Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
GünAzTv: Avropa İttifaqı yaxın vaxtlarda bəzi Avropa ölkələrinin üzünə qapılarını açmağa hazırlaşır.
Avropa komissiyası təşkilata üzv olmaq istəyən namizəd ölkələrdəki vəziyyətin təhlil edildiyi məruzəni açıqlayıb. Qeyd edək ki, Türkiyə ilə yanaşı, İslandiya, Makedoniya, Xorvatiya, Albaniya, Bosniya-Hersoqovina, Serbiya və Çernoqoriya da Avropa İttifaqına qəbul olmaq istəyən ölkələr sırasındadır. Brüsseldən gələn son açıqlamalar rəsmi Ankaranın Avropaya inteqrasiya siyasətinə hələ ki, dəstəyin olmadığından xəbər verir. Qərb dövlətləri Türkiyəyə qarşı subyektiv tələblər irəli sürərək ölkədə jurnalistlərə təzyiqlərin davam etdiyi, Kipr probleminin həll olunmadığı bəhanələrini ortaya qoyur. Halbuki məhz həmin Avropa İttifaqı Kipri bölünmüş halda, yəni Kiprin yunan bölümünü öz sıralarına çəkinmədən qəbul edib. Ankarada bu mövqenin ədalətsizliyini və Türkiyənin digər namizəd ölkələrdən üzvlüyə daha çox layiq olduğunu başa düşürlər. Üstəlik, sentyabrın 12-də keçirilən referendum ölkənin Qərbə inteqrasiya yolunda əhəmiyyətli hadisə sayılmalıdır.Avropa Komissiyasının proqnozlarına görə, ittifaqa tez daxil olmağa daha çox şansı olan ölkə 2005-ci ildən bu istiqamətdə danışıqlar aparan Xorvatiyadır. Avropalılar Serbiya prezidenti Boris Tadiçin Xorvatiyadakı peşmanlıq jestini alqışlayaraq onun 90-cı illərin əvvəllərində müharibə zamanı xorvatların öldürülməsinə görə xalq qarşısında üzr istəməsini yüksək qiymətləndiriblər. Avropa İttifaqının kuluarlarında Türkiyənin də eyni addımı 1915-ci il hadisələrinə görə ermənilərə qarşı atmağı məqsədəuyğun sayırlar. Qeyd edək ki, bu, 2009-cu ilin dekabrında Lissabon sazişi qüvvəyə mindikdən sonra Avropa Komissiyasının təşkilatın genişlənməsinə dair açıqladığı ilk hesabatdır. Avropa İttifaqının genişləndirmə və Avropa Qonşuluq Siyasəti məsələləri üzrə komissarı Stefan Fule qeyd edib ki, genişlənmə prosesi üzv ölkələrin maraqlarına uyğundur. Lakin o, Ankaraya qarşı ikili standartların olmadığını bildirir. İrəli sürülən hipotez ondan ibarətdir ki, Türkiyənin Avropa İttifaqının tələblərini yerinə yetirmə tərzi qurumun icraedici hakimiyyətini qane etmir. “Türkiyə islahatları, xüsusilə də konstitusiya sahəsindəki islahatları davam etdirib. Amma danışıqların tempindən razı deyilik. Türkiyə tez bir zamanda kollektiv razılaşma protokoluna uyğun olaraq Avropa İttifaqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməlidir və İttifaqın hazırkı üzvü- Kiprlə münasibətlərin nizama salınmasında irəliləyiş əldə etməlidir.”-deyə Avropa İttifaqının komissarı Stefan Fule qeyd edib. Sözügedən problemlərin yaxın zamanlarda həlli elə də asan olmayacaq. Kiprin yunan bölümü Yunanıstanın təsiri altındadır. 1915-ci il uydurma soyqırımını tanımaq variantı isə ümumiyyətlə, müzakirə olunmur. Avropa İttifaqının həlledici söz sahibləri olan Fransa və Almaniyanın arqumentləri açıqlanmasa da, söhbətin Türkiyənin regionun aparıcı ölkələrindən birinə çevrilməsinin Qərbdə yaratdığı narahatlıqdan getdiyini birmənalı söyləmək olar. Avropa Komissiyasının hesabatına münasibət bildirən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bəyanatı da deyilənləri təsdiq edir.Türkiyə cəmiyyətində ölkənin Avropa İttifaqına qəbul olunmadan da keçinə biləcəyi fikri hakimdir. Bəzi dairələr hələ də 301-ci düzəlişin və 12 sentyabr referendumuna əsasən, Konstitusiyada edilmiş dəyişikliklərin əleyhinə çıxış edir. Onların fikrincə, bu dəyişikliklər Türkiyəni gələcəkdə Avropadan asılı vəziyyətə sala bilər. Avrointeqrasiya siyasətinin Qərbin biganə münasibəti ucbatından baş tutmayacağını deyən siyasi qüvvələr İran, Suriya, Rusiya, Orta Asiya ölkələri istiqamətində fəallığı gücləndirməyə çağırışlar etməyə başlayıblar. Bununla belə, rəsmi Ankara əsas söz sahibinə çevrildiyi beynəlxalq təşkilatlarda da aktivlik göstərməkdə israrlı olduğunu bəyan edir. Türkiyə hazırda BMT Təhlükəsizlik Şurasının sədridir. Artıq Avropa Şurasının Nazirlər Komitəsində də qardaş ölkənin sədrliyi başlayır. Şübhəsiz, Türkiyənin sözügedən təşkilata rəhbərliyi dondurulmuş münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin geniş müzakirəsinə səbəb olacaq. Lakin əsas diqqət yenə də avrointeqrasiya siyasətinə yönələcək. Türkiyənin nəinki region, eləcə də dünya üçün rolu, dəyəri sürətlə artır. Ankaranın İranın nüvə proqramı, Qafqazda sabitlik, Sürix protokolları kimi məsələlərdə təşəbbüskarlığı onun strateji liderliyini möhkəmləndirir. Yeri gəlmişkən, Türkiyə öz ərazisində ABŞ-ın raketdən müdafiə sistemi yerləşdirməsinə də razılıq verə bilər. Seulda keçirilən «Böyük 20-lər»in zirvə görüşü çərçivəsində bir araya gələn ABŞ prezidenti Barak Obama və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bir daha sözügedən məsələnin detallarını nəzərdən keçirdilər. Mətbuata açıqlamasında Ərdoğan raket sistemi ilə bağlı son durumun nədən ibarət olduğuna aydınlıq gətirib.Bu məsələ, əlbəttə ki, ABŞ-ın marağında olduğu halda İran tərəfindən müsbət qarşılana bilməz. Ona görə də Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirir ki, Türkiyə hava hücumundan müdafiə sistemi ilə bağlı son qərarı bəzi məqamlar dəqiqləşəndən sonra qəbul edəcək. Onun fikrincə, NATO-nun “raket sipəri” adlandırılan layihəsi müəyyən bir ölkəyə yönələrək yaradılmamalılıdır. Ankara sözügedən sistemlə bağlı 3 şərt irəli sürür: sistem Birləşmiş Ştatların yox, NATO-nun müdafiə sistemi olmalı, Türkiyənin bütün ərazisini və bütün NATO üzvlərini əhatə etməli və Ankaranı Rusiya, İran, Suriya kimi ölkələrlə üz-üzə qoyacaq, soyuq müharibə dövründəki kimi vəziyyətə salacaq formula əsaslanmamalıdır. Çox güman ki, bu məsələdə ABŞ və Avropa ölkələri arasında mövcud fikir ayrılıqları da Türkiyənin Avropa İttifaqına qəbulu prosesinə təsirini göstərəcək. Buna baxmayaraq, Türkiyənin rəsmi dairələri inteqrasiya siyasətinin gec-tez gerçəkləşəcəyi qənaətindədir. NATO-nun yaxın zamanlarda keçiriləcək zirvə görüşü isə bu istiqamətdə olan bəzi anlaşılmazlıqların aradan qalxmasına təkan verə bilər.
“1-ci kanal”ın Analitik Qrupu
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır