Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
Güney Qafqaz bölgəsində yaranan yeni geosiyasi situasiya Türkiyə-Azərbaycan əlaqələrini də sınağa çəkib. Bu sınağın mərkəzində isə “bir millətin iki dövləti”nə qarşı neçə illərdir ərazi və uydurma soyqırım iddiaları ilə çıxış edən işğalçı Ermənistana münasibət durur. Təcavüzkar ölkə ilə strateji müttəfiqimiz arasında müşahidə edilən yaxınlıq nə vəd edir? Məsələdə ortaq milli maraqlar hara kimi nəzərə alınır? Günümüz üçün aktuallıq kəsb edən bu və digər suallarla Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri, hörmətli Hulusi Kılıca müraciət etdik. - Cənab səfir, prezident Abdullah Gülün İrəvan səfəri və Türkiyə-Ermənistan yaxınlaşması ilə bağlı Azərbaycan cəmiyyətində bir əndişə hökm sürür. Bu əndişəni ciddi sayırsızmı? Belə rəy var ki, işğalçı dövlətlə yaxınlıq xalqın yox, Türkiyə hökumətinin siyasətidir. Belədimi? - Öncə onu qeyd edim ki, Türkiyənin xarici siyasəti ulu öndər Atatürkün müəyyən etdiyi “Yurdda sülh, cahanda sülh” şüarı əsasında davam edir. Biz ölkələr arasında problemlərin dialoq yolu ilə çözülməsinin tərəfdarıyıq. Gürcüstandakı bəlli olaylar, təəssüf ki, “dondurulmuş münaqişələrin” asanca qızışa biləcəyi gerçəyini ortaya qoyub. Hörmətli ölkə başçımız da bütün bunları göz önünə alaraq və ortaya çıxan fürsət pəncərəsini ən yaxşı şəkildə dəyərləndirərək Serj Sərkisyanın futbol dəvətini qəbul edib. Mən Türkiyə və Ermənistan kimi orta tarixə sahib və iki qonşu xalqın bir-birinə deyəcəyi sözləri üçüncü ölkə vasitəsilə yox, doğrudan da öz aralarında dialoq vasitəsilə söyləmələrinin faydalı olacağını düşünürəm. Bəzi ölkələr arasında dialoq çatışmazlığının nə qədər mənfi nəticələrə gətirdiyini hamımız gördük, izlədik. Bu, bölgə ölkələrinin heç birinin arzu etmədiyi, hər kəsə zərər verən proseslərdir və tənzimlənməsi uzun illər aparacaq. - Ermənistanın Rusiyadan asılılığı bəllidir. Bu mənada Ankaranın Qarabağ problemi ilə bağlı vasitəçiliyinin effektli olacağına inanırsınızmı? - Sayın cümhurbaşqanımızın İrəvan ziyarəti Türkiyə ilə Ermənistan arasındakı mövcud problemlərə, həmçinin Qarabağ düyününə çarə tapmaq üçün yeni zəmin hazırlamaq baxımından vasitə kimi qiymətləndirilməlidir. Bunun gerçəkləşməsi isə tək bir səfərlə mümkünsüzdür. Bundan əlavə, iki ölkə arasında əlaqələrin normallaşması üçün İrəvanın bundan sonrakı davranışı həlledici olacaq. - Ermənistan sərhədlərin qeyd-şərtsiz açılmasına tərəfdar olduğunu bəyan edir. Bəs, rəsmi Ankaranın mövqeyi necədi, Türkiyə hansı halda sınırların açılmasını mümkün sayır? Bəzi məlumatlara görə, işğalçı ölkənin hər hansı blokadasından əslində söhbət gedə bilməz. Məsələn, Türkiyədən Ermənistana 4 təyyarə reysi var, iki ölkə arasında ticarət dövriyyəsinin illik həcmi 40 milyona yaxındır... - Ermənistan öz qonşularının ərazi bütünlüyünə hörmət etməli və onlarla ixtilafları beynəlxalq hüquq normaları və prinsipləri əsasında çözməlidir. Bu ölkə işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməyincə və Dağlıq Qarabağ konfliktinin həlli prosesinə girməyincə Türkiyə onunla sərhədləri açmayacaq. - Həqiqətənmi Türkiyə hökuməti inanır ki, Ermənistanın qeyd-şərtsiz regional iqtisadi-kommunikasiya layihələrinə qoşulması onun gələcəkdə Qarabağ və uydurma “soyqırım” məsələlərində daha konstruktiv mövqe tutmasına gətirər? - Sualı əsasən cavablandırdım. Bunu xüsusi vurğulmaq istərdim ki, türk xarici siyasətinin əsas amacı, Türkiyə də daxil, bölgədə sülhün, əmin-amanlığın və rifahın bərqərar edilməsi, insani təmaslara, işbirliyi və təhlükəsizliyə aparan bir regional və beynəlxalq müstəvinin yaradılmasıdır. Qafqaz xalqları ilə yaxın siyasi, iqtisadi, sosial-mədəni tellərlə bağlanan Türkiyə üçün bölgədə sülhün, əməkdaşlığın və təhlükəsizliyin bərqərar edilməsi həyati önəm daşıyır. Ölkəmizin Güney Qafqaza yaxınlaşması regionun bütün ölkələrini öz ağuşuna alacaq etibarlı işbirliyi platformasının yaradılması halında formalaşmaqdadır. - Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra Azərbaycanın təhlükəsizliyi məsələsi xeyli aktuallaşıb. Strateji müttəfiqimiz bunu nəzərə alırmı və iki qardaş dövlət arasında hərbi sahədə əməkdaşlığın yeni mərhələsi gözlənilirmi? Azərbaycanda Türkiyə hərbi bazası yaradıla, birgə hərbi təlimlər keçirilə bilərmi? - Türkiyə ilə Azərbaycan arasında qardaşlıq ilişgilərinin dərin tarixi, mədəni, insani və din-dil kökləri var. Bu, sağlam təməl üzərində hər sahədə inkişaf edən işbirliyi ilə ikitərəfli əlaqələrimiz sürətlə inkişaf edərək ortaqlıq halına gəlib. Türkiyə Azərbaycanın öz müstəqilliyinə qovuşduğu tarixdən etibarən ona hər cür dəstək və yardımı vermiş, verməkdə davam etməkdədir. Azərbaycanın öz müdafiəsi və təhlükəsizliyini qurmaq üçün modern ordu qurmaq yönündə qət etdiyi məsafə təqdirəlayiqdir. Bu məsafənin tam qət edilməsində ölkəmiz də iştirakçı olarsa, ondan məmnunluq duyarıq. Azərbaycanın getdikcə güclənən iqtisadiyyatı və artan rifah səviyyəsi, şübhəsiz, müdafiə sahəsindəki ilişgilərimizi də daha irəli aparacaq. - Bəs, iki qardaş ölkə arasında iqtisadi-ticari ilişgilərin durumunu necə qiymətləndirirsiniz, bu sahədəki vəziyyəti Türkiyə-Azərbaycan müttəfiqliyinin potensialına adekvat hesab edirsinizmi? - Bildiyiniz kimi, Türkiyə ilə Azərbaycan bütün sahələrdə hər hansı digər iki ölkənin sahiblənmədiyi ilişgilərə malikdir. Ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr ilbəil dərinləşməkdə və genişlənməkdədir. Azərbaycanın statistik məlumatına görə, Türkiyə ilə Azərbaycan arasında 2007-ci ildə ticarət dövriyyəsinin həcmi 1,68 milyard təşkil edib və Türkiyə xarici ticarətdə Azərbaycanın 1-ci ticari ortağı olub. Azərbaycanın qeyri-neft sektoruna Türkiyənin 600-ə yaxın şirkətinin yatırdığı vəsaitin həcmi isə təqribən 3 milyard dollardır. Həmçinin Azərbaycanın enerji sektoru istisna olmaqla, digər sahələrə yatırımlar üzrə Türkiyə şirkətləri ön yerə sahibdilər. Türk iş adamlarının yatırım və ticari fəaliyyəti baxımından ən çox tərcih etdikləri ölkələrdən biri yenə Azərbaycandır. Azərbaycandakı türk yatırımları enerji sektoru ilə birlikdə 6 milyard dollar olub. Türk şirkətləri 50 minə yaxın Azərbaycan vətəndaşına işləmək imkanı yaradıb. Digər yandan, türk sahibkarları öz üzərlərinə Azərbaycanda təxminən 3 milyard dollar dəyərində iş götürüblər və onun böyük hissəsini görüblər. Eyni şəkildə Azərbaycan sərmayəçilərinin ən çox tərcih etdikləri ölkələrin başında Türkiyə gəlir. Belə ki, ölkə xaricindəki Azərbaycan sərmayəsinin 2,5 milyard dolları Türkiyəyə yatırılıb. Bu rəqəmlər ölkələrimiz arasındakı ilişgilərin səviyyəsini açıq ortaya qoyur. Üçüncü yandan, hər şeyə rəğmən, mövcud ticari və iqtisadi əlaqələrimizin ölkələrimizin sahib olduğu potensialdan uzaq olduğunu düşünürəm. Baxın, Türkiyə və Azərbaycanın xarici ticarət dövriyyələrinin həcmi üst-üstə 250 milyard dolları aşır. Bu rəqəmi göz önünə alsaq, iki ölkə arasındakı 1,68 milyard dollarlıq xarici ticarət həcminin yetərsiz olduğu üzə çıxar. Hədəfimiz, əlbəttə ki, xarici ticarətimizi bu rəqəmdən çox-çox yuxarı qaldırmaqdır. - Bu günlərdə yerli mətbuatda belə məlumat keçdi ki, təkcə son ildə 100 türk iş adamı korrupsiya, məmur özbaşınalığı və qanunların işləməməsi ucundan Azərbaycanı tərk edib. Bilmək istərdik, Azərbaycandakı total qanunsuzluq və korrurpsiya kimi hallar iki ölkə münasibətlərinin inkişafına nə dərəcədə maneə yaradır? - Azərbaycandakı korrupsiya səbəbilə 100 türk iş adamının ölkədən getməsi barədə məlumatı təsdiqləmək mümkün deyil. Onların sayı və nədən çıxıb getməsi ilə ilgili bir araşdırma aparıldığı və anket tərtib edildiyini də bilmirəm. O üzdən bu cür məlumatlara söykənərək şərhlər verməyin doğru olmayacağı qənaətindəyəm. Bununla belə, səfirliyimiz belə fikirlərə yol aça biləcək olayları diqqətdə saxlamaqdadır. - Cənab səfir, Türkiyə demokratik dövlət olaraq Azərbaycanda insan haqlarının durumuna, jurnalistlərin təqibinə və həbsinə bir qayda olaraq reaksiya vermir. Bunun səbəbini bilmək olarmı? - Mətbuat, belə demək caizsə, xalqın gözü, qulağı, yeri gələndə səsidir. Bu səbəbdən, demokratiyanın dayağıdır. Ona görə də mətbuata yönəlik təhdidlər və onu basqı altında saxlamaq səyləri demokratiyanı hədəf almaq deməkdir və belə səylərin qarşısı alınmalıdır. Dövlətin üzərinə düşən ən önəmli vəzifə demokratiyanın dayağı olan qəzetçilərin öz vəzifəsini təhdidlərdən uzaq və təhlükəsiz bir şəkildə yerinə yetirməsi üçün lazımi şəraiti yaratmaq, mətbuatın müstəqil çalışmasını əngəlləməyə çalışanların qabağını almaqdır. Bununla belə, “medalın başqa üzünə” baxmağı da bacarmalıyıq. İş ondadır ki, mətbuatın müstəqilliyi özündə həm də böyük məsuliyyəti daşıyır. Əfsus ki, peşəkar anlamda qəzetçiliyin tələb etdiyi məsuliyyətlə hərəkət etməyən, şəxsi və ya bəzi qrup mənafelərinə uyğun surətdə ictimai rəyi çaşdıran xəbərlər yayaraq, əxlaqdankənar davranış sərgiləyən qəzetçilərə dünyanın hər yerində rast gəlinir. Bu cür məsuliyyətsiz qəzetçiliyin doğurduğu pis nəticə isə azad mətbuatın mövcudluğundan narahat olan insanların əllərinə önəmli kozırların verilməsidir. Beləliklə, mətbuat müstəqilliyi çərçivəsində hərəkət etdiyini iddia edən bəzi qəzetçilər, faktiki, bu müstəqilliyin boğulmasına yol açmaqdadılar. Səfirliyimiz medianın önəmini ciddiyə alaraq fəaliyyətini qurur. Bu xüsusda bir çox qəzetçi qardaşlarımızın da bildiyi kimi, biz bir növ “açıq qapı” siyasəti yürüdük. Mənimlə görüşmək istəyində bulunan bütün media mənsublarını heç bir fərq qoymadan, səlahiyyətimin izin verdiyi çərçivədə qəbul etməyə çalışıram. 7 aylıq fəaliyyətim bunun ən yaxşı təsdiqidir. Böyükelçiliyimiz Azərbaycanda mətbuatın həqiqi mənada fəaliyyəti üçün əlindən gələni etməyə çalışır. Bu dəstək doğrudan da səfirliyimiz tərəfindən düzənlənən, Türkiyədəki yayın qurumlarında staj və kursları özündə ehtiva edən proqramlar şəklində olmaqla yanaşı, beynəlxalq qurumların Azərbaycanda mətbuatın peşəkar səviyyəyə çatması üçün göstərdiyi səylərə ortaqlıq formasında da həyata keçirilir. Türkiyə səfirliyinin Azərbaycandakı işi fərqli və spesifikdir. Bakıda fəaliyyət göstərən digər diplomat həmkarlarımızdan fərqli olaraq bizim çiynimizdə qardaş bir ölkədə çalışmağın əhəmiyyətli məsuliyyəti var. Səfirliyimiz bu spesifikanın doğurduğu məsuliyyəti dərk edərək hərəkət edir. Sualınızla bağlı məsələlərdə Azərbaycan yetkililərinə fikirlərimizi ən açıq şəkildə çatdırırıq və bizim bu xüsusda mövqeyimiz Azərbaycan rəhbərliyi tərəfindən digər diplomatik təmsilçiliklərlə müqayisədə daha çox diqqətə alınmaqdadır. Bəzi həqiqətpərəst avropalıların da etiraf etmək zorunda qaldığı kimi, demokratiya və insan haqları məsələsində Azərbaycana, misal üçün, Ermənistan və Gürcüstandan fərqli olaraq, ikili standartlı bir yanaşma sərgilənməkdədir. Türkiyənin isə bu məsələdə Azərbaycanla bağlı mövqeyi, əlbəttə ki, bir soyuqqanlılığa və etinaya söykənir. Bizim hər şeyi mətbuat önündə dartışma kimi bir məşğuliyyətimiz yoxdur, yəni içəridə başqa şey söyləyib, çöldə kükrəmək kimi bir mövqeyə sahib deyilik. - Sualı bir az da konkretləşdirmək istərdik. Qardaş ölkə üçün Azərbaycan nefti və qazının dəyəri Qərb, Avropa kimi demokratiyadan öndədir, yoxsa... - Əvvəla, bu gün Qərb üçün Azərbaycanda demokratiyanın neft və qazdan daha önəmli olduğunu qərblilərin özləri tərəfindən etiraf edilə biləcəyini bilmirəm. Lakin Qərbin Azərbaycana yanaşmada enerji məsələsini bir tərəfə buraxıb, sadəcə, demokratiyanı ön planda tutduğunu söyləməyin yanlış olduğunu, elə bilirəm, siz də qəbul edərsiniz. Əgər dünyada Azərbaycana münasibətdə neft və qaz mövzusunu 2-ci plana itələyə bilən bir ölkə varsa, o da Türkiyədir. Ölkəmiz üçün Azərbaycanın önəmi neft və qazdan yox, onun bizə qardaş, soydaş ölkə olmağından qaynaqlanır. Zahid SƏFƏROĞLU musavat
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur