Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Tehran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını etmək üçün Bakı və İrəvanla danışıqlara başlayıb. Bunu dünən ANS-ə eksklüziv müsahibəsində İranın Azərbaycandakı səfiri Nəsir Həmidi Zare bəyan edib. O bildirib ki, rəsmi Tehran bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həllini istəyir. Səfirin sözlərinə görə, münaqişə sülh yolu ilə həllini tapmalıdır. Xəbər verildiyi kimi, son günlər İran region ölkələri ilə fəal diplomatiya yeridir. İran xarici işlər naziri Manuçöhr Möttəki bir-birinin ardınca Berlin, Moskva, Bakı və Tiflisdə səfərlərdə olub. Ermənistan xarici işlər naziri isə İrana səfər edib. Bu təmaslar Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Cənubi Qafqazda yaranmış yeni siyasi durumla bağlıdır. İran ABŞ-ın bölgədə mövqelərinin zəifləməsini fürsət bilərək Qafqazda təhlükəsizliyin təminatında rol almağa cəhd göstərir. Maraqlıdır ki, İran Gürcüstan ətrafında yaranan böhranın ilk mərhələsində baş verənləri müşahidəçi qismində izləyirdi və hər hansı təşəbbüs göstərmirdi. Lakin Türkiyənin regionda sülhə və təhlükəsizliyə dair “Qafqaz platforması” adı verilən ideya irəli sürməsindən və bu ideya ətrafında regionda intensiv diplomatik təmasların olmasından sonra Tehran da hərəkətə keçdi. İran regionda təhlükəsizliyin təmin edilməsi üçün Ankaranın irəli sürdüyü modeldə yer almamasından narazı olduğunu bildirdi və özünün təhlükəsizlik formulunu irəli sürdü. İran hesab edir ki, regionda təhükəsizlik və stabillik ancaq 3+3 formulu əsasında təmin edilə bilər. Bu formula üç Cənubi Qafqaz respublikası ilə İran, Rusiya və Türkiyə daxildir. İran həmçinin Cənubi Osetiya münaqişəsi ətrafında yaranmış vəziyyətlə bağlı vasitəçilik təklifini Gürcüstana təqdim edib. Manuçöhr Möttəki bəyan edib ki, onun ölkəsinin irəli sürdüyü 3+3 formuluna region ölkələri dəstək verir. İran xarici işlər naziri ilə Bakıda aparılan danışıqlardan sonra Azərbaycan prezidenti İlham Əliyev də Tehranın regionda təhlükəsizliyin təmin edilməsi üçün irəli sürdüyü təşəbbüsü dəstəklədiyini ifadə etmişdi. Belə görünür ki, İranın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün birbaşa vasitəçiliyə başlamaq cəhdi də bu təşəbbüsün bir hissəsidir. Bir halda ki, regionda ümumi təhlükəsizlik və stabillikdən söhbət gedir, o zaman Ermənistanla Azərbaycan arasında münaqişə həll edilmədən buna nail olmaq mümkün deyil. Ona görə də İran İrəvanla Bakı arasında vasitəçilik edərək öz tərəfindən bu münaqişənin həlli üçün təşəbbüs göstərməyə başlayıb. Çox güman ki, İranın vasitəçiliyi ilə bağlı danışıqlar Möttəkinin Bakıya, Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın isə Tehrana səfərləri zamanı aparılıb. Hələlik rəsmi Bakının və İrəvanın İranın vasitəçiliyinə dair mövqeyi məlum deyil. Lakin əvvəllər Azərbaycan tərəfi İranın vasitəçiliyini qəbul etməyib. İndiki mərhələdə İranın vasitəçiliyi Ermənistan üçün sərfəli sayıla bilər. Çünki İran Ermənistanın ən yaxın tərəfdaşlarından biridir. Digər tərəfdən, İranın Qarabağ məsələsinin həlli üçün Moskva ilə razılaşdırılmış şəkildə vasitəçiliyə səy göstərdiyi ehtimal edilir. ABŞ-ı bölgədən sıxışdırmaq üçün Rusiya İranı Qarabağ münaqişəsinin həllinə qoşmağa etiraz etməzdi. Xatırladaq ki, Türkiyə də ilk dəfə Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla Azərbaycan arasında vasitəçilik etmək imkanı qazanıb. Ankaranın da vasitəçiliyinin Rusiya ilə razılaşdırılmış şəkildə həyata keçirildiyi təxmin edilir. Bu arada ABŞ da təkbaşına olaraq vasitəçilik səylərini artırıb. Minsk Qrupunun digər həmsədri Fransa da geri qalmaq istəmir və ABŞ-dan ayrı olaraq regionda vasitəçilik missiyası aparmağa çalışır. Rusiya da vəd edir ki, münaqişənin həlli üçün birbaşa vasitəçilik səylərini artıracaq və yaxın vaxtlarda iki ölkə prezidentlərinin görüşünü təşkil edəcək. Vasitəçilik edənlərin sayının bu qədər çox olmasının Azərbaycana nə verəcəyini təxmin etmək hələ çətindir. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı