SON XƏBƏRLƏR

BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik

2026.09.30, 11:00
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik

Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları Birləşmiş Ərəb Əmirliklərinin ərazisidir və biz bu adaların İran tərəfindən işğalının davam etməsini qəbul etmirik.

Gunaz.tv

Bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Xəlifə Şahin Əl-Mərrar Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyasında deyib.

O, Əbu-Dabinin bu mübahisənin həmişə sülh yolu ilə həllini istədiyini vurğulayıb və iki yol təklif edib: 

"Birbaşa danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsinə müraciət".

Nazir, ölkəsinin yanaşmasını gərginliyin azaldılmasına, dialoqa, ölkələrin suverenliyinə və mehriban qonşuluğa hörmətə əsaslandığını və qanunsuz güc tətbiqini və ya bununla bağlı təhdidi rədd etdiyini bildirib.

İran rejiminin BMT-dəki missiyasının müşaviri Nasir Əsədi isə BƏƏ tərəfinin açıqlamalarına cavab olaraq Əbu-Dabinin iddiasını rədd edib və üç adanı İran ərazisinin ayrılmaz hissəsi adlandırıb.

Böyük Tunb, Kiçik Tunb və Əbu Musa 1971-ci ildə Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə İranın nəzarəti altına keçib. BƏƏ adaların mülkiyyətində israr edir, İran da onlara iddia edir. Adaların Hörmüz boğazının girişinə və mühüm gəmiçilik yollarına yaxın yerləşməsi onilliklərdir davam edən bu mübahisəyə strateji əhəmiyyət qazandırıb.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar