SON XƏBƏRLƏR

“Traxtur-Şəhrdari” müsabiqəsində birlik fəlsəfəmiz nümayiş olundu – Video Görüntü

2021.10.20, 07:36
“Traxtur-Şəhrdari” müsabiqəsində birlik fəlsəfəmiz nümayiş olundu – Video Görüntü

Gunaz.tv

GünAzTv: Səhənd stadyomunda (stadion) Təbrizin “Traxtur” və “Şəhrdari” komandaları arasında keçirilən müsabiqə millətimizin birlik fəlsəfəsini poza bilmədi.

 

Dünən keçirilən müsabiqədə 7 qol (Traxtur 5 , Şəhrdari 2) vuruldu. Hər qol vurulduqca futbolu tamaşa edən soydaşlarımız “Azərbaycan timləri (taxımları)– Fərq eləməz rəngləri” və “Eybi yox” deyə səsləndilər.

 

Bu isə futbol tərəfdarlarının bu günə qədər səsləndirdikləri şüarların tam şüurlu və milli mənafeimizə yonəldiyinin bariz nümunəsidir.

 

Müsabiqə zamanı digər səslənən şüarlar bunlardan ibarət olub: “Yaşasın Azərbaycan”, “Azərbaycan var olsun – İstəməyən kor olsun”, “Yaşasın Traxtur”, “Yaşasın Şəhrdari”, “Azərbaycan səslənir – Karti bilet istəmir” və ...

 

Baxmayaraq ki, Müsabiqə düşünülmüş şəkildə iş gününə salınmışdır və 2000 nəfərə yaxın tamaşaçı müxtəlif səbəblərdən stadyoma (stadion) buraxılmadı, müsabiqə 8000 nəfər tamaşaçı tərəfindən izlənildi.

 

http://www.4shared.com/account/video/srSDSE7K/SHEHRDARITIRAXTUR_YASHASIN_AZE.html

http://www.4shared.com/video/_9iDWu7f/SHEHRDARITIRAXTUR.html

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar