SON XƏBƏRLƏR

İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır

2026.10.04, 11:36
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır

Gunaz.tv

İraq və Türkiyə neft-qaz sahəsində uzunmüddətli razılaşma əldə etmək və iki ölkə arasında enerji əməkdaşlığını genişləndirmək üçün danışıqlar aparır.

İraqın neft naziri Basim Məhəmməd Xudeyr və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Ankarada görüşərək neft-qaz infrastrukturunun inkişafı, neft-kimya sənayesi və enerji ticarətinin artırılması məsələlərini müzakirə ediblər.

Danışıqlar İraqın neft ixracında yaranmış fasilələrdən sonra alternativ marşrutlar axtardığı və enerji sahəsində regional əməkdaşlığı gücləndirməyə çalışdığı bir vaxtda aparılır. İki ölkə bundan əvvəl də İraq xam neftinin Kərkük–Ceyhan boru kəməri ilə nəqlinin artırılması üçün birillik razılaşma imzalayıb.

 

Gunaz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar