SON XƏBƏRLƏR

Amerika rəsmən “Sepah”ı terror təşkilatları siyahısına daxil etdi

2021.10.20, 07:36
Amerika rəsmən “Sepah”ı terror təşkilatları siyahısına daxil etdi

Gunaz.tv

GünAz TV: Bir neçə saat öncə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah-red.) terror təşkilatları siyahısına daxil edilməsini rəsmən elan edib.

 

Bununla da rəsmi Vaşinqton tarixdə ilk dəfə olaraq bir ölkənin hərbi birləşməsini terror təşkilatı kimi tanıyır.

 

Trampın bəyanatında deyilir: “Bu gün mən mühacirət və vətəndaşlıq məcəlləsinin 219-cu bəndini rəhbər tutaraq, hökumətimin İran İslam İnqilabı Keşikçiləri Korpusu və onun digər qolu Qüds Briqadasını xarici terror təşkilatı kimi tanımaqla bağlı qərarını elan edirəm. Dövlət Departamentinin rəhbərliyi altında atılan bu misilsiz addım İranın təkcə terrorizmi dəstəkləyən dövlət olduğunu deyil, eləcə də İran İslam İnqilabı Keşikçiləri Korpusunun dövlət qurumu kimi terror aktlarında fəal iştirak etdiyini və terrorizmin yayılmasını maliyyələşdirdiyini göstərir.”

 

Trampın sözlərinə görə, “Sepah” İran rejiminin terrorizmi idarə və təbliğ etməsi üçün əsas alətlərdən biridir.

 

Ə.A

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar