SON XƏBƏRLƏR

Məhbus aktivistə dərmanlarını çatdırmağa icazə verilməyib

2024.04.20, 15:05
Məhbus aktivistə dərmanlarını çatdırmağa icazə verilməyib

Təbriz şəhəri Mərkəzi Həbsxanasında saxlanılan Güney Azərbaycan milli hərəkatının aktivisti Kərim İsmayılzadənin dərmanlarını çatıdırmaq üçün ailəsinə icazə verilməyib.

Gunaz.tv

Aktivistin ailəsi onun ürək və mədə dərmanlarını çatdırmaq məqsədi ilə həbsxanaya müraciət edib. 

Lakin müdiriyyətin etikadan uzaq davranışları ilə rastlaşıb və dərmaları çatdırmağa icazə verilməyib.

İsmayılzadə ötən illərdə həbsdə olduğu zaman aclıq aksiyası keçirdiyinə görə mədə yarasına tutulub və müalicəsi üçün dəfələrlə cərrahiyyə əməliyyatı aparılıb. 

Xatırlaadq ki, İsmayılzadə aprel ayının 17-də saxlanılaraq 6 aylıq həbs müddətini çəkmək üçün Təbriz şəhəri Mərkəzi Həbsxanasına aparılıb.

Taymaz
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar