Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ey bu günü dilim-dilim Parçalanan ana dilim. Sinəsində od qalanan ana dilim. Qapıların arxasında Boynu bükük qalan dilim, Var ikən yox olan dilim. Bu sətirlər istiqlal şairimiz Bəxtiyar Vahabzadənin Sovet dönəmində, dilimizin "böyük-böyük məclislərdən ilim-ilim itirildiyi" bir vaxtda ucaltdığı etiraz səsi, ürək çırpıntılarıdır. Soy-kökümüzə, adət-ənənələrimizə, milli-mənəvi sərvətlərimizə, dilimizə, dinimizə təcavüz olunan dövrdə şairin milləti ayıq-sayıqlığa, səfərbərliyə çağırışıdır. Bu sətirlər qəlbimizdə ağrı-acı, hiddətlə yanaşı qürur hissi də oyadır: bu gün dilimiz azad, möhtəşəm bir dövlətin dilidir! Lakin müstəqillik, sürətli inkişaf, dilimizin dövlət dili kimi təsbit edilməsi hələ bu sahədəki problemlərin tamamilə çözülməsi demək deyil. Doğma dilimizin layiq olduğu statusa çatması, bu yolda qarşıya çıxan əngəllərin aradan qalxması üçün hər birimizdən milli təəssübkeşlik, vətəndaş qeyrəti tələb olunur. Yəqin ki, çox adamın Bakıda BP şirkəti tərəfindən maliyyələşdirilən Beynəlxalq Məktəbin (TİSA) mövcudluğundan xəbəri yoxdur. Deyim ki, mənim də məktəb, buradakı təhsil, onun səviyyəsi, strukturu barədə informasiyam məhdud idi. Keçən tədris ilində (2007-2008) məktəbə Azərbaycan dili müəllimi kimi dəvət alanda burada hansı vəziyyətlə rastlaşacağımı bilmirdim. Məlum oldu ki, müəllim və şagirdlərinin əksəriyyətini əcnəbilər təşkil edən məktəbdə 90 nəfər azərbaycanlı təhsil alır və onlardan yalnız 2 nəfəri Azərbaycan dilində dərs alacaq. "Nə üçün məhz 2 nəfər?" - sualına cavab bu oldu ki, əsas tədris ingilis dilindədir. Demokratik əsaslar üzərində qurulan bu məktəbdə hər bir şagirdə ikinci əcnəbi dili seçməkdə tam sərbəstlik verilir. Ümid edirdim ki, gələcəkdə şagirdlərimin sayının artması mənim dərsi maraqlı və keyfiyyətli qurmağımdan asılı olacaq. Məktəblə yaxından tanış olduqca buradakı ab-hava, Azərbaycan dilinə münasibət məni narahat etməyə başladı. Öyrəndim ki, on ildən artıq bir müddətdə fəaliyyət göstərən TİSA-da rus dilinə önəm verildiyi halda, Azərbaycan dili cəmi bir neçə ay fasilələrlə tədris olunub, özü də onun səviyyəsinə nəzarət əcnəbi dillər departamentinin sədri - rus dili müəlliminə həvalə olunub. Onun "səyi" nəticəsində Azərbaycan dili bu günə qədər məktəbdə kölgədə qalıb. Bu tipli məktəbdə - Bakı Oksford Məktəbində 7 il Azərbaycan dili departamentinin müdiri olduğum üçün dilimizə münasibətdə bu iki məktəb arasındakı koordinal fərqi o dəqiqə hiss etdim. Təzə gələn müəllimlərə istiqamət verməli olan bölmə müdirinin işindən də narazı qaldım. Proqramın tərtibində tam sərbəst olduğum üçün Azərbaycan ədəbiyyatının incilərini, müasir yazıçıların şagirdlər üçün maraqlı ola biləcək əsərlərini tədris planına daxil etdim. Artıq ilin ortalarında Azərbaycan dilinə marağın artdığını görüb sevindim. Valideynlər, uşaqlar gələn tədris ili üçün müraciət edirdilər. Əcnəbi müəllimlərdən bir neçəsi Azərbaycan dilini öyrənmək arzusunda olduğunu bildirdi. Dilimizə marağın artması müəyyən dairələrdəki qısqanclığın açıq mübarizəyə keçməsilə müşayiət olundu. Məktəbdəki tədrisin vəziyyətinə nəzarət etmək üçün xaricdən gələn koordinatorlarla görüşdə hər müəllim fənni ilə bağlı üzləşdiyi problemlər haqda məlumat verirdi. Rus dili müəlliminin Azərbaycan dili ilə bağlı çıxışı nəinki məni, əcnəbiləri də şoka saldı. "Azərbaycanlı" həmkarım ərz etdi ki, Azərbaycan əlifbası qısa zamanda 3 dəfə dəyişilib, odur ki, bu dildə dərslik, kitab yoxdur. Mən deyilənləri təkzib etsəm də, dilimizə qarşı ittiham artıq səslənmişdi. Əvvəldən düşünülmüş, ustalıqla həyata keçirilən bu planın çoxdan cızıldığını şagirdlərə, valideynlərə təzyiqlər artanda daha aydın başa düşdüm. Monopoliyanı əllərinə alan rus dili müəllimləri (iki bacı) hər cür böhtana, yalana əl atırdı. Bir valideynin zəngi (Ona demişdilər ki, məktəbdə Azərbaycan dili tədris olunmayacaq) məktəbdə hökm sürən vəziyyətə aydınlıq gətirmək zərurəti doğurdu. Direktorun qəbuluna yazıldım. Peter Hardinq məni mehribanlıqla qarşıladı, bir yerdə işləməyimizdən məmnun olduğunu söylədi. Gəlişimin səbəbini öyrənəndə bildirdi ki, Azərbaycan dilinin tədrisi bu məktəbdə, ümumiyyətlə, nəzərdə tutulmayıb və o iki şagirdə də başqa məktəbdən keçdikləri üçün bir il güzəşt olunub. Azərbaycan dilinə bu cür ögey münasibətin səbəbi ilə maraqlananda bu "nəzakətli" mister çox böyük həvəslə məni "başa saldı" ki, Azərbaycan dili akademik dil deyil, bu dildə terminlər yoxdur. Elmlərin tədrisi bu dildə mümkün olmur. Ümumiyyətlə, Azərbaycan dili ancaq müəyyən qrup insanlar arasında ünsiyyət vasitəsindən başqa bir şey deyil. Odur ki, məktəbdə beynəlxalq dilin - rus dilinin tədrisi məqsədəuyğun sayılır. Dilimizə qarşı olan bu sərt ittiham məni nə qədər sarsıtsa da, günahı dili ayrı, dini ayrı əcnəbidə yox, milli qürurdan məhrum, manqurtlaşan soydaşlarımızda gördüm. Bir tikə çörəkdən ötrü ana dilinə böhtanlar atan insanın torpağını satan cinayətkardan nə fərqi var? Torpağı qan bahasına qaytarmaq olar, itirilmiş dil - itirilmiş millət deməkdir! Burada böyük Atatürkün sözü yerinə düşür: "Milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır". İçimdə baş qaldıran qəzəbi boğmağa, təmkinimi pozmamağa çalışaraq ona malik olduğu informasiyanın kökündən yanlışlığını bildirdim. Neçə illər yaşadığı, hər nemətindən bol-bol bəhrələndiyi diyarın necə qədim və zəngin mədəniyyətə, adət-ənənəyə, dilə malik olduğunu bu günə qədər bilməməsindən təəssüfləndiyimi söylədim. Azərbaycan dili kimi gözəl bir dilin öyrənilməsinin onların ancaq xeyrinə ola biləcəyini, bu dil vasitəsilə böyük türk dünyasına vəsiqə qazanmaq hüququ əldə edə biləcəyini vurğuladım. Bildirdim ki, məndə olan məlumata görə, dünyanın bir çox yerində açılan analoji məktəblərdə, lap elə Gürcüstanda ana dili məcburi tədris olunur. Hesab edirəm ki, bu bizim dilə də şamil olunmalıdır. Nəzərə alsaq ki, dövlətimizin də siyasəti ana dilinin Azərbaycanın hər yerində tətbiqini nəzərdə tutur, sizin məktəbdəki vəziyyəti dövlət siyasəti əleyhinə addım kimi də qiymətləndirmək olar. Hiss olunurdu ki, cənab Hardinq söhbətin bu məcraya yönələcəyini gözləmirdi. Soyuqqanlı ingilisin üzündə açıq maraq və təəccüb sezilirdi. Yəqin, bu günə qədər heç kəsin onunla belə tonda danışmağa cəsarəti çatmamışdı. Söhbətimiz uzun çəksə də, hiss edirdim ki, illərlə formalaşmış, daşlaşmış fikirlərdə köklü dəyişiklik etmək iqtidarında deyiləm. Əvvəla ona görə ki, xasiyyətimizə yaxşı bələddir. Bilir ki, əgər bu illər ərzində yerli dili sıxışdırdığına görə heç bir dövlət strukturu, aidiyyatı təşkilatlar onu narahat etməyib, dediyi sözlərə görə məsuliyyətə cəlb etməyibsə, deməli, bu müəllimin xəbərdarlığından narahat olmamaq olar. Ancaq o bircə şeyi bilmir. Bilmir ki, vətənə, dilə sonsuz məhəbbət ruhunda tərbiyə alan bu müəllim haqq bərpa olmayınca onlarla mübarizəni dayandırmayacaq. Avqust ayında məktəbin idarə heyətinin dəyişəcəyini bildiyim üçün müəyyən müddət gözləyib təzə təyin olunmuş direktorla söhbət etmək qərarına gəldim. İlk baxışdan xoş təəssürat oyadan Lari Nelson məni dinləyib Azərbaycan dili tədrisinin məktəbdə bərpa ediləcəyinə söz verdi. Məni ümidlə yola salandan sonra isə həmin problemlə onun qəbuluna yazılan valideynləri qapı dalında qoydu. Təbii ki, Nelson valideynlərin mənimlə əlaqə saxlamalarından xəbərsiz idi. Sentyabrın 1-də etiraz dolu məktub göndərdim. Ayın 3-də cavab aldım. Hiss olunurdu ki, məktubdakı sərt ittihamlar onu narahat edib. Nelson məni əmin etməyə çalışırdı ki, Azərbaycana rəğbət bəsləyir, sadəcə ana dilini öyrənmək istəyənlərin sayı az olduğu üçün dərslərin bərpası mümkünsüzdür. O, bizə iltifat göstərib yerli kadrları işə cəlb etdiyindən, 90 azərbaycanlı şagirdə məktəbdə təhsil ala bilmək imkanı yaratdığından yazırdı. Ancaq onu yazmırdı ki, məktəbdə təhsil alan hər şagird üçün valideyni külli miqdarda vəsait sərf etdiyi halda öz ana dilində dərs almaq kimi sadə arzusunu reallaşdıra bilmir. Yazmırdı ki, dilimizə, adət-ənənəmizə laqeyd olsa da, vətənimizin sərvətlərinə, bol nemətlərinə laqeyd deyil. Üzümü damarlarında azərbaycanlı qanı axan hər bir kəsə tutub deyirəm: Ümummili liderimiz Heydər Əliyevin Azərbaycan dilinin inkişafı, onun dünya dilləri sırasında layiqli yerini tapması yolunda apardığı islahatların, verdiyi fərmanların yerlərdə icrası, həyata keçməsi bizim hər birimizdən real fəaliyyət və vətəndaşlıq mövqeyi tələb edir. Övladlarımızı vətən, xalq üçün itirmək təhlükəsi olan bir məqamda laqeydlik, fəaliyyətsizlik yolverilməzdir. Sabah 12 il ərzində ancaq əcnəbi dili, ədəbiyyatı, tarixi, coğrafiyası öyrənən balalarımızdan milli qürur, milli təəssübkeşlik ummaqda nə dərəcədə haqlı olacağıq? Onda günahı kimin boynuna atacağıq? Əgər bu gün əcnəbilərin Azərbaycanın ürəyi Bakıda oturub övladlarımızı manqurtlaşdırmaq, özləri üçün gələcək kadr hazırlamaq kimi niyyətlərinin qarşısını almasaq, sabah bu qloballaşan dünyada başqa millətlərin içində əriyib yox olmaq təhlükəsi ilə üz-üzə qalacağıq. XX əsrin əvvəllərində bu təhlükəni görərək bizi ayıq-sayıqlığa çağıran Əli bəy Hüseynzadənin sözlərini xatırlatmaq istərdim: "Əgər bir türk milli, ədəbi, mədəni "mən"ini itirib fransızlaşırsa, bu türk kültürü yox, fransız tərəqqisi deməkdir". Millətimin ziyalıları! Dövlətimizin, dilimizin, prezidentimizin ətrafında sıx birləşərək tale yüklü məsələdə uzaqgörənlik, prinsipiallıq göstərəcəyinizə bütün qəlbimlə inanıram. Fəridə SƏFİYEVA ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent 525
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı