Hakan Fidan: İran həqiqətən çətin vəziyyətdədir
Husilərin silah anbarları bombalandı
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hədəfə almağa kömək edir
İranda qadın müğənniyə 74 şallaq cəzası
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
Səudiyyə Ərəbistanı və BƏƏ-dən İrana qarşı yeni mövqe
Milli fəallar üç aydır qanunsuz saxlanılırlar
Qaşqay qadın fəal həbs edilib
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölən var
Prezident: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
Azərbaycan son 6 ildə 140-dan çox ölkəyə 400 milyon dollarlıq yardım göstərib
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
İrandan gələn "Şaftalı" yükündə 52 kq marixuana aşkarlanıb
Sünni din xadimi məhkəməyə çağırıldı
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
İran nüvə güzəştinə getməyəcək- İran rəsmisi
Fidanla Əraqçı görüşüb
WSJ: Tramp İrana zərbələrin noyabr seçkilərindən sonra bərpa oluna biləcəyini bildirib
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan arasında de-fakto sülh əldə olunub
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Livan: İranın hücumları qarşısında ərəb körfəzi ölkələrinin yanında olacağıq
Riyadda mühüm hərbi toplantı; Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının yanında
Britaniya İranla əlaqəli qrupların fəaliyyətləri ilə bağlı Əraqçiyə xəbərdarlıq edib
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının iclası keçirilib, bəyanat qəbul olunub
Tramp Ukraynada “Patriot” raketlərinin istehsalına razılıq verib
Ərdoğan: Məkkə İttifaqı İrana və İsrailə qarşı yaradılmayıb
İran təyyarələrinin İraq Kürdüstanına da uçuşları da dayandırılıb
Əhvazda 9 qadın fəal mühakimə olundu
Əhvaz və İsfahanda iki məhbus edam edildi
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Tehran-Nəcəf uçuşları da dayandırıldı
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Siyasi fəal casusluqda ittiham edildi
Qazaxıstanda həlak olan hərbçilərin sayı 14-ə çatıb
İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
Netanyahu BMT-də peycer nümayiş etdirərək “Hizbullah”a qarşı əməliyyatı xatırladıb
Ceyhun Bayramov TRIPP təşəbbüsünün regional tranzit şəbəkələrini genişləndirəcəyini bildirib
Azərbaycan və Ermənistan XİN rəhbərləri Nyu-Yorkda görüşüb, birbaşa dialoqu davam etdirmək barədə razılığa gəliblər
Ceyhun Bayramov ABŞ şirkətlərinin nümayəndələrinə Azərbaycan-ABŞ tərəfdaşlığından danışıb
Aydın Ağayev: "ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanın vacib ölkə olduğunu başa düşüb" Ötən gün xarici işlər naziri Elmar Məmmədyarovla Brüsseldə görüşən NATO-ya üzv ölkələrin səfirləri çıxışlarında Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiklərini bildiriblər. Brüsselə səfəri çərçivəsində Elmar Məmmədyarov Avropa Komissiyasının Xarici Əlaqələr və Avropa Qonşuluq Siyasəti üzrə Komissarı xanım Benita Ferrero-Valdnerlə də görüş keçirib. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Birliyi-Azərbaycan arasında imzalanmış Fəaliyyət Planının həyata keçirilməsi, Avropa Birliyi və Azərbaycan cari münasibətləri, regional proseslər, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi və digər bu kimi məsələlər müzakirəyə çıxarılıb. Ramiz Mikayıloğlu Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi haqqında danışaraq onun yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkün olduğunu söyləyib. Xanım Ferrero-Valdner isə Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəklədiyini deyib. Qeyd edək ki, az əvvəl Bakıda səfərdə olan ABŞ-ın vitse-prezidenti Riçard Çeyni, daha sonra ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza və səfir Ann Dersi də Vaşinqtonun münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiklərini bəyanlayıblar. Bütün bunlar isə diqqət çəkməyə bilməz. Çünki son vaxtlara kimi Qərbdə Dağlıq Qarabağ münaqişəsinin mütləq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini gərəkliyilə bağlı bəyanatlar səslənməyib. Sadəcə, "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik" ümumi sözlər dilə gətirilib. Bəs Qərbin Azərbaycanın maraqlarına uyğun, ədalətli görünən mövqe dəyişikliyi nədən qaynaqlanır? Milli Məclisin Analitik İnformasiya şöbəsinin müdiri Aydın Ağayev deyir ki, Azərbaycan uzun illər Qərbdən və digər güc mərkəzlərindən Qarabağ probleminə ədalətli yanaşma tələb edib. Amma həmin dövlətlərin təmsilçilərinin hər dəfə müxtəlif yerlərdə, müxtəlif məzmunlu bəyanatları eşidilib. Bakı da həmin güc mərkəzlərini, o cümlədən, Qərbi ikili standartlarda günahlandırıb. Yəni Azərbaycan ikili standartlardan kifayət qədər əziyyət çəkib: "Görünür elə bir məqam gəlməliydi ki, Qərbi, ABŞ-ı belə danışmağa onların öz mənafeyi məcbur edəydi. Yəni bu aspekdə özlərinin maraqlarını düşünməyə başlayaydılar və az-çox ədalətə, həqiqətə oxşar mövqe ortaya qoyaydılar. Belə davranışın səbəbləri də aydındır. Yeni situasiyada ABŞ başda olmaqla Qərb ölkələri Azərbaycanın onlar üçün nə dərəcədə vacib olduğunu başa düşüb". Aydın Ağayev bildirdi ki, öncədən də Qərbə Qarabağ münaqişəsində ədalətin kimin tərəfində olduğu da bəlliydi. Bilirdilər ki, Azərbaycan haqsızlığa məruz qalıb, torpaqları işğal olunub: "Amma bunu etiraf edərək dilə gətirmək sahəsində problem vardı. İndi guya biz həmin problemin aradan qalxmasının başlanğıcını görürük. Allah etsin ki, Qərbin bu mövqeyi möhkəmlənsin və konkret əməli fəaliyyətlə müşahidə olunsun. Ancaq yenə mənim şübhələrim var. Çünki münaqişənin həllinin yaxınlaşdırılması üçün Ermənistana təzyiqlərin göstərilməsinin gərəkliyindən söhbət gedəndə yenə də deyirlər ki, təzyiq etmək imkanları yoxdur. Metyu Brayza da Ermənistana ABŞ-ın təzyiq etmək imkanlarının olmadığını söyləyib. Necə təzyiq etmək imkanı yoxdur? Kifayət qədər imkanlar var, sadəcə, bunun üçün siyasi iradə lazımdır. Ona görə də Qərbin ikili standartlardan uzaqlaşması kimi fikirlərin səsləndirilməsinə mən bir az ehtiyatla yanaşıram". Qərbin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ikili standartlardan uzaqlaşması meylinin konkret səbəblərinə gəlincə, Aydın Ağayev dedi ki, artıq enerji təhlükəsizliyi və Azərbaycanın geostrateji mövqeyi ön plana çıxıb. Gürcüstan hadisələri göstərib ki, Qərbin 1997-ci ildən Azərbaycandan apardığı enerji resurslarının nəqli siyasəti nə qədər kövrəkdir. Son olaylara qədər ABŞ və Avropa dövlətləri bu barədə düşünmürdülər. Amma Gürcüstan hadisələri fərqli reallığı ortaya qoyub: "Enerji marşrutlarının müxtəlifliyi məsələsində əvvəllər ABŞ fəallıq göstərirdi, Avropa dövlətləri passiv idi. İndi Avropa təşvişə düşüb. Ona görə gündə bir yerdə yığışırlar nə cür etsinlər ki, "Nabucco" kimi yeni layihələri də işə salsınlar. Bu təşvişi əvvəldən göstərmək lazım idi. Yeni imkanlardan Avropa yararlandı. Ancaq hadisələr göstərdi ki, yaranmış və gələcəkdə yaranacaq təhlükələrə Qərb hazır deyil. Yəni oturub fikirləşməlidirlər. Digər tərəfən, şəksiz ki, öz enerji resursları və geostrateji mövqeyinə görə xüsusilə əhəmiyyətlidirsə, Azərbaycanın da səsini eşitməlidirlər". Analitik İnformasiya şöbəsinin müdiri bir müddət əvvəl Bakıda keçirilən və Avropa Parlamentinin təmsilçilərinin də qatıldığı konfransı xatırlatdı. Həmin konfransda ilk dəfə Azərbaycanın haqlı mövqeyi tam müdafiə olunub: "İnanmaq istərdim ki, Avropaya qayıdanda da eyni mövqeni təbliğ etsinlər". Analitik İnformasiya şöbəsinin müdiri dedi ki, Rusiya amili nəzərə alınarsa, yəni Moskva da analoji bəyanat və mövqe sərgiləyərsə, ümumilikdə prosesdə konstruktiv işartılar görünə bilər. Çünki hazırda Moskva dünyada bütün istiqamətlərdə öz fəallığını artırır. Bunun nə qədər belə davam edəcəyini söyləmək çətindir. Amma kiçik Cənubi Qafqaz regionu üçün Rusiya çox ağır bir amildir. Xüsusən, Moskva əlinə düşmüş fürsətdən maksimum yararlanmaq istəyir: "Ona görə də Azərbaycan məsələsində Qərb Rusiya amilini nəzərə almalıdır". xalqcebhesi
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Sünni din xadimi məhkəməyə çağırıldı
Fidanla Əraqçı görüşüb
Əhvazda 9 qadın fəal mühakimə olundu
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Yəmən hökuməti: Qüvvələr İranın dəstəklədiyi husilərin Ədən yoluna hücumunu dəf edib
İranda daha bir bəhai qadına ağır cəza verildi
İranda keçmiş kəşfiyyat nazirinin oğluna həbs cəzası verildi
İran məhkəməsi türkiyəli humanitar fəala 10 il həbs cəzası verdi
ABŞ və İran arasındakı təmaslarda irəliləyiş yoxdur - Rubio
Kərrubi Pezeşkiana dəstək verdi: Trampla görüş!
İranda hava çirkliliyi səbəbindən neçə nəfər ölüb?- Rəsmi
Sistan və Bəlucistan əyalətində əfqanistanlı silahlılarn sayı artırılıb
Böyük Britaniyanın baş naziri İsraili İrandan gələn təhdidlərə qarşı dəstəklədiyini bildirib
SEPAH Quru Qoşunlarını yüksək hazırlıq vəziyyətində saxlayır
Gilanda 9 vəkilə həbs cəzası verildi
İranda alzheimerə yoluxanların sayı artıb
Çin nəşrindən İslamabad danışıqları ilə bağlı iddia
Savalan zirvəsindəki göl tamamilə donub
Zelenski Rusiyaya qarşı yeni uzaqmənzilli əməliyyatın başlanacağını açıqlayıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Güney Azərbaycan xalçası səmərəsiz siyasətlərin təzyiqi altında
İrana qarşı sanksiyalar 2031-ci ilə qədər uzadılıb
ABŞ Məsud Pezeşkiana viza verdi
İranda 21 yaşlı etirazçı edam ediləcək
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin günüdür
Sistan və Bəlucistanda ağır yol qəzası- 16 ölü və yaralı
Cənubi Koreya ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpasına töhfə verəcəyini bildirib
Süni intellektin səhvi ABŞ və Çin arasında hərbi münaqişəyə səbəb ola bilərdi
İran polisi ərəb gənci güllələdi
Elin Zamanı İraqda çempion oldu : “Yaşasın Azərbaycan, yaşasın türk milləti” (Video)
Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşaraq İranla razılaşmanın mümkün olduğunu deyib
İranda daha üç etirazçı tələbə cəzalandırıldı