Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
GünAzTv mətbuat mərkəzinin növbəti müsahibi siyasi ekspert, yazar Fikrət Fərəməzoğludur.
- Fikrət bəy, bu gün Ermənistan ordusunda nələr yaşanır?
- Bu gün Ermənistan ordusunda yaşanan proseslər bu ölkədəki korrupsiya və özbaşınalığın əlamətidir. Vəziyyət belədir ki, hazırkı məqamda Ermənistan ordusunun başında bir qrup korrupsioner məmur dayanır və onları ordu quruculuğundan daha çox, pul qazanmaq düşündürür. Əslində, başqa nəticə gözləməyin də yeri yoxdur. Məsələn, bu gün Ermənistan ordusunun Baş Qərargah rəisinin oğlu atasının xidməti maşını ilə avtoşluq edirsə və ya gəlin gətirməyə gedirsə, həmçinin ayrı-ayrı zabitlər əsgərləri incidib onların pullarını almaq üçün işgəncələr verirsə, o zaman əlavə şərhə gərək qalmır. Erməni əsgərlərinin özünə qəsd etməsi və ya işgəncə nəticəsində ölmələrini bu fonda adi qarşılamaq lazımdır. Əgər bu gün erməni zabitlər öz əsgərlərini qul kimi işlədib, onları vəhşi kimi döyürlərsə və ya valideynlərindən pul gətirmələrini tələb edirlərsə, deməli, bu ordunun döyüş qabiliyyəti də yoxdur. Bu yaxınlarda maraqlı bir sosialoji sorğu keçirilmişdi. Erməni psixoloqların gəlidiyi qənaət bu olub ki, Ermənistan ordusunda baş verən intihar hadisələri və ölüm hallarının başlıca səbəb Ermənistanın Müdafiə Nazirliyinin yarıtmaz fəaliyyəti və erməni gənclərindəki dəlilik əlamətlərinin təzahürüdür. Deməli, vəziyyət belədir ki, bundan sonra da Ermənistan ordusunda ölüm və işgəncə halları davam edəcək. Rəsmi İrəvanın bununla bağlı verdiyi açıqlamalar isə sadəcə, ictimai rəyi sakitləşdirməyə hesablanmış bir addımdır.
- Siz Azərbaycan mediasında Ermənistanla bağlı ən çox yazan ekspertlərdən sayılırsınız. Ümümiyyətlə, Ermənistan ordusunda yaşanan vəziyyət bu ölkə üçün nələr vəd edir?
- Təkcə Ermənistan ordusunu nəzərdə tutmaq olmaz. Bu ölkədə baş verən bir çox proseslərin mahiyyətində baş verənlərə dərindən diqqət yetirdikdə, Ermənistanın gələcəyini heç də parlaq görmək mümkün deyil. Bu gün ordudakı ölüm hallarının total şəkil alması bir sahədə yaşanın problemin göstəricisidir. Təbii ki, ordu hər bir dövlətin nə qədər güclü olduğunu göstərir. Ermənistanın heç bir vaxt stabil ordusu olmayıb. Elə Qarabağ müharibəsi zamanı da Azərbaycana qarşı döyüşənləri Ermənistan ordusunun əsgərləri olaraq qəbul etmək yersiz olardı. Burada xaricdən gələn muzdlu əsgərlər, habelə Rusiya ordusunun yardımları sayəsində Azərbaycan torpaqları işğal olunub. Bundan sonra nə baş verəcək və hadisələrin gedişatı nələrə gətirib çıxaracaq məsələsi isə çox aydındır. Bu yaxınlarda baş verən əsgər ölümlərinə cavab verə bilməyən Ermənistanın müdafiə naziri Seyran Ohanyan vəziyyəti düzəldəcəyi ilə bağlı cəmiyyətə vəd verib. Amma vəd verməklə iş bitmir. Bu gün Ermənistan ordusunda regionçuluq dəhşətli şəkildədir. Qarabağ erməniləri ilə İrəvan erməniləri ortaq məxrəcə gələ bilmirlər. Vaxtaşırı baş verən davalarda isə ölüm halları üzə çıxır. Bu problemin kökünü kəsmək isə qısa müddət ərzində Ermənistan ordusuna müəyəssər olmayacaq. Hadisələrin gedişatı isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə Ermənistan ordusunda katakalizmlər baş qaldıracaq. Hətta baş verənləri təhlil etdikdə belə bir məsələni proqnozlaşdırmaq mümkündür ki, Ermənistanda hansısa hərbi hissə silahlı üsyana qalxacaq. Bu təkcə işgəncə halları ilə bağlı deyil. Həmçinin hərbçilərin sosial təminat məsələsi də bərbad vəziyyətdədir. Müqavilə əsasında işə götürülən erməni zabiti bu gün şikayət edir ki, ona verilən əmək haqqı yaşamasına çatmır. Sizcə, daim təzyiq altında olan, əmək haqqısı ailəsinə belə çatmayan erməni zabiti sonda nə etməlidir? Təbii ki, şikayətinə baxılmadığı üçün üsyan edəcək. Bu da Ermənistanda hakimiyyət dəyişikliyinə qədər gətirib çıxara bilər. Və ya onsuz da xaos içində olan ermənilər daha dərin bir anarxiyanın içinə düşəcəklər.
- Bəzi eksperltər bəyan edirlər ki, Qarabağ məsələsi ilə bağlı Ermənistan hakimiyyəti və separtçı Qarabağ klanı arasında ciddi fikir ayrılığı var. Bu fikirlərə münasibətinizi bilmək maraqlı olardı.
- Bu ayırımçılığı necə izəh edirlər bilmirəm. Amma nəzərdən qaçırmaq olmaz ki, bu gün Ermənistanda hakimiyyətdə əyləşənlərin əksəriyyəti Qarabağ erməniləridir. Dünənə qədər Koçaryan onların rəhbəri idi, indi də Sarkisyan. Separatçılarla İrəvan hakimiyyəti arasında fikir ayrılığının ola biləcəyini düşünmürəm. Ona görə ki, Bako Saakayan Sarkisyanın əlinin altının uşağıdır. Saakyanın münaqişənin həlli ilə bağlı dediyi fikirlər də İrəvanda hazırlanmış ssennarinin tərkib hissəsidir. Yəni, Sarkisyan nə deyirsə, Saakayan da onu tutuquşu kimi təkrar edir. Məqsəd dünyaya Qarabağdakı ermənilərin də «söz sahibi» olduğunu göstərməkdir. Həm də ermənilər bununla danışıqlarda Azərbaycana təzyiq göstərmək istəyirlər. Eyni zamanda, bir vacib məqam da var. O da İrəvanın separatçıları danışıqlarda tərəf kimi iştirak etməsini təmin etməkdən ibarətdir. Əgər Ermənistan hakimiyyəti bu planını həyata keçirərsə, o zaman Qarabağ tərəf kimi qəbul edilməyə başlayacaq və bu da Azərbaycanın zərərinə işləyən bir haldır.
- Ermənistanda ciddi müxalifətin formalaşdığı ortadadır. Sabah Ermənistanda siyasi hakimiyyət dəyişikliyi baş versə, ölkənin xarici siyasi kursunda ciddi dəyişikliklər gözləniləndirmi?
- Ermənistanda güclü müxalifət olsa da,onlar hələ ki, istəyinə nail ola bilməyib. Amma yaxın gələcək üçün Ermənistanda hakimiyyət dəyişikliyinin baş verə biləcəyini proqnozlaşdırmaq mümkündür. Birincisi, Sarkisyan hakimiyyəti artıq erməni diasporu qarşısında etibarını tamamilə itirib. Bunu şərtləndirən Türkiyə ilə danışıqların aparılması, ölkənin içində iqtisadi vəziyyətin fəlakətli həddə çatması və s. kimi amillərdir. Daşnakların hakim koalisiyadan çıxmasına adi hal kimi yanaşmaq olmaz. Bu əslində, erməni diasporunun yeni planından xəbər verir. Elə buna görədir ki, Ermənistanda hakimiyyətə gəlmək istəyən daşnaklar təkbaşına hərəkət edirlər.
İkincisi, Ermənistandakı ağır iqtisadi vəziyyət burada əhalinin ayağa qalxaraq, hakimiyyəti dəyişmək üçün cəhd etməkdə israrlıdır. Bu gün İrəvanın mərkəzində keçirilən aksiyalarda yüz mindən artıq adamın iştirak etməsi həmin narazılığın nəticəsidir. Bu gün erməniləri nə Qarabağ, nə də xarici siyasi kurs maraqlandırmır. Onları maraqlandıran əsas məqam odur ki, bir qarın çörək tapıb yaşaya bilsinlər.
Ermənistanda hakimiyyətin dəyişməsi məsələsinə gəldikdə isə onun siyasi kursuna ciddi təsir edəcəyi inandırıcı deyil. Bu gün Ermənistanda vəziyyət belədir ki, istənilən müxalifət qüvvəsi hakimiyyətə gələrsə, Rusiya ilə hesablaşmalıdır. Çünki bunu erməni diasporu da istəyir. Yəni, Ermənistanın xarici siyasəti erməni disaporunun istəyindən asılıdır. Erməni diasporu da Ermənistan iqtidarlarına həmişə maliyyə yardımları edib və bundan sonra da edəcək. Belə olan təqdirdə, İrəvanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, xarici siyasi kursun ciddi şəkildə dəyişəcəyini gözləmək yersiz olardı. Hətta hakimiyyətə Qərbpərəstlər belə gəlsələr, bu ümumi nəticəyə təsir etməyəcək.
- İran-Ermənistan münasibətləri yüksələn xətlə inkişaf etməkdədir. Amma, maraqlıdır İran Azərbaycanı özünə dost, qardaş dövlət adlandırır. Praktikada isə tamam başqa şeyləri görürük. Digər tərəfdən isə, Tehran münaqişənin həllində vasitəçilik missiyası bağlı öz təklifini verib. İranın bu, məsələdə rolunu neçə dəyərləndirirsiniz?
- İranın bölgədə öz maraqları var. Bu gün İranı Azərbaycanla bağlı narahat edən çoxlu sayda məqamlar mövcuddur. Birincisi, Cənubi Azərbaycan məsələsidir. Bu ərazilərimizdə 40 milyon Azərbaycan türkünün yaşaması bir faktdır. Tehranın da həmişə qorxduğu amil o olub ki, Şimal və Cənubi Azərbaycan birləşə bilər. Buna görə də, Bakını zəiflətmək üçün hansı dövlət addım atarsa, arxa planda həmişə onun yanında olmağa çalışır. İkincisi, Azərbaycanın regionda inkişaf etmiş ölkə olması Tehrana sərf etmir. Bu həm də Bakının Qərblə yaxından əməkdaşlıq etməsinə bağlı məsələdir. Yəni, sabah Azərbaycan ərazilərində NATO bazaları qurularsa, o zaman İranın işi xeyli çətin olacaq. Diqqət yetirin, İran vaxtaşırı bəyan edir ki, əgər NATO bazaları Azərbaycan ərazilərində qurularsa, o zaman bizi düşmən gözündə görərək, hətta həmin obyektlərə raket zərbələri endirəcəklər. Düzdür, bu avantürst bir bəyanatdır, amma realdır. Çünki molla hakimiyyəti əlinə bir neçə yeni silah keçdikdən sonra tamamilə siyasətə yaraşmayan bəyanatları ilə diqqəti çəkməyə başlayıb.
Ermənistan-İran əlaqələrinin inkişafı məsələsinə də bir neçə aspektdən yanaşmaq lazımdır. Əvvəla, İran öz neft və qazını Avropa bazarlarına çıxara bilmir. Bunun üçün ən optimal yol kimi, Ermənistan-Gürcüstan-Türkiyə marşrutunu görür. Bunun üçün illərdir cəhd edən Tehran İrəvana qədər kəmərin çəkilməsinə nail olub. Amma Gürcüstan hələlik bu kəmərin onun ərazisindən keçərək, Avropaya qədər uzanmasına imkan vermir. İran bu səbəbdən ümidini daha çox erməni diasporuna bağlayıb ki, bəlkə onlar nəsə etdilər. Amma erməni diasporu da yaxşı bilir ki, Qərbin razılığı olmadan belə bir layihəni reallaşdırmaq onların siyasi karyeralarının sonu ola bilər. Buna görə də, susmağa üstünlük verirlər. Digər tərəfdən də, İran Azərbaycana görə, Ermənistanla yaxınlıq edir ki, ən azından Bakı inkişaf etməsin.
Vasitəçilik missiyasına gəldikdə isə İranı bu işə sövq edən başqa bir məsələ daha var. Tehran yaxşı bilir ki, Qarabağda müharibə yenidən başlayarsa, proses bütün regiona yayılacaq. Yəni, Qafqazda digər münaqişə ocaqları baş qaldırdıqdan sonra müharibə hətta İranın içinə doğru hərəkət edə bilər. Bununla yanaşı, yaranmış vəziyyətdən yararlanan Qərb siyasi dairələri də NATO bazalarını bölgəyə gətirməklə İranı tamamilə hədəfə almış olacaqlar. Bütün bunlardan bərk narahat olan İran son dövrlər rəsmi Bakının verdiyi bəyanatları ciddiyyə alaraq, bəri başdan özünü sığortalamaq üçün vasitəçilik missiyasını üzərinə götürmək istəyir. Təbii ki, burada İranın bir marağı da ondan ibarətdir ki, Tehran da bölgədə özünü oyunçu olaraq təqdim etmək istəyir. Amma bunun real nəticələr verə biləcəyini gözləmək mümkün deyil. 1992-ci ildə İranın etdiyi vasitəçiliyin acı nəticəsi göz qabağındadır. Və Azərbaycanın da üzdə bu təklifə müsbət yanaşmasına rəğmən, arxa planda Tehrandan fayda gözləmədiyinin fərqindədir. Söhbətləşdi: Elnur Eltürk
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran NPT-dən çıxmağa hazırlaşır
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır