SON XƏBƏRLƏR

“Traxtur” super liqa yarışları çərçivəsində növbəti görüşə hazırlaşır

2021.10.20, 07:36
“Traxtur” super liqa yarışları çərçivəsində növbəti görüşə hazırlaşır

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası cümə günü növbəti rəqibi ilə qarşılaşacaq.

 

Azərbaycan komandası İran üzrə futbol klublarının super liqa yarışlarının 25-ci həftəsində Rəştin “Sepid rud” komandası ilə üz-üzə gələcək.

 

Görüş aprelin 12-i Təbriz vaxtı ilə saat 17:00-da Rəştin “Sərdar cəngəl” stadionunda baş tutacaq.

 

“Traxtur”-“Sepid rud” görüşünü GünAz TV ekranından canlı olaraq izləyə bilərsiniz.

 

Qeyd edək ki, hazırda 49 xalla turnir cədvəlinin 2-ci yerində qərarlaşan “Traxtur” komandası super liqa yarışlarının çempionu olmağa ən iddialı komandalardan biridir.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar