SON XƏBƏRLƏR

Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb

2026.10.04, 09:00
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb

Gunaz.tv

Azərbaycanlı həkim və siyasi məhbus Həmid Qarahəsənlunun Yəzd Mərkəzi Həbsxanasında saxlanılan zaman səhhətinin kəskin şəkildə pisləşdiyi bildirilir.

İnsan haqları mənbələrinin məlumatına görə, əvvəlki xəsarətlər səbəbindən onun sol ağciyəri demək olar ki, fəaliyyətini itirib. Ağır fiziki zəiflik səbəbindən hazırda açıq əməliyyatın aparılması mümkün deyil. Məlumatlara görə, gələcəkdə sol ağciyərin çıxarılmasına ehtiyac yarana bilər.

Qarahəsənlu Kərəcdə 2022-ci il etirazlarında öldürülənlərdən biri olan Hədis Nəcəfinin qırx mərasiminə qatıldıqdan sonra həyat yoldaşı Fərzanə Qarahəsənlu ilə birlikdə azyaşlı övladlarının gözü qarşısında ağır şəkildə döyülərək saxlanılıb.

Həmid Qarahəsənlu əvvəlcə edam cəzasına məhkum edilib. Lakin hökm ləğv edildikdən sonra 15 il müddətinə sürgündə həbs cəzasına məhkum olunub və 2023-cü ilin sentyabrından Yəzd həbsxanasında saxlanılır.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar