SON XƏBƏRLƏR

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Güney Azərbaycanda keçirilməsi planlaşdırılan etiraz aksiyalarına dəstək BƏYANATI

2021.10.20, 07:36
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin Güney Azərbaycanda keçirilməsi planlaşdırılan etiraz aksiyalarına dəstək BƏYANATI

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) Güney Azərbaycanda keçirilməsi planlaşdırılan etiraz aksiyaları haqda bəyanat yayıb.

 

Bəyanatda deyilir:

Uzun illər fars şovinist rejimin apardığı ideoloji və ayrıseçkilik yönlü siyasəti ölkədə dərin sosial, iqtisadi və milli zəmində böhranlara gətirib çıxarib. Bunun nəticəsi olaraq son günlərdə müxtəlif şəhərlərdə, o cümlədən Güney Azərbaycan şəhərlərində kütləvi etirazlar başlayıb və bu etirazlara çağırışlar davam etməkdədir.

 

Daxildəki milli fəalların çağırışı ilə Dey ayının 13-də (yanvarın 2-də) Təbriz vaxtilə saat 17:00-da Güney Azərbaycanın bütün şəhərlərində kütləvi etirazlarin keçirilməsi palnlaşdırılıb. Çağırışda sosial, iqtisadi və milli istəklər əsasında verilən bütün şüarlar azərbaycan türkcəsində səsləndiriləcək.

 

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi sərbəst toplaşma hüququ əsasında daxildəki milli fəallar tərəfindən verilən kütləvi etiraz çağırışlarını dəstəkləyir, bu etirazların beynəlxalq qurumların diqqətinə çatdırılmasını və millətimizin hüquqlarının müdafiəsini özünün milli və siyasi görəvi hesab edir.   

 

GÜNEY AZƏRBAYCAN MİLLİ AZADLIQ CƏBHƏSİ          

02.01.2018

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar