SON XƏBƏRLƏR

ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi

2026.09.30, 09:03
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi

ABŞ-nin Maliyyə Nazirliyi silah satınalmalarında İrana kömək göstərdiklərinə görə 10 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

Gunaz.tv

Bu barədə qurumun saytındakı sənəddə deyilir.

Nazirliyin məlumatına görə, bu şəxslər və şirkətlər İranın Müdafiə Nazirliyi ilə Silahlı Qüvvələri üçün silah və komponentlərin alınmasını həyata keçirib.

Sənədə əsasən, məhdudiyyətlər Çin, Pakistan və Səudiyyə Ərəbistanından olan şirkətlərə şamil edilib.

Xatırladaq ki, bu ilin avqustunda Vaşinqton İrana qarşı "İqtisadi təcrid" əməliyyatına başlayıb. Məqsəd ölkəni maliyyə baxımından təcrid etmək və münaqişədə geri çəkilməyə məcbur etməkdir.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar