı populyarlığı da itəcək: "Bizim indi strateji məqsədimiz Rusiya liderlərinə izah etməkdir ki, onların qərarları Rusiyanı özünütəcridə və beynəlxalq yadlaşmaya aparır". O da maraqlıdır ki, Kondaliza Rays həmin çıxışında Rusiyanın Avropanın enerji bazarında hegomonluğuna son qoymağa çalışan Vaşinqtonun hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üzərində ciddi işlədiyini də dilə gətirib: "Biz regionun daha bir münaqişəsini-Dağlıq Qarabağ məsələsini həll etmək və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik". Diqqət çəkən həm də odur ki, Gürcüstan olaylarından sonra ABŞ rəsmiləri Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini tez-tez vurğulamağa başlayıblar. Paris Moskvayla yolarını ayırmaq istəmir Belə bir vaxtda bölgəyə gələn ATƏT-in fransalı həmsədri Bernar Fasie həm ABŞ-ın bostanına daş atıb, həm də ad çəkmədən Dağlıq Qarabağ münaqişəsində tərəf olan ölkələrdən birinə xəbərdarlıq edib. Müharibəni vəziyyətdən çıxış yolu saymayan fransız diplomat hesab edir ki, Gürcüstan olaylarından sonra regionda hər kəs "ağlını başına yığmalıdır". Amerikalı həmsədr Metyu Brayzanın ATƏT-in Minsk qrupunun gələcəyilə bağlı dediklərinə münasibət bildirən Bernar Fasie qrupun təkcə ABŞ-dan ibarət olmadığını xatırladıb: "Minsk qrupu təkcə ABŞ demək deyil. Bu qrupa 10-dan çox ölkə daxildir. Əlbəttə, Rusiya ilə bağlı müəyyən çətinliklər var. Amma bu, heç də o demək deyil ki, Minsk qrupu fəaliyyətini davam etdirməyəcək". Gələn həftə Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün planlaşdırıldığını bir daha diqqətə çatdıran diplomat bunun Minsk qrupunun fəaliyyətini davam etdirməsinin göstəricisi olduğunu deyib. Bernar Fasie üç həmsədrdən ikisinin bir-biriylə bir masa arxasında əyləşmədiyi bir vaxtda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində optimist bəyanatlar verməkdən də çəkinməyib: "Tərəflər münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməyə heç vaxt indiki kimi yaxın olmayıblar. "Madrid təklifləri" ATƏT-in Helsinki Xartiyasının üç prinsipi əsasında formalaşdırılıb. Bunlar güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququdur. Ümumilikdə isə "Madrid sənədi" 14 komponentdən ibarətdir". Postsovet məkanında ictimai siyasi prosesləri öyrənən mərkəzə rəhbərlik edən rusiyalı politoloq Aleksey Vlasov indiki halda Rusiya və Qərb üçün ən yaxşı variant Dağlıq Qarabağ münaqişəsinin daha dərin "dondurulmasıdır". Çünki nə Bakı, nə də İrəvan güzəştlərə hazırdır, nə Qərb təkbaşına bu münaqişəni həll edəcək gücdədir, nə də Dnestryanı problemdən fərqli olaraq Rusiya birmənalı öz variantını tərəflərə qəbul etdirə bilər. Vaşinqton-Moskva münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə hansı yöndə təsir göstərməsinə gəlincə, rus politoloq pessimistdir. O hesab edir ki, xüsusən ABŞ-da respublikaçılar prezident seçkilərində qələbə çalarlarsa, Vaşinqtonla Moskvanın Qarabağ probleminin həllində səylərini birləşdirəcəkləri inandırıcı deyil: "Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi o dərəcəyə gəlib çatıb ki, dalandan çıxmaq üçün uzun illər birgə səylər lazımdır". Ruslar Qarabağ söhbətini söhbətə qatmır... Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov isə Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə maneəçilik törədən hər hansı bir məsələnin olmadığı görüntüsünü yaratmağa çalışır. O deyib ki, Minsk qrupunun üzvləri birgə fəaliyyət göstərir, həmsədrlər vahid mövqedən çıxış edirlər. Yəni bölgəyə ayrı-ayrılıqda gələn həmsədrlər tək öz ölkələrinin yox, həm də ümumilikdə Minsk qrupunun mövqeyini ortaya qoyurlar: "ABŞ-Rusiya münasibətlərinə və bunun Minsk qrupunun fəaliyyətinə təsirinə gəlincə, iki ölkə arasında əlaqələrin pisləşməsi Minsk qrupunun formatına təsir göstərmir. Çünki qrupun mövqeyi ayrılıqda hər hansı ölkənin diplomatının bəyanatıyla müəyyənləşmir. Bu, ATƏT-in yaratdığı qrupdur, çoxdan formalaşdırılıb və uğurlu fəaliyyət göstərir. Düşünürəm ki, Minsk qrupu münaqişənin tənzimlənməsində öz rolunu oynayır". Bu arada Rusiyanın Xarici İşlər Nazirliyi Kondaliza Raysın bəyatına cavab verib. Yazılı açıqlamada deyilir ki, Moskva Vaşinqtonla bütün formatlarda işləməyə hazırdır. Söhbət terrorizmə, aqressiv ekstremizmə, kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizədə, ərzaq böhranının qarşısının alınmasında birgə fəaliyyətdən gedir. Üçü birində... Məsələylə bağlı fikirlərini öyrəndiyimiz Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyir ki, Bernar Fasie son səfəri zamanı nisbətən ruspərəst mövqedən çıxış edib və ABŞ-a müəyyən mesajlar ünvanlayıb. Məsələn, "Rusiya Gürcüstanla bağlı öhdəliklərini sona qədər yerinə yetirənə qədər Minsk qrupunda Rusiyayla əməkdaşlıq mümkün deyil" ifadəsini dilə gətirən Metyu Brayzaya cavab olaraq fransalı həmsədr vurğulayıb ki, ABŞ Minsk qrupu deyil, qrupda 10-dan çox ölkə var. Bununla da Bernar Fasie Vaşinqtonun mövqeyinə qarşı çıxıb. Yəni Moskvanı yumşaq şəkildə dəstəkləyib, bu dövlətin Minsk qrupundan kənarlaşdırılmayacağına işarə edib: "Belə çıxır ki, Bernar Fasie Rusiyanın Cənubi Qafqazda hərbi gücdən istifadəyə üstünlük verməsini bəyənir və bunun həm ABŞ, həm də Azərbaycan üçün bir dərs olduğu fikrini qabartmağa çalışır. Onun "hər kəs ağlını başına yığmalıdır" sözlərini belə başa düşmək olar. Ümumiyyətlə, fransız həmsədr həmişə Bakıya təzyiqlər göstərib. Xüsusən Azərbaycanın müharibə yoluyla öz torpaqlarını azad etməklə bağlı prespektivdə ata biləcəyi addımlara qarşı çıxıb. Son hadisələrdən də istifadə edərək Bakını hədələmək mövqeyindən çıxış edib. Yəni çalışır ki, Azərbaycan heç vaxt müharibə yoluna əl atmasın". Akif Nağıya görə, əslində Dağlıq Qarabağ münaqişəsinə münasibətdə üç həmsədrin mövqeyində elə ciddi fərqlər də yoxdur. Məsələn, indi münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini Vaşinqtonun himayə etdiyini söyləyən Metyu Brayza bir ay əvvəl deyib ki, Dağlıq Qarabağın statusu referenum yoluyla müəyyənləşməlidir: "Belədə isə həmsədr dövlətlər həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini söyləyirlər. Yəni onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma reallıqda münaqişənin həlliylə bağlı başqa formaların ortaya qoyulacağı ehtimalını mümkün sayırlar". xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı