Abadanda beş jurnalistin məhkəmə iclası keçirilib
Azərbaycanda Konstitusiya Günü qeyd olunur
NYT ABŞ-nin İranı blokadası üçün yeni strategiyasına qarşı çıxan ölkələrin adlarını açıqlayıb
İranda qaz çatışmazlığı artıb
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
G7: İran heç vaxt nüvə silahına sahib olmamalıdır
Rusiya: ABŞ-la İran arasında hərbi qarşıdurma yenidən başlaya bilər
FTB SEPAH üzvünü “ən çox axtarılan terrorçular” siyahısına daxil edib
Ukrayna üzrə sülh danışıqları Əbu-Dabidə başa çatdı; Trampın nümayəndələri Moskvaya gedir
QMİ: İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir
Möhsün Rzayi: ABŞ-ın Avropadakı hərbi bazalarını hədəfə alacağıq
İranda insanlar borclarını ödəmək üçün orqanlarını satışa çıxarırlar
İtaliya, Şotlandiya və Şimali İrlandiyada yüzlərlə məktəb bomba təhdidlərinə görə boşaldılıb
İranda polis üç bəlucu güllələdi
Ankara Ermənistanla sərhədin yalnız Bakı ilə sülhdən sonra açılacağını bildirdi
İranda daha iki qadın öldürüldü
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
Tokayev ərəbcə sözlərdən imtinaya çağırdı
İran ayda bu qədər raket istehsal edir- "Bloomberg"
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
“Ynet”: İsrail İranla fərqli müharibəyə hazırlaşır
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
Marağada iki iaşə obyekti bağlandı
Netanyahu ilə Tramp arasında gərgin telefon danışığı baş tutdu
İran AEBA-ya nüvə obyektlərini yoxlamağa icazə vermədi
İranla bağlı məxfi məlumatı paylaşanı 20 milyon dollar mükafat gözləyir
İranda daha üç məhbus edam edildi
Rubio: Tramp müharibə və ya razılaşma əvəzinə İran rejimini boğmaq yolunu seçib – “Axios”
Pompeo: Respublikaçılar İranla müharibəyə görə seçkilərdə səs itirdilər, lakin ABŞ mübarizəni davam etdirməlidir
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Sistan və Bəlucistanda mina partladı- Ölən var
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
Keçmiş hakimdən qalmaqallı açıqlama: Məndən Traktorun əleyhinə fit çalmağımı istədilər (VİDEO)
ABŞ: İran danışıqlarda qeyri-real şərtlər irəli sürür
İraq İran milli futbol komandasının təyyarəsinin enişinə icazə vermədi
Heqset: ABŞ İranın nüvə obyektlərini yaxından izləyir və yenidən zərbə endirməyə hazırdır
Binabda məhəllələrin Azərbaycan türkcəsindəki qədim adları lövhələrdə
İran polisi etnik bəlucu güllələyib
İranda daha beş etirazçı edama məhkum edildi
Mustafa Kamal Atatürkün anım günüdür
İran zənginləşdirməni birdəfəlik dayandırmalıdır!- Vadeful
Görüm, hər tutanda kəndi, şəhəri,
Fatehlər bu dəmdə nə görüb axı.
Nənəmin allahı min ildən bəri
Nənəmin yurduna nə verib axı!
(Məmməd Araz, “Duman ömrü”.)
Xırdalardan tutmuş, ta iri savaşlaradək tək hədəf – birbaşa, yaxud, dolayısıyla başqasının hazır malını, sərvətini, torpağını yağmalamaq, yağlı tikəsini ələ keçirtmək, özünü kölə etmək olmuşdur. Bu, eynən başqa vəhşi canlılar kimi, adamların (oxu,homo sapiensin) da, təkcə subyektivlik amili əlavə olunmaqla, doğal (təbii) yaşam tərzi olmaqla, həm də insanın təkamül sonucunda, nəticəsində yaranıb, yaşamasına bir sübutdur. İnsanların daha ağıllı, ədalətli və sonradan liberal (barışdırıcı, güzəştçi, mülayim, yumşaq münasibətli) adlanacaq qismi, yəni humanistlər (insanpərvərlər) olaraq, yağmadansa, gərəkəni özünün yaratmasına (ürətməsinə, istehsal etməsinə) üstünlük verməklə, getdikcə bu zorakı, çox baha və hər iki yana hədsiz itkilərlə başa gələn, pis, ədalətsiz yaşam tərzini, vərdişi (yağmanı) sərfəsiz sayaraq, ondan imtina etdilər. Beləliklə, insanlığın bu günkü öncülləri olan – mədəni dünya yarandı ki, ondan kənardakılar da onlara (baxıb) düzlənməyə çalışır...
Bu günədək, dünyada yığılan üstün mənəvi dəyərlər toplusuna baxmayaraq, bu yöndə hələ də, eynən vəhşi təbiətdəki kimi - gücsüz, daha güclüyə, ağılsız, biliksiz, daha ağıllıya, bilikliyə, tədbirsiz, daha tədbirliyə, saya, avam, maymağ, manqurt isə, hiyləgərə məntiqi olaraq uduzmaqdadır. Bu gün, başqa ad altında, pərdələnmiş imperialist, sömürgəçi güclərin öz qurbanlarına hördüyü çeşidli, bəzəkl torlar, tələlər də bu sıradan olmaqla hələ də qüvvədədir... Bu, uduzma və udma, həm doğa (təbiət), həm də toplumun yaşam tərzi baxımından subyektiv amil kimi - toplumda təbii seçmə qaydasını oluşdurmuşdur. Təbii seçmə, doğada (təbiətdə) da, toplumda da özünəxas formada oluşsa da, içəriycə (mahiyyətcə) azca (toplumda, həm də subyektiv amil) da olsa fərqlidir. Bir sözlə, şair demiş *Kim ki, zordu – bu dünyada haqlıdı* (Qardaşxan Əzizxanlı)... Bu şərtlər içində həyat uğrunda çarpışmada uduzan, yəqin ki, özündən küsməlidir... demək, nəyisə vaxtında və qədərincə etməmiş, öz üzərində yetərincə çalışmamış, özünün həyatına etkili (təsirli) ortama (şəraitə) uzlaşa bilməmişdir... Uzlaşa bilməməksə, məntiqi olaraq, özəl həyat sırasından çıxmaqla sonuclanır, mənfiyə doğru keyfiyyət dəyişikliyi, yəni, daha güclü içində əriyib itmə, ölüm, yox olma baş verir... Odu ki, çalışıb salamat qalmaq... yəqin ki, ağıldandır.
Tarixən,” Qızıl alma” – içəriycə (mahiyyətcə) öz zoruna güvənib, Dünyanın, Orta əsrlərdə Avropanın ən önəmli şəhərlərini, son vaxtlar isə daha çox eneryi qaynaqlarını hədəfləyib ələ keçirmək olub. Çünki, tarixin son dövrlərində belə varlı şəhərlər daha çox Avropada oluşa bilibsə, enerji qaynaqları yiyəsiz Bakıda, sonradan Yaxın Şərqdə aşkar edilib... Ümumiyyətləsə, yəqin, hərənin arzusu və zoruna görə öz hədəfi, əli çatdığı, ələ keçirtdiyi, tarixə düşən və düşməyən – “Qızıl alma”sı olub. Odu ki, “Qızıl alma”ların hamısını sıralamaq mümkünsüzdür. Yalnız, tarixdə izi qalan bir neçə “Qızıl alma”nı sadalamaq olar. Məsələn, Şumerlərin (e.ə.VI-III minillik) dəyərlərinin, Akkadlar, Babilstanın (e.ə.II min.-539 il) dəyərlərinin, Farslar tərəfindən yox edilməsi, Makedoniyalı İskəndərin (e.ə.356-e.ə.323) yürüşləri, Attilanın 452-ci ildə Romadan bac alması, Avropalıların, müsəlmanlar üzərinə vaxtaşırı səlib (xaçlı) yürüşləri, Nadir şahın 1739-cu ildə Hindistanın türksoylu Baburlar dövlətinin xəzinəsini alması, Osmanlı sultanları Mehmet Fatihin, Avropanın xaçlı yürüşlərinə qarşılıq 1453-cü ildə İstambulu (Konstantinopolu) işğalı, I Süleymanın daha uzağa gedib 1521-ci ildə Belqradı alması, 1526-cı ildə Moxaç savaşı, 1529-cu ildə Vyananı iki dəfə kuşatması, yəni mühasirəyə alınsa da, lakin ala bilməməsi, uduzması... və sairə, hamısı “Qızıl alma” ovu idi.
İstambul “Qızıl alma”sının türklərdən geri alınması isə, 1-ci Pyoturdan üzü bəri, bütün Rus çarlarının, Avropa dövlətlərinin (1-ci Dünya savaşı) və dünya güclərinin indiyədək doğrulmayan ən şirin arzularıdır... (Baxmayaraq, İstambul, Mudros sazişinin (30.10.1918) pozulması ilə keçici alınsa (11.11.1918) da, lakin, Atatürkün Qurtuluş savaşı ilə türklərə geri qaytarıldı.).
1920-ci ildə Bakının (oxu, o çağ dünyanın ən böyük və yağlı neftinin), Leninin Sovet Rusiyası tərəfindən təkrar (1828-ci ildə Çar Rusiyası almışdı) işğalı da “Qızıl alma”nın ələ keçirilməsi idi. Bir sözlə, hər səhər yerindən güclü duran “Qızıl alma” sorağındadır. Bu aşkar zorakı həyat tərzini, yeni və sonuncu dünya düzəninədək, şərti olaraq 1948-ci ilədək (BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinədək), qəbul etmək olarsa da, (çünki, bu sənədlə zorakılıq rəsmən də olsa qəbul edilmir), lakin, faktiki hələ də davam edir...
Dünyanın, Orta əsrlərin sonlarından (XVIII əsrin ikinci yarısı) bəriki dövrünə nəzər salsaq görərik, Qərbi Avropadakı, ABŞ-dakı yüksəliş dövrü, yəni, inkivizasiya məhkəmələri ilə müşayət olunan xristian dininin, inqilablar nəticəsində toplumun idarəçiliyindən uzaqlaşdırılması və yaşamda bilimə (elmiliyə) keçilməsi, tezliklə öz bəhrəsini verdi – millətləşmə, ellikcə texniki sıçrayış, sosiallaşma, humanistləşmə sonucunda – milli, demokratik, dünyəvi, liberal dəyərli hüquqi dövlətlər yarandı.
İndi isə, öncül düşüncəlilərin fikri, hədəfi, bu günədək oluşan dəyərlər əsasında ən üstün - ellikcə rifah, uyarlıq dövlətinin (oxu, əksəriyyətin Arzu, İstək dövləti) yaradılmasıdır. Qazandıqları siyasi və iqtisadi yüksəliş imkan yaratdı ki, bu dövlətlər tarixi yaddaşlarındakı “Qızıl alma”nı zorla başqa yerdə axtarışından daha çox (baxmayaraq, üstüörtülü də olsa bu, hələ də davam edir), öz ölkələrini bütövlükdə ən üstün yaşayışa (oxu,”Qızıl alma”ya) çevirsinlər. Bir sözlə, bu anlayış zamanca ciddi keyfiyyət dəyişikliyinə uğramış və “Qızıl alma” - bilikli, üstün dəyərli olmaqla sən özünsən, qura bilsən öz yurdundu, öz ocağındı - halına gəlmişdir.
Məsələn, bu gün, ABŞ-da adambaşına illik əmək haqqı ortalama 56730 dollar, aylıq, həkim-13570, müəllim 8300, mühəndis-7900, polis-4600, sürücü-4150, fəhlə yükvuran -3300 dollar maaş alır, işsizlərə 1050 dollar (Almaniyada işsizlik müavinəti aylıq 2100 avrodur) müavinət verilir. (Azərbaycan Respublikası Baş Prokurorluğunun məsulları isə, mənim halalca 7 illik müavinət pulumu vermədilər...adicə bir məişət səviyyəli məsələnin düzgün həlli üçün gərək dövlət başçısına çıxasan...). Avropada daha üstün göstəricilərə malik olan ölkələr də var, məsələn Skandinav ölkələri İsveç (illik adambaşına 58.345 ABŞ dolları), Norveç (illik adambaşına 80.749 ABŞ dolları).
Sonuc (nəticə), göz qabağındadır, geriçi ölkələrdə, ehtiyac içində yaşayanlar - insanca yaşamaq üçün, varlılarsa öz malını, pulunu güvəndə saxlamaq və daha (özlərinin, qurmadıqları və qurmaq istəmədikləri) gözəl yaşayış üçün, bu ölkələrə can atır, çünki, ən üstün yaşayış onlardadır. Hesabınızı götürün ki, 57 müsəlman ölkəsinin (əhalisi, təqribən, 1.5 milyard) ümum daxili məhsulu, əhalisi 82.8 milyon olan Almaniyanın ümum daxili məhsulundan (4.171 trilyon ABŞ dolları, adambaşına düşən illik gəlir 50.425 ABŞ dolları) azdır... Görün, bu öncül ölkə yönəticiləri işlərini yaxşı qurduqlarından, oturduqları yerdə, başqa yerlərdən ucuz işçi, xammal, beyin axını (ən böyük kapital) qəbul edir, yenini yaratma gücüylə daha üstün dəyər, yəni, gözəl həyat yaradırlar, çünki, artıq özlərini diqqətçəkici “Qızıl alma”ya çevirmişlər...
Bir sözlə, ən üstün yaşayışlı çağdaş ölkələrin təcrübəsi bizə qandırır ki, başqasının zəhmətilə yaradılan “Qızıl alma”nı zorla ələ keçirməkdənsə, onu öz elində, öz yurdunda yaratmağın daha yeydir, yaxşıdır, çünki, bu, az itkiylə başa gəlir, daha sərfəli və başqasına ziyan verməyəndir. Həm də buna hər cür gərəkən materialın – bilimin (elmin), insani və doğal (təbii) sərvətlərin, üstəgəl çeşidli yaxşı nümunələrin (Qərbi Avropa, ABŞ, Yaponiya,Güney Koreya, Sinqapur və s.) varkən, niyə də beləsini qurmayasan, yetər ki, toplumun azad seçkilərlə oluşdurduğu iqtidarın siyasi iradəsi olsun. Çağdaş, üstün fikrə görə, hər kəsin, hər millətin, hər ölkənin iç (daxili) enerjisi “Qızıl alma”nı kənarda axtarmaqdansa, özündə yenisini yaratmağa sərf edilməlidir. Bu, həm də dünyanı dağıdan, günahsız insanları yox edən - müharibələrə, qırğınlara, dağıntılara, səfalətə yol verməmək, deməkdir.
Görülən (təcrübə) göstərdi ki, “Qızıl alma”ları ancaq zorla, yağmalamaqla əldə edənlər, özləri onu yarada bilmirlər (çünki, parazit həyat tərzi yaradıcılığa yox, hazırını çırpışdırmağa, əldə etməyə öyrəşib) və gözləri, hələ də onu yaradanlarda olmaqla, axın-axın bu qapılarda miqrant adıyla sülənməkdədirlər. Son dövrlərin “Qızıl alma”larını əsasən türklərin (Bakı istisna, çünki, rus alıb) ələ keçirməsi bəllidir, ancaq, onun yaradılması türklərə yox, başqalarına qismət olmuşdur. Maraqlıdır, “Qızıl alma”ları zorla ələ keçirən türklər İranda min illik, Anadoluda 600 ildən çox Osmanlı dövlətini (üç qitədə) və son 95 illik Türkiyə Cümhuriyyətini qursalar da, nədən bircə dənə də olsa “Qızıl alma” (oxu, mədəniyyət) yarada bilmədilər, nədən və niyə?
Habelə, uzun müddət 262 il (1240-1502) yaşayan Qızıl Orda dövləti də həmçinin, özü “Qızıl alma” (oxu, mədəniyyət) yarada bilmədi... Yenə də, niyə? Əziz oxucu, inan ki, bu suala cavab tapıb, ondan ibrət dərsi almayınca... bizdən üstün adam olası deyil... çünki, əsas sorun da bundadur.
Bakı “Qızıl alma”sını ələ keçirdikdən 161 il sonra isə, Rus Çarlıq və Rus Sovet İmperiyaları dağıldı... Bu gün, 471 yaşlı Rus İmperiyası (Çar, Sovet və Rusiya Federasiyası-1547-2018) və onun əsarətindən çıxan 27 yaşlı (1991-2018) özükimilərlə (14 respublika) birlikdə, nəinki “Qızıl alma” yarada bilmədi(lər), əksinə hələ də, yalnız, öz təbii sərvətlərini (oxu, həm də gələcək nəsillərin payını) israfçılıqla (oxu, cinayətkarcasına) satmaqla birtəhər ayaqda durub, üstün Qərbi Avropa, ABŞ yaşayışının quyruğunda sürünməkdədirlər...
Halbuki, tarixən təqribən 200 il davamlı yaşayan, dağılmayan sabit topluma, dövlət birliyinə sahib olan xalqlar, bir şəhər miqyasında olsa da, yeni və üstün mədəniyyət, böyük sərvət, üstün yaşayış (oxu, “Qızıl alma”) yarada biliblər. Məsələn, məhdud sayda olsa da bir qism seçkinlərə elmi, yaradıcılıq imkanları yaratmaqla Şumerlər, Babillər, Mayyalılar, Misirlilər, Yunanlar, Romalılar, Bizanslar, son 231 ildə isə, siyasi inqilablar edib, xalqa kütləvi düşüncə özgürlüyü verməklə, Qərbi Avropa və Yeni Dünya - ABŞ içəriycə (mahiyyətcə) orta əsrlərdən tam fərqli və yeni keyfiyyətdə, qibtə olunan mədəniyyət, yaşayış nümunəsi yaratmışlar. Fikir verdinizsə, bu mədəniyyətlərin sırasında artıq 1400 ildir mövcud olan, müsəlman dinli bir ölkə belə yoxdur...
Demək, əsas məsələ, üstün yaşayışın açarı da bu sualın, yəni “Qızıl alma” yarada bilməməyin cavabındadır. Cavab isə, toplumu irəliyə apara biləcək - düşüncə və hərəkət özgürlüyünə, yəni, əsas iç güc qaynağına sahib olmamaqdadır. Yəni, gəlişmənin (inkişafın) qarşısını alan, onu ləngidən, saxlayan yaşam tərzindən (oxu, hər cür dini -Xristian, İslam, Buddist, Sovet və geriçi idarəçilik), düşüncə və hərəkət yasaqlarından yaxa qurtara bilməməkdədir.
Qısası, bu gəlişmə, bizi geriliyə gömən yaşam tərzindən - düşüncə və idarəçilikdən, yəni, ərəb-fars düşüncəli İslamdan və antidemokratik idarəçilikdən yaxa qurtarıb, biliyə, düşüncə özgürlüyünə, üstün yaşam tərzinə sarılmağımızla baş verəcəkdir.
“Qızıl alma”ya çevrilmək istəyənlərin (öncə, düşüncə) səviyyəsi, Qərbi Avropa, ABŞ və sair bu kimi ölkələrdəki yaşam səviyyəsinə çatmalıdır. Bu cür ölkələr, yalnız, özlərində olmayanlar - enerji, xammal, ucuz işçi qüvvəsi və yaradılmış mallarını xırıd etmək üçün daha geniş bazara, yəni, başqalarına üz tuturlar ki, bu da, onların necə deyərlər bol puluna və imkanlarına minnət...
Oxucuda düzgün müqaisə imkanı yaransın deyə, bilimlə (elmlə) gəlişən bir sıra müsəlman olmayan ölkələrdə adambaşına düşən aylıq milli gəliri sunuram (təqdim edirəm): 1. İsveçrə - 6301 dollar, 2. Avstralya -3780 dollar , 3. Danimarka – 3269 dollar, 4. ABŞ – 3258 dollar, 5. İslandiya – 2991 dollar, 6. İngiltərə - 2960 dollar, 7. Hollandiya -2937 dollar, 8. Almaniya – 2851 dollar, 9. Yaponiya -2782 dollar, 10. Kanada – 2773 dollar və... öz aralarında nisbətən öndə yer alan iki müsəlman ölkəsi: 1. Türkiyə - 700 dollar, 2. Azərbaycan – 130 dollar (215 manat)... Və bu öncül ölkələrin, ABŞ (ABŞ, öz enerji qaynaqlarını çox məhdud sayda işlədir, böyük hissəsini gələcək nəsillərin payı kimi ehtiyatda saxlayır, ehtiyacı qədər isə, başqalarından alır) istisna olmaqla, heç biri bizim (oxu, müsəlmanlar) kimi təbii sərvətlərə, enerji qaynaqlarına sahib deyil. Baxın, bu müqaisədə, biz bütün alanlarda (sahələrdə) gəlişən (inkişaf edən) bu ölkələrdən dəfələrlə geri qalırıq, yəni, əslində sürünürük...
Sadalanan on ölkədəki iqtisadi durumun, üstünə, bizdə hələ də olmayan, tibbi sığorta və çeşidli başqa sosial müdafiə növlərini, bayramlardakı yardımları da gələndə... görün, bu ölkələrdəki hər bir insanın real yaşam səviyyəsi harayadək yüksəlir. Yeri gəlmişkən, 20 mart 2018-ci il tarxdə, “Yevronyüs” xəbər agentliyi bildirdi ki, bütün Avropa İttifaqında VİFİ, yəni, internet xidməti (cəmi, 120 milyon avro dəyərində) pulsuz olacaq. Başqa sözlə, Aİ bir qitə olaraq, daha keyfiyyətli və sıx vahid ailəyə çevrilir.
Bax, vətəndaşın, qalxan dinamika ilə artan yaşam güvənliyi budur! İndi, hesabınızı gütürün, görün biz nə gündəyik, yəni, neçə dəfə geri qalırıq və geriliyin mağmın elədiyi bədbəxt insanlarımız, bizimçün nağıllar qitəsinə (oxu, Avropaya, ABŞ-a, Kanadaya) niyə can atır?
Geriçi ölkələrin pis görüləni (təcrübəsi) göstərir ki, bir ölkənin torpağının geniş və doğal (təbii) sərvətinin, hərbi gücünün çox olması, hələ heç də bu ölkə vətəndaşlarının yaxşı yaşaması anlamına gəlməz. Çox vaxt əksinə, yurdun hədsiz böyük olması (məsələn, Rusiya Federasiyası) ucqarlarda özbaşnalığın (oxu, mafiya qaydalarının) yaşam normasına çevrilməsinə, doğal (təbii) sərvətin bolluğu isə, baş bəlasına (məsələn, Azərbaycan nefti) çevrilir... çünki, bu ölkələrdə idarəçilik pisdir. Belə ölkələrdə, dövlət adına təşkilatlanmış bir ovuc yolsuz, oğru, yəni, mafiya hədsiz varlanmaqla millətə qan uddurur və onu bir qarın çörəyə möhtac halda saxlamaqla zülm verir...
Odu ki, unutmayaq, lap bütün dünya bizim olsa da... ancaq, hər bir vətəndaşımız, bütövlükdə millətimiz, özgür, firavan, güvənlikdə, insan hüquqları və özəllikləri qorumada deyilsə, idarəçilik pisdirsə... demək, hələ xoşbəxt deyilik, eləsə, belə ömürgün, bir ovuc dələduzlardan başqa kimə lazımdır, əlbəttə, heç kimə?
Sayğılı oxucular, orqanik imkanınız (oxu, qavramanız) olduqcda, bu barədə düşünün... gərəyiniz olar.
Adamlara sayğılarla,
Məmmədxan Əzizxanlı
02.07.2018-ci il
N.S
Türkiyə, Pakistan və İraq ABŞ-nin İranla bağlı bu qərarına qarşı çıxıblar- Media
Üç əyalətdə daha beş nəfər həbs edildi
İranda polis üç bəlucu güllələdi
ABŞ Ədliyyə Nazirliyi: Üç İran ünsürü Farford bazasında terror planında ittiham olundular
İrandan Azərbaycana 34 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
İran Argentina ordusunu terror təşkilatı elan etdi
Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib- Qalibaf
Məsud Pezeşkian Türkiyəyə səfər edib
İran polisi etnik bəlucu güllələyib
Mustafa Kamal Atatürkün anım günüdür
İran həbsxanalarında aclıq aksiyası keçirilir
Tam müharibə vəziyyətindəyik- Mühacirani
Təbriz restoranlarında canlı musiqiyə məhdudiyyətlər tətbiq edildi
Binabda iş qəzası - Ölən var
Təqaüdçülər Həmədan və Zəncanda etiraz aksiyası keçirdilər
ABŞ İranla bağlı surpriz qərar verə bilər - Media
“Gələn həftə Si Cinpin və Putinlə görüşə bilərəm”
İranda daha dörd iaşə obyekti bağlandı
Daha bir etirazçı həbs və edam cəzasına məhkum edildi
Ərəb ölkələri Məkkə və Mədinəyə hücumları pisləyib
Tramp İrana qarşı yeni zərbələr və danışıqlar arasında seçim etməyə çalışır – Axios
Türkiyə Müdafiə Nazirliyi: İran ərazisindən açılan atəş nəticəsində türk əsgəri həlak olub
Tehranda binaların üstündə zenit toplar quraşdırılıb
ABŞ İrana görə daha iki şəxs və bir quruma sanksiya tətbiq etdi
Bu şəhərlər Təbrizə birləşdirilsin- Huşyar
Məkkə bölgəsində pilotsuz uçuş aparatı ələ keçirilib və məhv edilib; müsəlmanların qibləsi yenidən təhlükə ilə üz-üzədir
İran kəşfiyyatının Azərbaycan hava limanlarının peyk görüntülərini əldə etdiyi bildirilir
Qeşm adasında dörd güclü partlayış qeydə alınıb
Qaçqıların deportasiyası üçün ABŞ İranla gizli danışıq aparıb- Associated Press
Səudiyyə Ərəbistanı və Suriya Hörmüz boğazında gəmiçiliyə qarşı təhdidlərin dayandırılmasına çağırıb – SPA
ABŞ İrana görə Kanada şirkətlərinə sanksiya tətbiq etdi
Üç şəhərdə daha yeddi məhbus edam edildi
Netaniyahuya görə həbs edilən təbrizli sərbət buraxılıb
CENTCOM İrandan silah və digər materialların quru yollarla daşınmasının qarşısını almaq üçün xüsusi qrup yaradıb
The Telegraph: Müctəba Xamenei Putindən silah istəyib
Rusiya vətəndaşlarına İrana səfər etməməyi tövsiyə edib
İran nüvə silahı əldə etməyə hazırlaşır- Almaniya