İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
GünAzTv: Gələn ildən etibarən hövzə dövlətləri prezidentləri hər il bir araya gələcəklər.
Eyni zamanda gələn il Rusiyada keçiriləcək sammitdə Xəzərin statusuna dair konvensiyanın imzalanacağı nəzərdə tutulur. Bakı toplantısında iştirak edən prezidentlər son vaxtlar hüquqi statusun müəyyənləşməsi prosesində nəzərə çarpan tərəqqini qoruyub saxlamağın vacib olduğunu bildiriblər. Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Rusiya, Azərbaycan və Qazaxıstan arasında əldə edilmiş razılaşma digər hövzə ölkələri üçün də nümunə olmalıdır.Zirvə görüşündə çıxış edən dövlət başçıları regional əməkdaşlığın inkişaf etdirilməsində Xəzərin statusu probleminin həllinin əhəmiyyətli olduğunu söyləyiblər. İran üçüncü ölkələrin sözügedən məsələlərə müdaxiləsini yolverilməz hesab edir, Rusiya isə bəyan edir ki, hövzə dövlətləri arasında anlaşılmazlığın davam etməsi kənar qüvvələrin gec-tez proseslərə müdaxiləsini şərtləndirə bilər. Rusiya prezidenti Dmitri Medvedev dənizlə bağlı cavabdehliyin məhz hövzə ölkələrinin məsuliyyətində olduğunu bildirib.“ Biz Xəzər regionunda mövcud olan vəziyyətə cavabdehlik məsələsində tam vahid fikirdəyik. Ona görə də Xəzəryanı ölkələrin regional təhlükəsizlik məsələlərində müstəsna hüququnu sənədləşdirəcəyik. Əgər biz hansısa məqamda əməkdaşlığımızı azaltsaq, şübhə etməyin ki, Xəzər regionuna heç bir aidiyyatı olmayan ölkələr, amma öz iqtisadi və siyasi məqsədləri olan ölkələr bu məsələlərlə məşğul olmaq istəyəcəklər”- deyə Dmitri Medvedev qeyd edib.Rusiya prezidentinin fikrincə, Xəzəryanı ölkələr yeni sənədlər qəbul etməlidirlər. Artıq əldə olunmuş razılaşmalar müxtəlif sahələrdə, o cümlədən, regional təhlükəsizliyin təmin olunmasında daha səmərəli əməkdaşlıq üçün yeni formatlar yaratmağa imkan verir. Bunun hüquqi əsası sammit çərçivəsində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlığa dair sazişin imzalanmasıdır. Ümumi anlaşmanın əldə edilməsində İran və Türkmənistanın mövqeyi hələ də problem olaraq qalır. Lakin Rusiya prezidentinin bəyanatı təsadüfi sayılmır və şübhəsiz, rəsmi Tehran onu gələcək siyasətində mütləq nəzərə alacaq. Çünki İran sahilyanı ölkələrdən başqa digər qüvvələrin Xəzərlə bağlı proseslərə müdaxiləsinin əleyhinə ən çox çıxış edən dövlətdir. Prezident Mahmud Əhmədinecad da Bakı sammitində bəyan edib ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair proses 2011-ci ildə başa çatdırılmalıdır. Mahmud Əhmədinecad: “Xəzərin hüquqi statusuna dair müzakirələr davam eitdirilməlidir. İlin sonunadək bu məsələnin həll olunması yaxşı olardı. Xəzəryanı ölkələr mədəniyyət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirməlidi. İqtisadi əməkdaşlıq öz milli pulları əsasında genişləndirməlidir. Coğrafi imkanlardan istifadə olunmalı, bu ölkələr arasında enerci xəttələri çəkilməlidir. Ayrı-ayrı qüvvələrin Xəzər məsələlərinə müdaxilə etməsinə imkan verilməməlidir. Bu ölkələr məsələləri özləri həll etməyə qadirdilər. İran Xəzərdə əməkdaşlığı dəqiqliklə ehtiva edən proqramlarda işləməyə hazırdır.”Status məsələsinin həll edilməmiş qalması iqtisadi əməkdaşlıq üçün də ciddi problemlər yaradır. Xüsusən, enerji ehtiyatlarının Qərbə daşınmasında maraqlı görünən hövzə ölkələri bütün problemlərin aradan qaldırılmasını istəyir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev hesab edir ki, Xəzəryani ölkələr məhsuldar əməkdaşlıq üçün dənizin hüquqi statusu ilə bağlı məsələni tam həll etməlidirlər. Nursultan Nazarbayev: “Xəzərin unikallığı yalnız onun zəngin karbohidrogen ehtiyatları ilə əlaqəli deyil. Min illər ərzində Xəzər dostluq və sabitlik dənizi olub, sahillərində yaşayan xalqları birləşdirib. Xəzəryanı ölkələrin yaxın qonşuluq şəraitində yaşamaq istiqamətində vahid istəyi 2007-ci il oktyabrın 16-da 5 ölkə tərəfindən qəbul edilmiş Bəyannamədə əks olunub.”Nəhayət, Türkmənistan. Hələ sovetlər dövründən rəsmi Aşqabad Xəzərlə bağlı bir sıra qəbulolunmaz şərtlər irəli sürür. Bu tələblər indi də səslənir və onlar daha çox Azərbaycana ünvanlanır. Dənizin bölünməsində Türkmənistan sektoral prinsiplə bağlı qəti fikrini ortaya qoymur. Ancaq bu ölkənin prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzərdə delimitasiya prosesinin beynəlxalq hüquq normaları əsasında həyata keçirilməsinin zəruri olduğunu bildirir və Bakı sammitinin sözügedən problemlərin həllinə təkan verəcəyinə ümid edir. Qurbanqulu Berdıməhəmmədov: “Əminəm ki, bu sammit Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafına təsir göstərəcək. Türkmənistan bu məsələləri tənzimləmək üçün, eləcə də bütün fəaliyyət növlərini reqlament əsasında həll etmək üçün səylərini artıracaq. Xəzərdə fövqəladə vəziyyətin və onların fəsadlarının aradan qaldırıması üçün sənəd imzalamansını təklif edirəm. Həll olunmayan məsələlərə siyasi don geyindirmək lazim deyil. Bu hüquqi məsələdir.” Prezidentlər Xəzər İqtisadi Əməkdaşlıq Təşkilatının yaradılması məsələsinə də toxunublar. Onlar müvafiq qurumlara 3 ay ərzində 24-25 mil məsafədən başlayaraq milli zonaların eni barədə mövqeləri müzakirə edib razılaşdırmaq, müvafiq təklifləri hazırlayaraq dövlət başçılarına təqdim etmək barədə göstəriş veriblər. Politoloqlar hüquqi status ətrafında tam anlaşmanın əldə edilməsinin hələlik mümkün olmadığını desələr də, Bakı görüşü nəticəsində problemin həlli üçün bir çox perspektivlərin açıldığını bildirirlər.Beləliklə, Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri Bakıda keçirilən III zirvə toplantısının yekununda qəbul etdikləri Birgə Bəyannamədə Xəzərin hüququ statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər. Birgə Bəyannamədə deyilir ki, tərəflər sahilyanı ölkələrin Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bəyan edirlər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyirlər. Bu Konvensiya sahilyanı ölkələrin dənizdəki fəaliyyətini tənzimləyəcək baza sənədi olacaq. Prezident İlham Əliyev sənədin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısının fikrincə, Xəzərin statusunun müəyyənləşməməsi regionda münasibətlərə neqativ təsir göstərmir. Prezident bəyan edib ki, sahilyanı ölkələr energetika məsələlərində bir-biri ilə rəqib deyillər. Azərbaycan isə özünün bütün imkanlarını Xəzəryanı ölkələrə təqdim etməyə hazırdır.
“1-ci kanal”ın Analitik Qrupu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır