SON XƏBƏRLƏR

Daha bir Veblaqımızın istifadəsinə qadağa qoyuldu

2021.10.20, 07:36
Daha bir Veblaqımızın istifadəsinə qadağa qoyuldu

Gunaz.tv

GünAzTv: Hazırda İran rejiminin həbsxanasında məhbus həyatı yaşayan Hüseyn Nəsirinin xəbərlərini geniş şəkildə çatdıran verblaqın istifadəsinə qadağa qoyulub.

 

“Hüeyn Nəsirini azad edin” veblaqı bir qrup azərbaycanlı tərəfindən yaradılmışdı. Onun əsas fəaliyyəti adını çəkdiyimiz milli-mədəni fəalın durumu ilə bağlı son məlumatı yaymaqdan ibarət olub.

 

Qeyd edək ki, İran rejiminin Azərbaycan və onun siyasi məhbusları haqqında xəbərləri yayan kütləvi informasiya vasitələrinə təzyiqi yeni başlamayıb. Günümüzə qədər İranın içində nəşr olunan bir çox dərgi və qəzet qapadılıb və onların əməkdaşları müxtəlif formalarda təzyiqlərə məruz qalıb. Son zamanlarda isə Azərbaycanın milli saytlar və veblaqlarının istifadəsinə ardıcıl qadağalar qoyulur.

 

Xatırladaq ki, tanınmış azərbaycanlı mədəni fəal, ətraf mühit tərəfdarı cənab Hüseyn Nəsiri 2010-cu il aprel ayının 2-də (1389-cu il fərvərdin ayının 13-ü) Urmu Gölü Yığıncaq Kampaniyasında tutuqlanıb və günümüzə qədər həbsxanada saxlanılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar