Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
ABŞ dövlət katibi Kondoliza Rays Rusiya-Gürcüstan münaqişəsi başlayandan bu yana Moskvaya qarşı ən sərt bəyanatla çıxış edib. Raysın əvvəlcədən anons edilən çıxışı Vaşinqtondakı Transatlantik Siyasət Mərkəzi - Marşal Fondunda olub. O bəyan edib ki, Rusiya Gürcüstana müdaxilə etməklə özünə quyu qazıb, Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımaqla bu quyunu daha da dərinləşdirib. Dövlət katibi deyib ki, ABŞ və Avropa birmənalı olaraq, Rusiyaya qonşu dövlətlərin müstəqillik və ərazi bütövlüyünü dəstəkləyir: “Biz Rusiyanın suveren ölkələrə və azad xalqlara qarşı təzyiq cəhdlərinin qarşısını alacağıq". Rays qeyd edib ki, hələ bir müddət öncə pozitiv mövqe nümayiş etdirən Moskvanın davranışı kəskin şəkildə dəyişib: “Ola bilsin ki, Rusiya üçün ən pisi onun özünün bundan sonra hansı istiqamətdə inkişaf edəcəyini bilməməsidir. Artıq ABŞ və Rusiya arasında dinc nüvə energetikası sahəsində əməkdaşlıq inkişaf etdirilməyəcək. Rusiyanın Ümumdünya Ticarət Təşkilatına, eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzvlüyü sual altındadır. Rusiyanın öz hərbi gücünü nümayiş etdirməsi tarixi geri döndərə bilməz. Rusiya suveren ölkələrlə münasibətlərini müəyyən etmək hüququna malikdir. Amma onlar da Rusiya ilə münasibətlərini müəyyən etmək hüququndadırlar”. ABŞ dövlət katibi Rusiyanın Gürcüstana müdaxiləsinin öz hədəfinə çatmadığını və heç bir zaman da çatmayacağını bəyan edib: “Rusiya rəhbərləri Gürcüstan hakimiyyətinin devrilməsi kimi əsas məqsədlərinə çata bilməyəcəklər. Bizim də vəzifəmiz Rusiya liderlərinə onların özünütəcrid və beynəlxalq uyğunsuzluq yoluna qədəm qoyduqlarını anlatmaqdan ibarətdir. Rusiyanın davranışında ən narahat edən məqam ondan ibarətdir ki, Moskva son illər inkişaf etməkdə olan davranış modelinə uyğunlaşıb. Suveren dövlətlərin daima alçaldılması, neft və qazdan siyasi silah kimi istifadə edilməsi, beynəlxalq razılaşmalardan birtərəfli qaydada çıxılması, nüvə silahını dinc xalqlara yönəltmək hədəsi, rusiyalı jurnalistlərin, dissidentlərin izlənilməsi, öldürülməsi... Belə bir davranış diqqətdən kənarda qalmayacaq və onların dünyaya meydan oxuması eşidiləcək”. Rays Rusiyanın müqavimətinin Ukrayna və Gürcüstanın NATO-ya qəbulu planlarına mane ola bilməyəcəyini də bəyan edib: “Əgər Rusiya xammal tədarükçüsü səviyyəsindən çıxmaq istəyirsə, sadə bir həqiqəti anlamalıdır: Rusiyanın uğurlu inkişafı dünyadan asılıdır və bununla heç nə etmək mümkün deyil”. Dövlət katibi “böyük səkkizlik” formatına da toxunaraq Rusiyanın artıq ciddiyə alınmadığını vurğulayıb: “Son zamanlar baş verənlər faktiki olaraq “səkkizlik” deyil, “yeddilik” idi. Məsələn, Gürcüstana maliyyə köməkliyi ilə bağlı maliyyə nazirlərinin görüşü yeddi ölkə çərçivəsində keçib. Son zamanlar atdığımız addımların çoxu da “yeddilik” çərçivəsində olub. Ümid edirəm ki, Rusiya Abxaziya və Cənubi Osetiyanı tanımaqla özünə qazdığı quyunu dərinləşdirməkdən əl çəkəcək”. Rays deyib ki, Amerika və Avropa Rusiyaya qonşu dövlətlərlə əlaqələrini möhkəmlədir. “Biz regionun daha bir münaqişəsi Dağlıq Qarabağ məsələsini həll etmək və dost ölkələr, Türkiyə kimi müttəfiqlərimizlə Qafqazda əməkdaşlıq fondu yaratmaq üzərində işləyirik”. Qafqazda enerji məsələsinə də toxunan dövlət katibi deyib: “Birləşmiş Ştatlar və Avropa böyük enerji müstəqilliyinə nail olmaq üçün Azərbaycan, Gürcüstan, Türkiyə və Xəzər ölkələri ilə əməkdaşlığı gücləndirir. Biz iqtisadiyyatda açıq qlobal enerji əməkdaşlığını genişləndirəcək və ziyanlı təcrübədən müdafiə edəcəyik. Hər şey tək Rusiya və ya bir başqasının qoyduğu qaydalara uyğun ola bilməz” . Rays vurğulayıb ki, Rusiyanın gələcəyi öz əlindədir. Onun sözlərinə görə, Gürcüstanla münaqişədən sonra Rusiyanın beynəlxalq aləmdəki mövqeyi 1991-ci ildəkindən də zəifləyib. Dövlət katibi Rusiyada avtoritar tendensiyaların gücləndiyini, xarici təcavüzkarlığın isə artdığını deyib. ABŞ dövlət katibinin bu çıxışına Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, xanım Rays onsuz da hər şeyi bilir. Baş nazir Vladimir Putin isə dünənki yumşaq tondakı çıxışında Qərblə “soyuq müharibə”nin mümkünlüyünü rədd edib. O deyib ki, ölkəsinin dünyaya inteqrasiya etməsini istəyir. Putin bildirib ki, ölkəni “soyuq müharibə” vaxtlarına geri qaytarmaq Rusiyanın iqtisadi müasirləşdirmə layihəsinə birbaşa hədədir. Qərb mətbuatı isə yazır ki, NATO ölkələri Rusiyanın alyansa üzv ölkələrdən hansısa birinə mümkün hərbi müdaxiləsinə cavab olaraq tədbirlər hazırlayır. Bura Rusiyaya qarşı istifadə oluna biləcək mobil hərbi qüvvələr daxildir. Amerikanın müdafiə naziri Robert Geyts isə Rusiya prezidenti Dmitri Medvedyevin bu günlərdə verdiyi “Gürcüstan NATO üzvü olsa belə, hücum etməkdən çəkinmərik” bəyanatına münasibət bildirərək deyib ki, Rusiya NATO-nun siyasi klub yox, hərbi blok olduğunu nəzərə almalıdır: “Ona görə də əgər Gürcüstan NATO üzvü olsa və Rusiya ona hücum etsə, ABŞ sözlə yox, silahla cavab verəcək.” Xəbər verildiyi kimi, Rusiya iqtisadiyyatı hazırda çox ciddi böhranla üzləşib və bunun səbələrindən biri Gürcüstana müdaxilədir. Çünki Qərb investorları sürətlə kapitallarını Rusiyadan çıxarır, digər tərəfdən isə Amerikanın maliyyə bazarlarında baş verən mürəkkəb proseslərin fonunda Rusiya müəssisələrinin səhmləri sürətlə dəyərdən düşür. ABŞ mətbuatı və rəsmiləri açıq deyirlər ki, Rusiya iqtisadiyyatındakı böhran Gürcüstana qarşı edilənlərə cavabdır. F.MƏMMƏDOV musavat
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı