Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
GünAzTv: Tailand hakimiyyəti gözlənilmədən Viktor Butun ekstradisiyası barədə qərar verib, onun arvadı Rusiyanın bütün paxırlarını açmaqla hədələyir.
Tailand hakimiyyəti noyabrın 16-da gözlənilmədən məşhur silah qaçaqmalçısı, 2008-ci ildə ABŞ-ın sorğusu əsasında bu ölkənin paytaxt Banqkoqda həbs edilən Viktor Butun ekstradisiyasına dair qərar verib. PKK və Ermənistanla da əlaqələri olan bu silah baronunun ABŞ-a ekstradisiyası məsələsi uzun müddətdir müzakirə edilirdi. Bütün təhvil verilməsində maraqlı olmayan Rusiya tərəfi Tailand hökumətinə təsir göstərməyə çalışırdı, ABŞ isə onu təhvil almaqda israrlı idi.
Xəbərlərə görə, Tailand hökumətinin Rusiya vətəndaşı olan Butun ekstradisiyasına dair qərarından dərhal sonra o, saxlanıldığı həbsxanadan Bankoqdakı hərbi aerodromlardan birinə aparılıb. Oradan isə təyyarə ilə ABŞ-a aparılıb. “Röyter” agentliyi “Gulfstream” markalı kiçik tutumlu reaktiv təyyarənin Butun arxasınca ABŞ-dan göndərildiyini xəbər verir. Rusiyanın Bankoqdakı səfirliyi isə Butun təhvil verilməsindən ancaq təyyarə havaya qalxandan sonra xəbər tutub. Səfirliyin əməkdaşı bildirib ki, ekstradisiya barədə nə onlara, nə Butun qohumlarına əvvəlcədən heç bir məlumat verilməyib.Xəbərlərə görə, ekstradisiya prosesini 50-dən çox polis zabiti və bir neçə snayper mühafizə edib. Təyyarədə isə silah baronunu ABŞ-ın narkotiklərə nəzarət üzrə Federal Agentliyinin 6 xüsusi agenti müşayiət edib. Butun vəkili bildirib ki, Tailand hökumətinin qəbul etdiyi qərar hüquqi deyil, siyasidir. Belə ki, onun barəsində irəli sürülmüş yeni ittihamlar araşdırılmayıb, həmçinin ABŞ-ın ekstradisiyaya dair ikinci sorğusuna baxılmayıb. Butun arvadı Alla But isə deyib ki, ekstradisiya qərarı ABŞ-ın Tailand hökumətinə təzyiqlərinin nəticəsidir. But Rusiyanı onun ərinin ekstradisiyasına mane olmaq üçün yetərli səylər göstərməməkdə də ittiham edib. O xəbərdarlıq edib ki, Rusiyanın Viktor Butun əliylə həyata keçirdiyi bütün qaranlıq işləri açıqlayacaq. But Nyu-Yorka aparılandan sonra Amerika tərəfi onu vəkillə təmin edib və Rusiya konsulluğunun əməkdaşları ilə görüşə icazə verib. Rusiyanın Nyu-Yorkdakı baş konsulu Andrey Yuşmanov deyib ki, Banqkoqdan uçarkən təyyarədə Buta təzyiq göstərilib və onu sındırmaq cəhdi olub. “Belə görünür ki, təyyarədə onu müşayiət edənlər arasında peşəkar psixoloq da olub. Onu hədələyiblər, işarə ediblər ki, təkcə özü deyil, arvadı və 15 yaşlı uşağı üçün də təhlükə yarana bilər. Eyni zamanda bildiriblər ki, bu təhlükələr birmənalı şəkildə Rusiyadan qaynaqlanır. Butdan tələb ediblər ki, öz fəaliyyəti və əlaqələri barədə daha çox danışsın” deyə, konsul bildirib. Konsulun dediyinə görə, But onunla görüşündə Tailand həbsxanasında pis rəftara məruz qalmasından danışıb.Dünən Nyu-York məhkəməsində Butun işi üzrə ilk proses olub və ona rəsmi ittihamlar elan edilib. Silah baronu dörd maddə üzrə ittiham edilir. Bunlar ABŞ vətəndaşını öldürmək məqsədilə cinayətkar plan qurmaq, dövlət xidmətində olan vəzifəli şəxsləri öldürmək, hava hücumundan müdafiə raketlərini cinayətkar yollarla əldə etmək və satmaq, terrorçu qruplaşmaları silahla təmin etmək. ABŞ tərəfinin ittihamlarına görə Viktor But “Taliban”a silah, o cümlədən zenit raketləri satıb, həmçinin Latın Amerikası ölkələrində silahlı qruplaşmaları təchiz edib. İclasdan əvvəl Nyu-York Manhetten dairə prokuroru Priit Bharara bildirib ki, Butun ortaqlarından biri, erməni əsilli Endryu Smulyan artıq istintaqla əməkdaşlıq edir və ifadə verir. Prokuror ittihamların sübuta yetiriləcəyi halda onların hər ikisini ömürlük həbs cəzasının gözlədiyini deyib. Bharara istintaqın Butun günahını sübuta yetirmək üçün yetərli dəlillər topladığını bildirib. O bildirib ki, ABŞ hüquq-mühafizə orqanları rusiyalı biznesmenin fəaliyyətini hələ 2004-cü ildən izləyirdi. Butun adı Liberiyadan təyyarələrlə narkotiklərin daşınması işində keçirdi: “Bu altı il ərzində istintaqın sərəncamında cənab Butun yaxın ətrafına daxil olan şəxslərlə əlaqələr qurmağa nail olan məxfi agentlərin ifadələri, həmçinin onlarla gizli video-audio yazı, deşifrə edilmiş telefon danışıqları və digər dəlillər toplanıb. Onun işi üzrə təhqiqat dünyanın üç qitəsində aparılıb”.Amerikanın Narkotiklərə Nəzarət üzrə Federal Bürosunun məxfi agentləri tərəfindən Kopenhagendə gizli qeydə alınmış belə söhbətlərdən birində silah baronunun sağ əli hesab edilən Endryu Smulyan deyib ki, Viktor But dünyada kimə istəsə silah göndərməyə qadir olan bir nömrəli adamdır. Həmin söhbətdə Smulyan kim olduğunu bilmədiyi məxfi agentə etiraf edib ki, Butun ləqəbi “ölüm taciri”dir. Məlum olub ki, həbsindən az əvvəl But Kolumbiyadakı terrorçu qruplaşmalardan olan FARC-a 700 “yer-hava” tipli raket, 5 min “Kalaşnikov” avtomatı və on milyonlarla patron satmaq barədə sövdələşmə əldə edib. “Bu silah-sursat az qala bir ölkənin ordusunu silahlandırmağa bəs edər” deyə, prokuror Bharara bildirib.Növbəti məhkəmə prosesi gələn il yanvarın 10-na təyin olunub. Gözlənilir ki, Butun üzərində aparılacaq proses bu silah tacirinin fəaliyyətinə və əlaqələrinə dair sensasion faktları üzə çıxaracaq. Onun Ermənistanla əlaqələrinə dair faktların da məhkəmədə araşdırılması gözlənilir. Amerika tərəfinin apardığı istintaq müəyyən edib ki, But silahları bir sıra Şərqi Avropa ölkələrinin, o cümlədən Ermənistan, Kuba və Nikaraquanın hərbi anbarlarından bu ölkələrin yüksək rütbəli şəxsləri ilə cinayətkar sövdələşmələr nəticəsində əldə edib. Daha sonra silahları dünyanın “qaynar nöqtələri”nə satıb. Butun PKK terror təşkilatını da silahlandırdığına dair faktlar var. Bu silahların bir hissəsinin Ermənistandan əldə edildiyinə dair məlumatlar var. Məsələn, 2007-ci ildə Butun adamları Ermənistandakı hərbi anbarlardan 2 milyon dollarlıq silah-sursatı PKK-ya ötürüblər. Butun silah ticarətinin Azərbaycan üzərindən həyata keçirildiyinə dair məlumatlar da var. Eyni zamanda, onun fəaliyyətinin Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olduğu da şübhə doğurmur. Ehtimallara görə, Rusiya kəşfiyyatı Butdan öz məqsədləri üçün tez-tez istifadə edib.
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır