SON XƏBƏRLƏR

Türkiyənin sərnişin təyyarəsi İranda qəzaya uğrayıb, 11 nəfər həlak olub - FOTOLAR

2021.10.20, 07:36
Türkiyənin sərnişin təyyarəsi İranda qəzaya uğrayıb, 11 nəfər həlak olub -  FOTOLAR

Gunaz.tv

GünAzTV: Türkiyəyə məxsus şəxsi sərnişin təyyarəsi İranda qəzaya uğrayıb. Bu barədə İran xəbər agentlikləri məlumat yayıb.

 

Hadisə, martın 11-i, yerli vaxtla axşam saat 18:50 radələrində İranın Çaharmahal və Bəxtiyari əyalətinin Şəhrikürd şəhəri yaxınlığında baş verib. Şarcə-İstanbul reysi üzrə uçan “CL604- Bombardier” tipli şəxsi təyyarə, İran səmasında radardan itdikdən az sonra Durək kəndi yaxınlığındakı dağa çırpılaraq partlayıb. Təyyarədə olan 8 sərnişin və 3 heyət üzvünün hamısı həlak olub.

 

Əyalətin Qızıl Aypara Cəmiyyəti rəsmilərinin bildirdiyinə görə, qəzanın baş vediyi dağlıq bölgəyə xilasedicilər göndərilib. Hadisənin təfərrüatı araşdırılır.

 

 

 

 

 

 

Təyyarənin pilotu

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar