SON XƏBƏRLƏR

Güneyli aktivistlər Tehranın prokurorluğuna çağırılıb

2024.04.17, 12:17
Güneyli aktivistlər Tehranın prokurorluğuna çağırılıb

Güney Azərbaycan milli hərəkatının aktivisti bildiriş alaraq  5 gün ərizində Tehranın porokurorluğuna gəlməsi tələb olunub.

Gunaz.tv

Tehran Prokurorluğunun 5-ci Şöbəsi elektorn bildiriş göndərərək aktivist Aydın Məhəmmədinin şöbəyə gəlib “milli təhlükəsizliyə qarşı hərəkət” ittihamı barədə ifadə verməsi tələb olunub.
Məlumat üçün bildirək ki, Aydın Məhəmmədi hüquq məzunudur. 

Şair, yazıçı və jurnalistika üzrə fəaliyyət göstərən aktivist 2024-cü ilin fevral ayında Ərdəbil şəhərində saxlanılıb və Evin Həbsxanasının 209-cu Palatasına köçürülüb. 

O, bir neçə həftə həbsdə qalaraq zəmanət qismində ailəsi tərəfindən 800 milyon tümən dəyərində mülk sənədi qoyularaq müvəqqəti azad olunmuşdu. 

Məhəmmədi öz ana dili olan Azərbaycan türkcəsinin tərvicində fəaliyyət göstərib. 

1990-cı illərin sonlarından etibarən Azərbaycan ədəbiyyatı sahəsində şerlər, nağılları və tərcümələri İran və Azərbaycan Respubklikasının aylıq dərgilər və jurnallarda nəşr olunub. 

1990-cı onilliyin sonlarından etibarən Azərbaycan ədəbiyyatı sahəsində şerlər, nağılları və tərcümələri İran və Azərbaycan Respubklikasının aylıq dərgilər və jurnallarda nəşr olunub. 

Həmçinin digər güneyli aktivist Salar Tahir Əfşar aprelin 17-də beş gün ərzində Tehran Prokurorluğunun 5-ci Şöbəsinə  gəlməsi tələb olunub.

Salar “daxili təhlükəsizliyə qarşı əlbir olma və toplaşma” ittihamı ilə ifadə verəcəyi bildirilir.

 

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar