SON XƏBƏRLƏR

Urmiyədə yaşlı babaların küçə alverinə üz tutması ciddi problemə çevrilib

2021.10.20, 07:36
Urmiyədə yaşlı babaların küçə alverinə üz tutması ciddi problemə çevrilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan şəhərlərində işsizlik, bahalıq və yoxsulluq kimi problemlər günü-gündən dərinləşir.


Azərbaycan şəhərlərində səyyar satıcılıq və Bələdiyyə məmurlarının satıcalara qarşı amansız davranışı vaxtaşırı sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildiyi halda, son vaxtlar əksər şəhərlərdə, o cümlədən Urmiyədə yaşlı babaların yoxsulluqdan küçə ticarətinə üz tutması çoxlarını utandırır.


“Təsnim” xəbər agentliyinin Urmiyə şəhərindən verdiyi xəbərə görə, şəhərdə küçə ticarəti ilə məşğul olan gənclərin sayı qədər yaşlı babalara rast gəlinir. Onlar bu yaşlarında yoxsulluqdan küçələrdə dayanıb səyyar satıcılıqla məşğul olur. Yaşlı babalar bu vəziyyətdən özləri də utanır və əzab çəkirlər.


“Onlar müəyyən orqanlar və məsulların himayəsi altında olmalıdır. Halbuki, gündəlik xərclərini təmin etmək məqsədi ilə  çox az pul üçün küçələrdə dayanıb satıcılıq etməyə məcbur olublar. Yaşlılar bu yolla da gəlir əldə edə bilmir və ailələrinin güzəranını təmin etmək iqtidarında deyillər. Nə üçün heç bir orqan onlara yardım etmir?! Onlar bir ömür çalışdıqdan sonra belə bir həyatı haqq edirlər?!”- deyə məlumatda qeyd olunub.


Həmin babalardan biri, hansı ki dövlətin, hətta ətrafdakı insanların diqqətindən kənarda qalıb və utanaraq keçə alveri ilə məşğul olur, dərdlərini “Təsnim” xəbər agentliyi ilə bölüşüb.


Xatırladaq ki, İranda yoxsulluqdan küçə ticarətinə üz tutan insanlar yenə də rahat buraxılmır. Bələdiyyə məmurları onlara gördüyü yerdə hücum çəkir, satdıqları malları dağıdaraq ayaqlar altına atırlar. Azərbaycan şəhərlərində bu günə qədər çox sayda səyyar satıcı bələdiyyə məmurlarının hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb.


N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar