Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
Gələn ay Azərbaycan ədəbi fikrinin aparıcı simalarından biri, görkəmli ədəbiyyatşünas - alim Məsud Əlioğlunun 80 yaşı tamam olur. 44 il sürən qısa ömürdə o, Məhəmməd Füzuli, Əbülhaq Hamiq, Məhəmməd Hadi, Hüseyn Cavid, C.Məmmədquluzadə, Sabir, N.Vəzirov, Ə.Haqverdiyev, Şəhriyar, C.Cabbarlı, Y.V.Çəmənzəminli, eləcə də klassik və müasir ədəbiyyatımızın digər görkəmli nümayəndələrinin yaradıcılığına dair yüzlərlə elmi əsər, monoqrafiya və məqalələri ilə dolğun yaradıcılıq irsi miras qoyub. Ədəbi tariximizin az qala fikir səlnaməsini yaratmış alimin yubileyi münasibətilə nəşrə hazırlanan "Darıxan adamlar" kitabından seçmələri oxuculara təqdim edirik. "525-ci qəzet" Hüseyn Cavidin yaradıcılığında və görüşlərində yüksək poetik ifadəsini tapmış müxtəlif və rəngarəng fikir silsilələrini anlamaq üçün, həmin fikirlərin fövqünə qalxmaq zərurəti yaranır. Əks təqdirdə, Cavid dərkedilməzdir. H.Cavidi, olduğu kimi dərk edib anlamağın və duymağın digər yolu - ilk növbədə, onun təbliğ etdiyi ideyaların mahiyyətini dərk etməkdir. H.Cavid, bədii idrakın ülviyyətinə çata bilən insanı kamil, bitkin və ruhən sarsılmaz hesab edirdi. Varlığa, ictimai həyatın saysız-hesabsız təzahürlərinə, insanın əməlinə və əqlinə, qəlbin tükənməz istəklərinə, təbiətin gözəlliklərinə təmkinli, və nikbin bir mütəfəkkirin nəzəri ilə diqqət yetirən şair, iman gətirdiyi həqiqətlərə, tərənnüm etdiyi nəticələrdə daim səmimidir və səmimi olduğu qədər də güclü və yenilməzdir. H.Cavid yaradıcılığının ilk dövrlərindən, ilk qələm təcrübələrindən etibarən yüksək əxlaqi fikirlər, saf, təmiz insani keyfiyyətlər tərənnüm edən, insanın ləyaqətli olması, izzəti-nəfsini uca tutması və şəxsiyyətin nəcibliyi üçün zəruri olan mərdlik, açıqqəlblilik və vüqar kimi nurlu sifətlərin daima tərbiyələndirilməsinə, mühafizə edilməsinə can atan və çalışan ruhsal bir şair kimi tanınmışdı. İnsan mərdanəlik üçün yaranmışdır. Həyat-pisliklərə qarşı mübarizədən ibarətdir. Gözəl və xeyirxah olan bir şey varsa, o da yalnız yaxşı əməllər ardınca getməkdir. H.Cavidin lirik səpkidə və fəlsəfi ruhda yazdığı şeirlərdə təbliğ etdiyi qayələr və müdafiə ediyi əxlaqi prinsiplər təxminən bu mülahizələr ətrafında dolaşırdı. Düşüncə adamını, "idrak və ürfan əhlini" sönük və təsirsiz həvəslər, xırda məqsədlər cəzb edə bilməz. Ali niyyətlərdən zövq ala bilmək üçün ötəri və davamsız hisslərdən daima kənar olmaq lazımdır. H.Cavid, "kamala çatmış insan" deyəndə, iki cəhəti əsas tutmuşdur. Bunun biri, insanın xislətində, əxlaqında və mənəvi həyatında mövcud olan ruhi gözəllikdir. Digəri və idrakda parlayanı əqli rövnəqləndirən və düşüncəyə zinət verən "mərifət nurudur". Bu iki mənəvi qabiliyyəti vəhdətdə alındıqda, təmkinli, təkmilli və faydalı bir insan - vətəndaş yarana bilər. Şair insanın təbiətində və səciyyəsində sabitləşmiş "ruhani gözəlliyi", təlim-tərbiyənin, müəyyən adət və vərdişlərin nəticəsi, konkret mühitin və şəraitin məhsulu kimi qiymətləndirirdi. H.Cavidin romantik əhvali-ruhiyyəli qəhrəmanlarının çoxunda mütərəqqi, işıqlı adət və vərdişlərə bağlılıqdan, ən çoxu xalqdan, sadə insanlardan gələn büllur kimi saf əxlaqi keyfiyyətlər güclü idi. "Ana" dramından bizə tanış olan surətlərə diqqət yetirək. Bu əsərdəki Səlma, İsmət, Qanpolad, Səlim və başqaları xarakterlərindəki ötkəmliklə, əxlaqi təmizlikdə sabit qalmaları və mərdliyi, şərəfli yaşayışın əsası kimi, sonsuz bir istəklə qorumaları ilə seçilirlər. Heç bir qara qüvvə, təcavüzkar və bəd niyyət bu adamları sarsıtmağa qadir deyil. Niyyətlərində ardıcıl və düzgün, əqidələrində bütöv və dəyişilməz, əməllərində, vüqarlı və qorxmaz olan bu adamlar ömrün mənasını, həyatın şirinliyini və yaşayışın qayəsini, hiylədən kənar, ləkəsiz bir aləmdə namusla yaşayıb, namusla ölməkdə görürlər. Düşgünlük, xəyanət və haqsızlıq dramın müsbət qəhrəmanları tərəfindən rədd edilən ən alçaq sifətlərdir. Var-dövlətinə və imtiyazına güvənib çirkin ehtiraslara meyl edən Orxana müraciətlə İsmət belə deyir: ...Cocuqluqdan bəri, bu məmləkətdə, Vardım bu sinnə, amma sən fitrətdə, Sən xislədə bir qəhrəman görmədim, Sən təbiətdə bir insan görmədim. Bu haqsızlıq, bu acizlik, miskinlik Bir mərd üçün çəkilməz dərdi-mühlik!.. Yazıq Orxan! Billah, yazıqlar olsun Sən bir igidsin, sana çox ar olsun! H.Cavidin dərin hüsn-rəğbət bəslədiyi və sevə-sevə təsvir etdiyi bu insanlar, qeyri-adi mərdlik göstərməkdən xüsusi zövq alırlar. Onların davranışında, münasibət və hərəkətlərində hamının bacaracağı və edə biləcəyi fədakarlıqdan çox-çox üstün olan fövqəladə xüsusiyyətlər nəzərə çarpır. Bir var, düşməni fiziki cəhətdən məğlub edəsən, bu da igidlikdir. Bir də var ki, düşməninə mənəvi cəhətdən qələbə çalasan. Bax, bu, qeyri-adi, fövqəladə qoçaqlıqdır. Ana - Səlma əziz oğlunun qanlısını ələ vermir, onu gizlədir. Ananı bu cür hərəkət etməyə sövq edən nədir? Yalnız bir duyğu; oğlunun qatili öldürülə də bilərdi. Çünki fürsət idi. Belə etmiş olsaydı, Səlma - ana sadəcə intiqamçı ana olardı. Lakin Səlmanın qəlbində qisas almaq hissindən, qan intiqamı ehtirasından daha ziyadə nurlu bir eşq də şölələnir - düşməni əfv etmək. Ana - Səlma kükrəyən qəzəbinə və daxilində tüğyan edən çılğın ehtiraslarına müqavimət göstərmək və qələbə çalmaq hesabına bu fədakarlığı edir. O öz oğlunun qatilini deyil, ürəyində alovlanan qan intiqamı duyğusunu öldürür. Şair insandakı ülviyyətə daha çox inanır. İşıqlı və nəcib ehtirasların hər cür xırda, iyrənc və miskin duyğulara üstün gələcəyini, bu hissləri ürəklərdən yandırıb yox edəcəyini söyləyir. H.Cavidin bu müdrik nikbinliyi onun insan şərəfinə, insan ləyaqətinə və insanın xeyirxah əməllərinə bəslədiyi tükənməz məhəbbətindən irəli gəlirdi. Lakin həqiqəti dərk etməklə, təmiz əxlaqa və əqidəyə sahib olmaqla iş bitmirdi. Düzlüyün keşiyində dayanmaq, doğru əməllər uğrunda mübarizə aparmaq və xeyirxahlığı, təmizliyi müdafiə etməklə, qorumaqla ali niyyətə çatmaq mümkündü. Şair, "həyat - pisliklərə qarşı mübarizədən ibarətdir" deyərkən də, haqsızlıq, mənəvi zorakalıq və ruhi istibdad əleyhinə ardıcıl və qətiyyətli mübarizəni nəzərdə tuturdu. İnsanın təbiəti, ruhi aləmi, rəzil və murdar ehtiraslardan təmizlənmədikcə, ədalətsizliyə və riyakarlığa nəhayət vermək mümkün olmayacaq. Odur ki, Cavidi "şəxsiyyətin yüksəlişinə və saflığına necə nail olmaq lazımdır?" sualı ilə yanaşı, sadə və köməksiz insanların haqqını, hüququnu müdafiə etmək fikri də dərindən düşündürmüş və şairin bu düşüncələri, məzlumların haqqının tapdalanmasına qarşı üsyan şəklində ifadə olunmuşdur. H.Cavidin nəzərində həmişə iki növ insan dayanmışdır. Biri - varlandıqca miskinləşən, xırdalaşan və nəcib insani hisslərini itirən "yoxsul zənginlərdir". Digəri isə imtiyazdan, var-dövlət əsirliyindən və altun hərisliyindən azad olmuş, qəlbən zəngin yoxsullardır. Birincilər, mədələrini doydurduqdan sonra özlərini yaxşı hiss edirlər. İkinciləri ruhi qida nəşələndirir. Birincilər bahalı paltarları, zər-zibalı geyimləri, cəvahirət və daş-qaşları, dəbdəbəli imarətləri ilə öyünüb fəxr edirlər. İkincilər isə xeyirxah əməlləri, riyasız və məqsədsiz yaxşılıqları, sınıq könülləri ovundurmaları və namərdə boyun əyməmək xüsusiyyətləri ilə... Birincilər - mənsəb, şan-şöhrət, müstəbidlik əsiridirlər. İkincilər, mənalı bir kəlamdan, gözəl sözdən və xoş münasibətdən zövq alırlar. Bununla belə, "yoxsul zənginlər" daha güclüdürlər. Çünki üsuli-idarə, hakimiyyət, dövlət qanunları və adətlər, onların arxasındadır. Şairin, məzlum, yoxsul və təmiz insanların halına yanaraq, dövründən və zəmanəsindən şikayətlənməsi də, bu şikayətlərini sarsıdıcı könül ağrısı ilə açıq-açığına bildirməsi də yerindədi. İnsanlığı unudub mənsəbdən yapışan, insafı, mürüfəti və mənəviyyatı imtiyaza, şəxsi mənfəətə kefə qurban verən, kökslərindən ürək döyüntüsü əvəzinə qızıl pulların cingiltisi eşidilən zənginlər, müdafiəsiz və arxasız fəqirlərin heysiyyətini tapladıqca, şairin zorakılıq və qabalıq əleyhinə olan üsyankar fəryadı daha ucadan eşidilir: Altun əsiridir həp irzü namus, Yoxsullara gün yox, ya məhv ol, ya sus! Hər kəs insanlıqdan dəm vurur, əfsus! Hər yalan, təməlsiz bir sövda imiş. H.Cavid əzilən, alçaldılan və təhqir edilən məzlumların sıxıntısını, düşgünlüyünü həssas və incə şair qəlbi ilə dərindən-dərinə hiss etməklə yanaşı, "yazıqlığın", "biçarəliyin" və mənəvi qorxaqlığın qəti əleyhinə idi. "Yazıq adamdır", "Fağır kişidir" ifadələrini Cavid, miskinliyin ən alçaq təzahürü hesab edirdi, qeyrətsizlik və təhqir kimi lənətləyirdi. Düşünmək və hiss etmək iqtidarına malik olan canlı insan, "yazıqlar" kəlməsinə tab gətirə bilməz, H.Cavid biçarəlik və qorxaqlığın əleyhinə idi və o, "kişi ol", "ər ol", "haqqını istə", "zülmə dözmə", "şərəfsiz alçalma" kimi nəcib fikirlər irəli sürürdü, həm də bu fikirlərini qəti hökm şəklində bildirirdi. Ağlayıb sızlamaq, zalımdan imdad gözləmək, ruhdan düşüb bədbinləşmək, ani bir zərbədən sarsılıb müvazinəti itirmək və sair insan zəifliklərinin məkri Şairin yaradıcı təbiətinə və fərdi aləminə yabancı idi. Öz əsərlərində də, təsvir etdiyi insanların səciyyə və əxlaqında da müəllif bu mühüm insani keyfiyyəti - ruhi əzəməti axıra qədər və ardıcıl mühafizə edib saxlamağı tövsiyə edirdi. ƏXLAQİ VƏ RUHİ GÖZƏLLİK, QADIN - ANA LƏYAQƏTİNƏ HÖRMƏT Mən gözəllərdə gözəl ruh, araram, Ruhu çirkinləri, düşkün sanaram. H.Cavid yaradıcılığı boyu həyatda, insan mənəviyyatında və əxlaqında təzahür edən bütün gözəllikləri təqdir edərək alqışlayır, ruhi çirkinliyi, əxlaqi eybəcərliyi və mənəvi düşgünlüyü qətiyyətlə rədd edirdi. Saf və ülvi gözəlliklərin təsdiqi, rəzil, miskin ehtirasların inkarı H.Cavid poeziyasının əxlaqi-estetik cövhərini, məğzini təşkil edir. H.Cavid - gözəllik aşiqidir, həm də şairin, gözəlliyin estetik anlayışına dair mülahizələri və təsəvvürü, cismani-fərdi gözəllik mənasından çox-çox yüksəkdə dayanan, böyük ağılların və böyük ürəklərin dərk edib qiymətləndirə biləcəyi əxlaqi və ruhi gözəllikdir. Gözəllik insanın daxilində, təbiətindədir. İnsan, hisslərini düzgün tərbiyə etdiyi, qəlbində xeyirxah duyğulara yer verdiyi zaman gözəldir. Gözəllik - təmizlikdir; gözəllik - məhəbbətdir; gözəllik - nəfsə qələbə çalmaqdır. Məhəbbət və gözəllik məfhumlarını H.Cavid həmişə vəhdətdə götürmüş, bərabər tutmuş və biri digərini tamamlayan ayrılmaz keyfiyyətlər kimi tərənnüm etmişdir. Məhəbbət - qüvvətdir; məhəbbət - insanı hər şeyə qadir edən tükənməz bir həvəsdir. H.Cavidin, insanın gözəl keyfiyyətləri, əxlqi saflığı və təmizliyi haqqındakı fikirləri təxminən bu səpkidədir. Təsadüfi deyil ki, şairin, tarixdən aldığı məşhur şəxsiyyətlərdən başlamış sadə qəlbli, nisbətən epizodik planda təsvir edilən surətlərinə qədər bütün qəhrəmanları: "gözəllik nədir?", "məhəbbət hər şeyin əsasıdır!", "ruhi təmizlik, insanın zinətidir", "əxlaqi saflıq hər şeydən üstündür" kimi mətləblər xüsusunda xeyli dəyərli fikirlər söyləyirlər. İncə hikmətləri duymaqda, əqli həyata məxsus gözəllikləri dərk etməkdə xüsusilə fərqlənən və özünün mənəvi qabiliyyətlərində yalnız həyatın yüksək məqsədlərini fəth etməyə can atan belə təfəkkür qəhrəmanları içərisində şairin qadın surətlərinin də xüsusi yeri və mövqeyi var. H.Cavidin qadın surətləri də, onun, ruhi gözəllik, təmiz əxlaq, kamil insan, əqlin möhtəşəmliyini və qüdrətini dərk etmək, hissiyatın zənginliyini və saflığını duymaq barədə fikirlərini dərindən başa düşməyə çox kömək edir. Şairin, dram əsərlərində gördüyümüz Maral, Afət, Göyərçin, Xumar, Sevda kimi xasiyyətcə müxtəlif və rəngarəng xarakterlərin və digər əxlaqi sifətlərə malik qadın surətlərinin də hər birinin özünəməxsus fərdi aləmi, həyat tarixçəsi və taleyi vardır. H.Cavidin bir şair və insan kimi qadına olan baxışı və münasibəti ilə əsərlərində təsvir etdiyi qadınların fikirləri, mülahizələri, münasibətləri və əxlaqi görüşləri çox yerdə birləşir, bir-birini tamamlayır. Məsud ƏLİOĞLU 525
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur