Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
GünAzTv: Erməni diasporu müharibə hazırlığına başladı. Dörd ölkədə döyüşçüləri səfərbər etmək üçün mərkəz quruldu, bu işə rəhbərlik edən erməni milyarder müharibənin qapının ağzını kəsdiyini deyib.
Erməni diasporu Qarabağda alovlana biləcək yeni müharibəyə hazırlıq üçün səfərbərliyə başlayıb. Rusiyanın “Regnum” agentliyinin yaydığı sensasion xəbərə görə, münaqişənin nizamlanmasına dair danışıqlar prosesinin fəallaşdığı bir vaxtda, həmçinin yaxın günlərdə ATƏT-in Astana sammitində erməni qoşunlarının ətraf rayonlarından çəkilməsini nəzərdə tutan və Madrid prinsipləri kimi tanınan sənədin müzakirəsi ərəfəsində müxtəlif ölkələrdə erməni diasporu müharibəyə hazırlıq üçün koordinasiya mərkəzləri qurub. Məlumatda deyilir ki, 4 ölkədə-Rusiya, Fransa, ABŞ və Uruqvaydakı iri erməni biznesmenləri rezervistlərin və veteranların səfərbər edilməsi üçün koordinasiya mərkəzləri yaradıblar. Bildirilir ki, əgər Qarabağda müharibə başlasa erməni diasporunun səfərbər etdiyi muzdlular hava nəqliyyatı vasitəsilə İran üzərindən münaqişə zonasına daşınacaq. Artıq bu daşıma üçün konkret planın da hazırlandığı məlum olub.
Məlumatda deyilir ki, erməni diasporunun başlatdığı bu səfərbərlik “Preventiv mobilizasiya” adlanır. Proqramın təşəbbüskarlarından biri, Rusiyada yaşayan erməni milyarderi adının açıqlanmaması şərti ilə agentliyə bildirib ki, işlər bu günlərdə yaradılan beynəlxalq erməni hərəkatı - “Erməni rezervistləri və veteranları İttifaqı” çərçivəsində aparılır. Mənbənin sözlərinə görə, rezervistlərin və veteranların barəsində məlumat üç dildə-rus, ingilis və ispan dillərində xüsusi məlumat bazasına toplanır. Səfərbərlik hərəkatının fəallarının hesablamalarına görə, bu kampaniyaya dünyanın 38 ölkəsindən 200 minə qədər erməni cəlb oluna bilər. “Rusiya erməniləri bu təşəbbüsün lideridir. Bu da onunla bağlıdır ki, Rusiyada ən güclü və çoxsaylı erməni diasporlarından biri fəaliyyət göstərir, burada yaşayan ermənilərin sayı 2,5 milyon nəfərdən artıqdır. Onların intellektual, maddi bazası, təşkilatçılıq potensialı güclüdür, həmçinin son on illiklərdə MDB çərçivəsində gedən miqrasiya prosesləri və təbii ki, Rusiya ilə Ermənistan arasında strateji müttəfiqlik də burada rol oynayır” deyə mənbə bildirib.
“Müharibə qapının ağzını kəsib!”
Kampaniyaya rəhbərlik edənlərdən biri olan mənbə onu da bildirib ki, artıq erməni diasporunun dünyanın bir sıra aparıcı ölkələrinin xüsusi xidmət orqanlarının keçmiş və indiki əməkdaşları olan təmsilçilərindən ibarət “informasiya - analitik mərkəz”i qurulub. Bu mərkəz səfərbərlik kampaniyası çərçivəsində yaradılan vahid informasiya bazasını analiz edir, hadisələrin mümkün inkişaf ssenarilərini araşdırır, eyni zamanda düşmənlərin və agentlərin səfərbər olunanların siyahısına düşməsini əngəlləmək üçün yaradılmaqda olan “erməni diaspor ordusu”na qoşulanların hamısının şəxsiyyətini diqqətlə araşdırır. Qarabağda müharibə başlayarsa, diasporun necə hərəkət edəcəyi barədə danışan mənbə belə deyib: “Müharibə qapının ağzını kəsib! Müharibədə isə bütün metodlar yaxşıdır. Mən demirəm ki, biz Üsəma bin Ladenin təcrübəsini tətbiq edəcəyik. Yox! Biz açıq və ondan daha sərt hərəkət edəcəyik. Hazırda hamıya aydındır ki, Qarabağ təhlükədədir. Əgər Qarabağ olmayacaqsa, Ermənistan da olmayacaq, Ermənistan olmayacaqsa ermənilər də olmayacaq. Millət təhlükədədir və bunu dünyanın hansı ölkəsində, İranda, Abxaziyada, Cavaxetiyada, Ukraynada və ya Bolqarıstanda yaşamasından asılı olmayaraq, səfərbərlik kampaniyasına qoşulan hər bir erməni dərk edir. Sizi inandırım ki, kampaniyaya bizim işimizi haqq işi hesab edən digər millətlərin nümayəndələri də qoşulur. Məsələn, bolqarlar, serblər, hətta italyanlar. Biz Azərbaycana öz real gücümüzü göstərəcəyik ki, öz neftinə arxayın olmaqdan əl çəksin. Həmçinin biz bəzi beynəlxalq qüvvələrə və transmilli şirkətlərə də göstərəcəyik ki, neft-qaz hasilatına "stavka" edərək Dağlıq Qarabağ əhalisinin haqlarına məhəl qoymamaq, Ermənistana təzyiq etmək nə deməkdir".Bu səfərbərlik kampaniyasına Ermənistan hakimiyyətinin dəstək verib-vermədiyi barədə suala isə erməni mənbə belə cavab verib: “Mən bu yerdə susmalı olacağam. Astana danışıqlarından sonra hər şey öz-özünə aydınlaşacaq”.
“Regnum”a danışan mənbə kimdir?
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan ötən həftə Moskvada Rusiya Erməniləri İttifaqının 10 illik yubiley mərasimlərinə qatılıb. Baş nazir Vladimir Putinin də iştirak etdiyi mərasimlərdən sonra o, təşkilatın rəhbəri Ara Abramyanla və Rusiyadakı erməni diasporunun aparıcı nümayəndələri ilə qapalı toplantı da keçirib. Ehtimal olunur ki, sözügedən səfərbərlik kampaniyasını təşkil edənlərdən və “erməni diaspor ordusu” yaradanlardan biri kimi “Regnum”a açıqlamalar verən mənbə də məhz Abramyandır. O, Rusiyada ən varlı şəxslərdən biri sayılır. Tamamilə mümkündür ki, Astana danışıqları ərəfəsində ermənilərə bağlı olan Rusiya agentliyi vasitəsilə bu cür məlumatın yayılması ermənilərin Azərbaycana təzyiq göstərmək cəhdidir.
Azərbaycanın artan hərbi gücünə qarşı diaspor amili
Lakin digər tərəfdən ona da şübhə yoxdur ki, Azərbaycanın öz ordusunu durmadan gücləndirməsi, hərbi büdcəsini Ermənistanın ümumi büdcəsinin həcmindən az qala 1 milyard dollardan çox artırması, xaricdən yeni silah və hərbi texnika alması, ölkə prezidentinin sərt bəyanatları fonunda ciddi narahatlıq keçirən ermənilər Qarabağda mümkün müharibə zamanı diasporun imkanlarından istifadə edəcəklər. Çünki Ermənistanın Qarabağda mümkün irimiqyaslı müharibə zamanı duruş gətirməsi üçün insan resursları olduqca məhduddur. Ölkə əhalisinin xeyli hissəsi, xüsusən gənclər Ermənistanı tərk edib. Beynəlxalq təşkilatların məlumatlarına görə, hazırda Ermənistan 60 min əsgərə və 32 min nəfər əlavə ehtiyat qüvvəyə malikdir. Ermənistan mətbuatının yazdıqlarına görə, 2004-cü ilin payızından bu yana ordu çağırışçı çatışmazlığı problemi ilə üzləşir. Əvvəllər hər çağırışda 15-17 min gənc xidmətə yola salındığı halda, son illər bu göstərici 11-12 min nəfərə düşüb.
Niyə İran marşrutu seçilib?
Hərbi mənbələrin məlumatına görə, Ermənistan və Dağlıq Qarabağ separatçılarının Azərbaycanın işğal altındakı ərazilərində saxlanılan hərbi qüvvələrinin sayı 25 min nəfərdir. Məlumatlara görə, işğal olunmuş Azərbaycan ərazilərində ermənistanlı çağırışçılarla yanaşı, 3200 muzdlu da xidmət edir. Xaricdəki erməni diasporunun xətti ilə maliyyələşən muzdlu əsgərin hər birinə ayda 300 ABŞ dolları məvacib verilir. Yəni erməni diasporu birinci Qarabağ müharibəsi zamanı olduğu kimi atəşkəsdən sonra da işğal edilmiş əraziləri saxlaya bilmək üçün xaricdən muzdluların cəlb edilib göndərilməsini təşkil etməkdədir. Azərbaycanın isə hərbi potensialı ilə yanaşı insan resursları da Ermənistanla müqayisədə qat-qat üstündür. Belə vəziyyətdə Ermənistanın yeni müharibədə uduzaraq işğal edilmiş ərazilərdən çəkilməli olacağı, nəinki ətraf rayonları, o cümlədən Dağlıq Qarabağı da geri verməli olacağı kifayət qədər real görünür. Erməni diasporunun və xaricdəki varlı ermənilərin həyəcan təbili çalaraq muzdluların kütləvi səfərbərliyinə başlaması da bununla izah olunur. Səfərbər olunan muzdluların müharibə zonasına çatdırılması üçün seçilən marşrut da hər şeyi deyir: İran işğal edilmiş Azərbaycan əraziləri ilə 132 kilometrlik quru sərhədinə malikdir və muzdlu dəstələr təyyarə ilə bu ölkəyə daşındıqdan sonra oradan quru yoluyla Qarabağa keçə bilərlər. Çünki Gürcüstan marşrutu ermənilər üçün o qədər də etibarlı deyil.Birinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun sıralarında Azərbaycana qarşı minlərlə muzdlu döyüşürdü və onların arasında xarici ölkələrdən gələn, “ASALA” və digər terrorçu qruplaşmaların düşərgələrində təlim keçən erməni terrorçuları ilə yanaşı digər millətlərin nümayəndələri-əsasən ruslar, serblər, digər slavyan mənşəlilər, habelə xristian ərəblər də üstünlük təşkil edirdi. Həmin vaxt Qarabağa muzdluların daşınması işi Livan, Suriya, ABŞ, Fransa və Rusiyadakı erməni diaspor mərkəzləri tərəfindən təşkil edilirdi. Erməni diasporu təkcə muzdluları cəlb etməklə kifayətlənməyib Ermənistan ordusunun silahla və ərzaqla təchizatını da həyata keçirirdi. Yeni musavat
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır