Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
“Əgər Azərbaycan Dağlıq Qarabağa investisiya qoymağa çalışsa, o zaman bəlkə oranın əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə öz münasibətini dəyişər”. Bu sözləri Ermənistan prezidenti Serj Sərkisyan bir qrup xarici jurnalistlə İrəvanda keçirdiyi görüşdə bildirib. Görüşdə BBC-nin Moskva müxbiri Eldar İsmayılzadə də iştirak edib və Sərkisyana Dağlıq Qarabağın statusu ilə bağlı sual verib. Ermənistanın münaqişənin həllində güzəşt limitinin yuxarı həddinin nədən ibarət olması, statusla bağlı Ermənistanın mövqeyi haqda suallara cavabında Sərkisyan deyib ki, bu istiqamətləri onlar 14 il əvvəl müəyyən ediblər: “O zaman ki, atəşkəs istəyirdik və daha bir neçə il ondan öncə bu barədə danışmışdıq. Bu istiqamət odur ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını həll etmək hüququ tanınmalıdır. Məsələ ondadır ki, Dağlıq Qarabağ xalqı min illər boyu bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun. O dövr, Qarabağın Azərbaycanın tərkibində olduğu Sovet dövrü göstərdi ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz mövcudluğu mümkün deyil. O ki qaldı nəzəri varianta - yəni Dağlıq Qarabağ hər hansı şəkildə Azərbaycanın tərkibində ola bilər, ya yox - bunu qarabağlıların referendum vasitəsilə müəyyən edilən rəyi deyə bilər”. Sərkisyan bildirib ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək - qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər: “Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş güzəranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Dağlıq Qarabağ Azərbaycanın tərkibinə düşsə, zənnimcə, çox qısa zaman ərzində orada bir erməni də qalmaz”. Bu arada qeyd etmək yerinə düşər ki, Azərbaycan iqtidarı da neft pulları hesabına Dağlıq Qarabağın qaytarılması variantı istiqamətində bir vaxtlar ciddi işləyib. Sərkisyanın açıqlamasından belə anlaşılır ki, bu iş hələ də dayanmayıb. Bu barədə “Yeni Müsavat” ilin əvvəlində manşetdən bir xəbər yayınlamışdı. Həmin xəbərdə göstərilirdi ki, Azərbaycan iqtidarı Rusiyanın vasitəçiliyi ilə Dağlıq Qarabağın və işğal altındakı digər bölgələrin geri qaytarılması üçün 10-12 milyard dollar vəsaiti dövriyyəyə buraxmağa hazır olduğunu bildirib. Bu vəsait həm Dağlıq Qarabağa investisiya şəklində yatırılmalı, həm də Ermənistan iqtidarına və Dağlıq Qarabağdakı oyuncaq rejimə rüşvət şəklində ödənməliydi. Həmin vaxt xəbəri qəzetimizə verən məlumatlı mənbə iddia edirdi ki, Azərbaycan prezidenti nəyin bahasına olursa-olsun Dağlıq Qarabağı qaytarmaq iddiasındadır və Rusiya ilə “dollar qarşılığında Dağlıq Qarabağ” variantı alınmasa, onun Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara baş vurmaq niyyəti var: “İlham Əliyev gənc yaşında hər şeyə nail olub və hər şeyi var. Lakin o, tarixə Qarabağı qaytaran lider kimi düşmək istəyir və öz ətrafına da dəfələrlə söyləyib ki, bununçün hər şeyə getməyə hazırdır...” Bunu da həmin vaxtlar hakimiyyət düşərgəsi ilə təmasları olan mənbə söyləmişdi. Onun iddiasına görə, Moskvanın vasitəçiliyi ilə Köçəryan hakimiyyətinə açıq və konkret şəkildə təklif irəli sürülüb. Ermənilərin indiki prezidenti Sərkisyanın açıqlamalarından belə aydın olur ki, para qarşılığında Qarabağ variantı yenə də gündəmdədir: “Kimsə Sərkisyanla ciddi söhbət edib və açıqlamalarından belə görünür ki, onu bu variant üzrə maraqlandıra bilib. Böyük ehtimalla bu adam Türkiyənin prezidenti Abdullah Güldür. Onun Sərkisyanla görüşün ardından Bakıya gəlməsi, məhz bu təmaslardan sonra Ermənistan tərəfinin bir çox tarixi və cari iddialardan geri çəkilməsi, ən nəhayətdə də bu cür bəyanatlarla çıxış etməsi məsələnin ciddiyyətindən xəbər verir. Yekunda nələrin olacağını, prosesin hansı mexanizm üzrə cərəyan edəcəyini indidən söyləmək çətindir. Amma fakt budur ki, proses başlayıb və Serj Sərkisyan heyrətamiz dərəcədə sensasion görünə biləcək açıqlama ilə çıxış edərək, həmin prosesi leqallaşdırmaq üçün ilk təşəbbüsü göstərib. Azərbaycan tərəfi təbii ki, bunun qarşılığında rəsmi mövqe bildirəcək. Prosesdə ABŞ-ın da birbaşa iştirakı və maraqlı olması aşkar görünür...” Bu fikirləri isə müxalifət düşərgəsinin ideoloqlarının birindən almışıq. O, belə bir variantı Azərbaycan üçün son dərəcə məqbul hesab edir və baş verəcəyi təqdirdə, indiki iqtidarın gəlmiş-keçmiş ən böyük uğuru kimi tarixdə qalacağını bildirir: “Gürcüstan olaylarından sonra Dağlıq Qarabağın hərbi yolla qaytarılması məsələsi arxa plana keçib. Lakin Ermənistan, Rusiya iqtidarlarına və Dağlıq Qarabağdakı oyuncaq rejimə rüşvət vermək, adıçəkilən bölgəyə isə böyük miqdarda yatırım yatırmaq yolu ilə proses başlatmaq ciddi nəticələr doğura bilər. Məsələ burasındadır ki, Qərb ölkələri, xüsusilə də Avropa Birliyi bu proyekti ciddi dəstəkləyirlər və onlar referendum müddətinə qədər Dağlıq Qarabağa 5 milyard avro ayırmağa hazır olduqlarını konflikt tərəflərinə iki il əvvəldən bildiriblər. Bu məsələdə yeganə mübahisə predmeti referenduma qədər tərəflərin təklif etdiyi müddətlə bağlıdır. Ermənilər 5, Azərbaycan iqtidarı 20, Qərb isə aralıq variant kimi 7-10 il sonra Dağlıq Qarabağda referendum keçirtməyi təklif edir. Həmin prosesin başlaması halında Azərbaycanın işğal altındakı digər rayonları boşaldılmalıdır. Azərbaycan tərəfini də bu riskli oyunda maraqlandıran əsas məqam budur...” Bu və xəbərlə bağlı daha geniş şərhlər də müxalifətçi ekpert-ideoloqa məxsusdur. Başqa bir müxalifət liderinə görə, bütün hallarda torpaqlarımızın istənilən yolla qaytarılması milli maraqlarımız baxımından məqbul hesab edilə bilər. Lakin onun fikrincə, Sərkisyanın təklifi daha çox tələyə oxşayır və Bakını referendum ideyasına razı salmaq üçün şirnikləndirici gediş də ola bilər. Lakin bizə görə, deyəsən, bu prosesdə şirnikən tərəf Sərkisyan özüdür. *** Yuxarıdakı xəbərin mabədi isə belədir: Ermənistan prezidenti ölkəsinin Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasına da münasibət bildirib. Sərkisyan deyib ki, Ermənistan həmişə xalqların öz müqəddəratını müəyyən etmək hüququndan danışıb: “Bizim Kosovo, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanımamağımız təəccüblü görünə bilər. Lakin bizdən ötrü seçim aydındır. Nə qədər ki, Dağlıq Qarabağın müstəqilliyini tanımamışıq, başqa yerləri də tanıya bilmərik. Bunun isə səbəbi odur ki, biz Azərbaycanla danışıq prosesindəyik və hər iki tərəf üçün məqbul çözüm yolu axtarırırıq. Yadınıza salmaq istərdim ki, Kosovoda və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda elan edilib. Ermənistan da hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq”. Qeyd edək ki, Sərkisyan xarici jurnalistləri Ermənistanın müstəqilliyinin 17-ci ildönümü ilə bağlı İrəvana dəvət edib. Onların arasında Türkiyədən də jurnalistlər var. “Milliyet” qəzetinin Moskva müxbiri də Ermənistan prezidenti ilə görüşənlər arasındadır. O, Sərkisyana “Ermənistanın Türkiyədən torpaq tələbi varmı” sualını verib. “Mən Ermənistanın Türkiyədən torpaq tələb etməsi haqda fikirlərə çox təəcüblənirəm, geniş yayılmış fikirdir, amma hər hansı erməni rəsmisinin indiyədək ”Türkiyədən torpaq tələb edirik" dediyini eşidən olmayıb. Qətiyyən belə açıqlama verilməyib, nəyə görəsə soyqırım məsələsi ilə torpaq tələbi arasında əlaqə quranlar var" - deyə Sərkisyan suala cavabında bildirib. Daha sonra Türkiyə ilə münasibətlər haqda danışan Ermənistan prezidenti deyib ki, o, soyqırımın araşdırılması, yaxud digər məsələlərlə bağı birgə komissiya qurulmasına qarşı deyil, lakin bundan əvvəl iki ölkə arasında diplomatik münasibətlər qurulmalıdır. “Əvvəlcə sərhədlər açılmalı və diplomatik münasibətlər qaydaya salınmalıdır. Bundan sonra hər məsələ ilə bağlı ortaq komissiya qurmaq olar.” Sərkisyan əlavə edib ki, soyqırım məsələsini araşdırmaq üçün tarixçilərdən ibarət komissiyanın açıqlayacağı nəticənin nə dərəcədə qəbul ediləcəyi haqda danışmaq tezdir: “Tutaq ki, tarixçilər, alimlər yığışıb bir qərar verdilər, mən də dedim ki, bəli, bu qərarı tanıyıram. Lakin məndən sonra gələn prezident desə ki, ”yox, mən tanımıram", onda nə olacaq?" Sərkisyan türkiyəli jurnalistin sualına cavab olaraq onu da deyib ki, İrəvanda prezident Abdullah Güllə görüşü zamanı siyasətdən kənar mövzular müzakirə olunmayıb və həmkarı ona erməni dilində hər hansı söz deməyib: “Mənim guya azərbaycanca bildiyim haqda əfsanələr var. 20 il bundan əvvəl azərbaycanca bir az bilirdim, türk dilinin də azərbaycancaya yaxın olduğundan xəbərim var. Ancaq 20 ildir heç azərbaycanca danışmadım və ona görə də bu gün türkcə məntiqli cümlə qura biləcəyimə əmin deyiləm”. Siyasət şöbəsi musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı