Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
CƏLİLABAD HÜZN İÇİNDƏ Permdəki təyyarə qəzasında həlak olan 12 həmvətənimizin 4-ü bu rayondandır “Yeni Müsavat”ın əməkdaşı faciədə həyatını itirən Müsavatın özək sədri Ənvər Bədirlinin hüzr məclisində oldu Hökumətin əhalinin yaxşı yaşaması, 700 min iş yerinin açılması, bölgələrin sürətlə inkişaf etməsi barədə boğazdanyuxarı bəyanatlarına baxmayaraq Azərbaycan hələ də sosial fəlakət içində çabalayır. Rayonlarımız işsizlik, gerilik, yoxsulluq içində boğulur. Qaragünlü vətəndaşımız bir tikə çörək ardınca hələ də dünyanın bir çox ölkələrinə üz tutur. Və onların bir çoxu vətənə, təəssüf ki, qara tabutlarda dönür. Rusiyada yaşayan yüzlərlə soydaşımız müxtəlif kriminal qrupların çəkişməsinin güdazına gedir. Digər tərəfdən, ucsuz-bucaqsız Rusiyanın ayrı-ayrı yerlərində baş verən faciələrdən ən çox zərər çəkənlər də elə azərbaycanlılar olur. Keçən il Moskvanın “Basmann” bazarı uçarkən həlak olanlar arasında soydaşlarımız üstünlük təşkil edirdi. Bazarın uçqunları altında 45 azərbaycanlı həlak olmuşdu. Sentyabrın 14-də Moskva-Perm reysi ilə uçan təyyarə qəzaya uğrayarkən də həlak olan əcnəbilərin əksəriyyətini azərbaycanlılar təşkil etdi. Təyyarə qəzasında dünyasını dəyişən 87 sərnişindən 12-si Azərbaycan vətəndaşı idi. *** Rusiyadakı təyyarə qəzası xəbəri Cəlilabad rayonunu matəmə qərq edib. Axı bu müdhiş faciə zamanı birdən-birə 4 cəlilabadlı həlak olub. Biz Cəlilabadda olarkən hamı təyyarə qəzasından, faciənin qurbanlarından danışırdı. Onların hamısı dolayısı ilə imkansızlığın qurbanı olub. Məsələn, Nuridə Mirzəyeva müalicə almaq üçün Perm şəhərində yaşayan qohumlarıgilə gedirmiş. Onu bu səfərdə yaxın qohumu, Cəlilabadın Sulutəpə kənd sakini Akif Cəlilov müşayiət edirmiş. Qəzanın digər qurbanı - Məmmədəli Əzizov isə uzun müddət Rusiyada tikinti sahəsində çalışıb. Perm şəhərinə də iş dalınca gedirmiş. *** Bu qəzada Cəlilabadda hamının hörmətini qazanmış, sözün əsl mənasında ziyalı və vətənpərvər bir insan kimi tanınan Ənvər Bədirli də dünyasını dəyişib. Ənvər bəy milli-azadlıq hərəkatının fəallarından olub. O, Müsavat Partiyası Cəlilabad rayon təşkilatının qurucularından biri, Şiləvəngə kənd özəyinin sədri idi. Cəlilabadda hamı Ənvər bəyin faciəli ölümündən ağrı ilə danışır. 1951-ci ildə anadan olan Ənvər bəy doğma kəndi Şiləvəngədə ingilis dilini tədris edirdi. Ailəsini halal yolla dolandıran və zəhmətkeş adam olan Ənvər bəy müəllim kimi aldığı maaşla tam ödəyə bilmədiyi maddi ehtiyaclarını qarşılamaq, ailəsini daha yaxşı təmin etmək üçün hər il yay tətilində Rusiyada çalışırmış. Onun Rusiyaya son səfəri də yaxınlarının çağırışı ilə bağlı olub; tələbə yoldaşları onu Permə özəl firmaların birinə işə dəvət edibmiş. Təmiz və halal adam kimi bütün rayonda böyük hörməti olan Ənvər Bədirli bir müddət Cəlilabadda gecə məktəbinin direktoru da işləyib. Lakin Müsavatın üzvü olduğu üçün yerli hakimiyyət onu bu vəzifədən azad edib. Ənvər bəy ilk bələdiyyə seçkilərində hamıdan çox səs toplayaraq Şiləvəngə bələdiyyəsinə seçilib, amma çoxsaylı və israrlı təkliflərə baxmayaraq bələdiyyə sədri olmaqdan imtina edib. Üç övlad atası olan Ənvər bəy gözəl ailə başçısı idi. Böyük oğlu Orxan İqtisadiyyat Universitetini bitirib. Lakin vətənində iş olmadığı üçün hazırda Moskvada çalışır. Kiçik oğlu Tural Beynəlxalq Universitetin tələbəsidir. Qızı Aytac isə 9-cu sinif şagirdidir. Şiləvəngədə olarkən onu da öyrəndik ki, Ənvər bəy kənd məktəbində ingilis dilini tədris edib. Onun şagirdləri sırasında elmlər namizədləri və xarici ölkələrdə çalışan yüksək səviyyəli mütəxəssislər də var. Zəhmətkeşliyi və təvazökarlığı ilə çoxunun rəğbətini qazanan Ənvər bəy universal adam idi. O, ustalıq da edir, avtomobillərin mühərrikinin təmiri ilə məşğul olurdu. Rayon sakinlərinin sözlərinə görə, imkansız adamlar xarab maşınlarını Ənvər bəyə təmir etdirər, o isə pulsuz adamlardan zəhməthaqqı istəməzmiş. Ənvər bəy öz fəallığı və insani keyfiyyətləri ilə Cəlilabad rayonunun ictimai-siyasi həyatında da dərin iz qoyub. O, milli-azadlıq hərəkatı dönəmində bir ziyalı olaraq xalqla bir sırada addımlayıb. Sonralar isə Müsavat Partiyasının təsis edilməsində müstəsna xidmətləri olub. O, haqsızlığa qarşı dözümsüz idi, bir ziyalı kimi həmişə etirazını bildirərdi. Bu səbəbdən haqsızlıqla üzləşən rayon sakinləri Ənvər bəyə üz tutarmış. Görünür, bu hörmət-izzətin nəticəsi idi ki, rayonun hər yerindən Ənvər bəyin hüzr məclisinin keçirildiyi həyətə, Bədirlilər ailəsinə başsağlığı verməyə gəlirdilər. *** Ənvər bəyin övladları ataları haqda danışa bilmədi. Ənvər bəyin qardaşı Akif Bədirli də qardaşı haqda danışmaqda çətinlik çəkdiyini bildirdi. Uzun illər Müsavatın Cəlilabad rayon təşkilatına rəhbərlik edən Akif bəy təkcə qardaşını yox, həm də arxadaşını itirdiyini deyir. Ənvər bəyin dostları və əqidə yoldaşları ilə görüşdük. Müsavatın rayon təşkilatının sədri Hidayət İsmayılov Ənvər bəyin timsalında saf bir Azərbaycan ziyalısını itirdiyini söylədi: “Ənvər bəy fəal müsavatçı idi, mövqeyi olan vətəndaş, partiyamızın Şiləvəngə kənd özəyinin sədri idi. Ədalətsizliyə, xüsusən seçki saxtakarlığına qarşı dönməz mübarizə aparan bir insan idi. Siyasi əqidəsinə görə daim hakimiyyət tərəfindən təqiblərə məruz qalıb. Ənvər bəy rayon ziyalılara arasında da xüsusi nüfuza malik insan olub. O, böyük əxlaq mücəssəməsi idi. Həddən artıq təvazökar insan olan Ənvər bəy gördüyü işlərin əvəzini ummazdı, çox gözü-könlütox adam idi. Ənvər bəy böyük demokrat idi. Sayılıb-seçilən ziyalılardan idi. Ənvər bəyin faciəli ölümü yalnız Cəlilabad müxalifətçilərinin yox, bütün ölkənin demokratik qüvvələrinin itkisidir”. Müsavat Partiyasının fəalı Əlipənah Rzalı bir ziyalının istirahət müddətində iş dalınca Rusiyaya getməsini ölkə adına biabırçılıq sayır: “Sözün əsl mənasında dəyərli bir insanı itirmişik. Bir müsavatçı olaraq əqidədaşımızı itirmişik, bir insan olaraq böyük bir ziyalı haqq dünyasına qovuşub. Əslində bu faciə dünən də baş verib, bu gün də, sabah da baş verəcək. Millətin faciələri Permdə həlak olan 12 azərbaycanlı ailəsinin faciəsi ilə bitsəydi, bunu haradasa həzm etmək olardı. Amma məsələ burasındadır ki, hər gün xaricdən, əsasən də Rusiyadan Azərbaycana qara xəbərlər və tabutlar gəlir. Bu tabutların sabah da gəlməyəcəyinə heç bir qarantiya yoxdur. Faciə baş verir, onun sarsıntısını keçirir, bir müddətdən sonra isə unuduruq. Ortaya bir sıra suallar çıxır. Bu tabutların ölkəmizə gəlməsinin səbəbləri nədir? Azərbaycanlılar öz ölkəsində özünə niyə iş tapa bilmir, bir tikə çörək ardınca Rusiyaya üz tutur? Nə üçün ingilis, fransız, başqa əcnəbi Azərbaycanda işləyir, 4-5 min dollar məvacib alır, amma vətəndaşlarımız əcnəbilərin əlinin altında qul kimi işləyir və 10 dəfə az məvacib alır? Üstəgəl əcnəbinin yanında fəhlə işləmək üçün kimlərəsə rüşvət verir. Məktəbdə işləyən müəllim ildə bir dəfə məzuniyyətə çıxır. Müəllim məzuniyyətində istirahət etmək, insan kimi dincəlmək əvəzinə ailəsi üçün çörək ardınca Rusiyaya qaçır. Bu suallara cavab verilməlidir. Bu problemlər həll edilməlidir. İlham Əliyev müqəddəs Qurana əl basaraq bütün Azərbaycan vətəndaşlarının yaşamaq və əmək hüquqlarının qarantı olduğunu bəyan edib. Sual olunur. Hanı sənin qarantın? Budurmu bəyan etdiyiniz firavan həyat? Məncə, cəmiyyət, ziyalılar və müxalifət bir araya gəlməli, bu sualları hakimiyyətin qarşısında qoymalıdır. Belə getsə, hakimiyyət Azərbaycan xalqının axırına çıxacaq”. Azər Quluzadə yaş fərqinə baxmayaraq Ənvər bəylə uzun illər dostluq edib: “Ənvər müəllim böyük şəxsiyyət idi. Onunla yaş fərqimizə baxmayaraq dostluq edərdik. Biz Ənvər müəllimdən nümunə götürməyə çalışar, ondan daim məsləhət alardıq. Rəhmətə gedən insan haqqında adətən yalnız yaxşı sözlər deyilir. Lakin Ənvər müəllim həqiqətən də ən yaxşı sözlərə layiq ideal adam idi. O insan bütün sahələrdən xəbərdar olan ensiklopedik biliyə malik şəxs idi. Təəssüf ki, sıramızdan çox tez getdi. Allah ona rəhmət eləsin”. Allah rəhmət eləsin. Əfqan MUXTARLI, Bakı-Cəlilabad-Bakı
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı