SON XƏBƏRLƏR

Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var

2026.10.04, 08:31
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var

Gunaz.tv

Şiddətli yağış, güclü külək və toz fırtınası şənbə günü, 11 Mehr (3 oktyabr), İranın müxtəlif şəhərlərində bir sıra hadisələrə səbəb olub. Qum–Kaşan yolunda zəncirvari qəza baş verib, Kərəcin müxtəlif ərazilərində isə sel yaranıb.

Qum–Kaşan yolunda güclü tufan və toz səbəbilə 9 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəza nəticəsində 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Eyni vaxtda, Əlborz vilayətində güclü yağış Kərəcin bəzi ərazilərində küçələrin su altında qalmasına və sel sularının palçıq gətirməsinə səbəb olub. Əzimiyə və Bağestan ərazilərində sel suları bir neçə avtomobili sürükləyib.

Kərəcin Bağestan ərazisində isə su hövzəsinin daşması və bəndin dağılması nəticəsində beş su hövzələrinin idarə olunması işçisi sel sularında köməksiz vəziyyətdə qalıb. Onların hamısı Qızıl Aypara əməkdaşlarının müdaxiləsi ilə xilas edilib.

Bundan əlavə, Eştehard şəhərində yerləşən Omid Əlborz sənaye şəhərciyində güclü külək nəticəsində bir işçi yaralanıb və xəstəxanaya çatdırılıb.

Xəbər hazırlanarkən yerli hakimiyyət orqanları Kərəcdəki sel nəticəsində ölənlər barədə məlumat açıqlamayıb. Maddi ziyanın həcmi də hələlik məlum deyil.

 

Gunaz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar