Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
Xanada avtobus aşdı- Ölən və yaralananlar var
GünAzTv: İslam Respublikası rəhbərliyi ölkə vətəndaşarına ikili yanaşır. Ölkə Ana Yasasına əsasən dini azlıqların haqqı qorunmalıdır. Ancaq Tehran hakimiyyəti zərdüştləri, bəhailəri davamlı olaraq, basqı altında saxladığı halda erməniləri «göz bəbəyi» kimi qorumaqdadır.
Yeri gəlmişkən, qeyd edək ki, son bir neçə ayda bəhailərə qarşı basqılar yenə artıb. Tehran məhkəməsi gənc bəhai Ləva Xancaniyə 2 il iş kəsib. Məhkəmə Ləva Xancanini «bəhai dininə mənsub olmaqda və sistemə qarşı təbliğatda» təqsirli bilib.
Ləva Xancani İranın hazırda zindanda saxlanan bəhai icmasının 6 rəhbərindən biri olan, 10 illik həbsə məhkum edilən Cəmaləddin Xancaninin nəvəsidir. ETTELAAT Ləva Xancanini 2009-cu ilin yanvarında tutmuşdu. O, iki ay həbsdə saxlandıqdan sonra mülk girovu qarşılığında azadlığa buraxılmışdı.
Məşhəd şəhərində isə 5 illik həbsə məhkum edilən bəhailər Cəlayer Vəhdət və Sima Eşraqi Məşhədin Vəkilabad zindanına salınıb.
Cəlayer Vəhdət və Sima Eşraqi iki ay zindandakı təkadamlıq kameralarda saxlandıqdan sonra hər biri 150 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdı.
Məşhəd məhkəməsi hər iki bəhaini «dövlət quruluşuna qarşı təbliğatda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və müqəddəsləri təhqir etməkdə» günahlandırıb.
Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə, hazırda İranda 300 min bəhai yaşasa da, bəhai dini İran Konstitusiyasında rəsmi bir din kimi tanınmır. İran İslam Respublikası bərqərar edildikdən bu günə qədər İranda 200-dən çox bəhai edam edilib.
Zərdüştilərə qarşıda oxşar münasibət mövcuddur. Onlar hakimiyyət təmsil oluna bilmir, dini mənsubiyyətinə görə, təqibə məruz qalırlar.
«Panorama.am»-ın məlumatına əsasən, İsfahanın erməni yepiskopu Babken Çaryan isə İslam Respublikasında ermənilərə sağı ilə yanaşıldığından danışıb. Onun sözlərinə görə, İranda rəsmi qeydiyyatda olan dinlər ölkəni ali rəhbəri, hökumət üzvləri və başqa məmurlarının diqqət mərkəzindədir, eləcə də onlar ölkədəki «erməni məktəblərinə qayğı ilə yanaşırlar».
İslam Resupblikası ilə Erməistan arasında turizm sahəsində də inkişafın olduğu barədə tərəflər bəyan verirlər.
«Panarmenian»-nın məlumatına görə, Emənistanın İqtisadiyyat Nazirliyi turizm və bölgələrin iqtisadi inkişafı idarəsinin rəisi ərazi Mehak Apresyan keçirdiyi mətbuat konfransında bildirib ki, 2030-cu ilədək ildə indiki 600 min nəfərə qarşı 3 milyon turistin ölkəyə gəlməsini planlaşıdırırlar.
«Biz bu nəticəyə daha tez nail olacağıq. Fikrimcə, biz yaxın gələcəkdə böhrana qədər ki nəticəni əldə edəcəyik. «Tatayevin qanadı» layihəsi çərçivəsində İrandan və başqa dövlətlərdən gələcək turistlərin artacağını gözləyirik»-deyə, erməni rəis söyləyib.
Onun sözlərinə görə, son 2-3 ildə İslam Respublikasından Ermənistana gələn turistlərin sayı artıb : «Cari ilin yanvar-sentyabr aylarında 80 min nəfər olub. Ötən ilin uyğun dövründə isə bu rəqəm 40 min təşkil edib».
İdarə rəisi bildirib ki, turistlər arasında keçirilmiş sorğuya əsasən onların hər biri Ermənistanda 700-800 dollar gərcləyir.
İslam Respublikası rəhbərliyinin ermənilərə bu qayğısının nəticəsində onlar özlərini fars şovnistlərinin siyasi –ideologiyasının təbliğatçısı kimi aparır, Azərbaycan türklərini təhqir edirlər.
Noyabrın 17-də Təbrizdə ermənilər Azərbaycan türklərini qarşı aşağılayıcı ifadələ deyiblər.
GünAzTV-nin məlumatına əsasən, Milli Sərdar Səttarxanın şəhid olduğu tarixin 96-cı ildönümü ilə bağlı Təbrizin Şahnaz xiyabanında keçirilən yığıncaqda soydaşlarımızla ermənilər arasında yaranan söz atışması kütləvi nümayişə səbəb olub. Nümayişdə yüzlərlə yerli sakin iştirak edib.
Yerli müşahidəçilərin dediyinə görə, bir neçə erməni oğlan və qız mərasim iştirakçısı olan azərbaycanlı gənclərə yaxınlaşıb və təhqiramiz ifadə işlədiblər. Onların arasında yaranan mübahisəyə qoşulan başqa ermənilər söyüş yamanla cavab verib və türk millətini alçadan sözlər dilə gətiriblər. Onlar “Siz eşşək türklərsiz”, “Nə yaxşı ki erməni daşnakları sizin qadınlarınıza Qarabağda təcavüz etdilər” və s.kimi sözləri deməkdən belə çəkinməyiblər.
Ermənilərin təhqiredici söyüş-yamanları xiyabandan keçən digər soydaşlarımızın da diqqətini çəkib və bir neçə dəqiqədə 1000 nəfərlik iştirakçıdan oluşan aksiya baş tutub.
Soydaşlarımız ermənilərə cavab olaraq milli məzmunlu şüarlar səsləndiriblər:
«Erməni daşnakları - türklərin düşmənı!», «Ya Qarabağ, ya ölüm!», «Haray, Haray mən türkəm!», «Yaşasın Azərbaycan!», «Məhv olsun Ermənistan!» və s.
Şüarlar səsləndirildikdən sonra İran Təhlükəsizlik Qüvvələri hadisə yerinə gəlib və erməniləri aradan çıxardaraq çəvrədən olan etirazçıları da dağıdıblar. Onlar hadisə yerini saatlarla mühasirədə saxlayıblar.
Yerevanın Tehrandakı səfirliyi bu olayı təkzib etsə də şahidlər bunu da «erməni hiyləsi» adlandırıblar.
Atalar sözüdür: «Axsaq atın kor nalbəndi olar». Bu baxımdan İslam Respublikasının rəsmiləri belə məsələlərdə ermənilərdən heç də geri qalmır.
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad Xəzəryanı dövlətlərin başçılarının zirvə toplantısında iştirak etmək Azərbaycan Respublikasına səfər etmişdi. Ancaq onun Bakıdakı Azərbaycan Respublikası ilə bağlı çıxışı erməni rəsmiləri ilə görüşü zamanı verdiyi bəyanatlardan heç nə ilə fərqlənmirdi. Ötən ay Ermənistanın baş naziri ilə Tehrandakı görüşündə söylədiyi «Ermənistanın tərəqqisi İranın tərəqqisidir» fikri, paytaxtımızda dediklərinə çox oxşayır. Bu baxımdan İslam Respublikası rəhbərliyinin bu sayaq davranışı saxta görürünür.Mətbuat konfransında isə o, Ermənistan-İran əlaqələrindən danışmaqdan yayınıb.
İranın çoxmillətli dövlət olması ölkə rəsmiləri tərəfindəndə etriaf edilməkdədir. Məlumatlara əsasən İslam Respublikasının əhalisi 73 milyondan çoxdur. Əhalinin yarısı, 35 milyonu Azərbaycan türküdür. Ölkədə 100 minə qədər erməni yaşayır. Ana dilində təhsil istəyən Azərbaycan türklərini Tehran hakimiyyəti «pantürkçülük»də və başqa bu sayaq qondarma itthamlarla suçlayıb, həbs edir. Bu azmış kimi zindanda onları işgəncəyə məruz qoyur.
Tehran milli haqlarını təmin ilə bağlı Azərbaycan türklərinin irəli sürdüyü tələblərə məhəl qoymadığı halda ermənilərdən türklərə qarşı istifadə edir. Hər ilin aprelində ermənilərin Tehranda, İsfahanda türklərə qarşı keçiridiyi yürüş və mitinqlər buna bariz nümunələrdəndir.
Bir müddə öncə, «Azadlıq» radiosunun müxbiri Tehran ermənilərinin İran parlamentindəki nümayəndəsi Georg Vartanla müsahibə götürmüqşüdü.
Xatırladaq ki, İran Ana yasasının 64-cü maddəsinə uyğun olaraq, İranın Cənub və Şimalında yaşayan erməni xaçpərəstləri iki depuptatla təmsil olunurlar.
G.Vartan deyib ki, İranda yaşayan ermənilər uşaq bağçasından, universitetədək ermənidilində təhsil alır və universitetdə «erməni dili» fakültəsində təhsilini davam etdirə bilirlər. İran Ana yasasının 15 və 19-cu maddələrinə əsasən İrandakı bütün etnik qruplar anadilində təhsil ala bilər, «İran ermənilərinin bunula bağlı vətəndaş haqları təmin olunurumu»-sualın cavablandıran, erməni deputat deyib ki, bu baxımdan onların heç bir problemi yoxdur : «Parlamentdə iki nümayəndə ilə təmsil olunuruq. Özümüzə məxsus məktəblərimiz var. Məsələn Tehranda sırf ermənilər üçün 23 məktəbimiz, ermənilərin yaşadığı bütün bölgələrdə kilsələrimiz fəaliyyət göstərir. Öz mədəniyyətimiz və adət –ənələrimizi sərbəst şəkildə həyata keçiririk. Ümumiyyətlə, insan haqları və vətəndaş hüquqları baxımından problemimiz yoxdur. Bizim övladlarımız uşaq bağçasından universitetədək erməni dilində təhsil alır.Məktəblərdə uşaqlarımız erməni ədəbiyyat, tarixi ilə tanış olur. Universitetdə isə erməni dili fakültəsində təhsillərini davam etdirirlər».
Tarixdən söz düşmüş. İrandakı ermənilərə də Ermənistandakı tarix dərsliyi tədris olunur. Həmin kitablarda ermənilərin Azərbaycana torpaq iddiası öz əksini tapıb. Azərbaycan türklərinin milli varlığını inkar edən Tehran hakimiyyəti İslam Respublikasında yaşanya ermənilərə Ermənistanda yazılan qondarma tarixin öyrədilməsinə hər cür şərait yaradılarlar.
«İranda nə qədər erməni var və əsasən hansı şəhərlərdə yaşayırlar»-soruşan jurnalistə erməni depupatat bunları bunları söyləmişdi : «Sonuncu statiktikaya əsasən, İranda 100 mindən çox erməni yaşayır. Əsasən, Tehran, Şahinşəhr, Kirman, Təbriz, Urmiya və başqa şəhərlərdə məskunlaşıblar».
Təhsildən başqa sosial imkanlarından danışan G.Vartan deyib: «Hazırda «Ararat» adına İranın ən böyük idman komplekslərindən biri ermənilərə məxsusdur. Bundan əlavə Tehranda 30 assosiasiya, təşkilat və başqa ictimai birliklərimiz fəaliyyət göstərir. Biz hər il 24 apreldə (qondarma soyqırımı nəzərdər tutur-S.S.) Tehran və İsfahanda hakimiyyətin rəsmi icazə ilə aksiyalar keçiririk. Əlbəttə, son iki ildə hakimiyyət aprelin 24-də Tehranda aksiya keçirməyə icazə vermir, ancaq İsfahanda bunun üçün icazə verilir. Hər halda biz Tehranda bu gunlə bağlı xüsusi tədbirlər keçiririk».
Beləliklə, ana dilində bir ibtidai sinfi olmayan 35 milyonluq Azərbaycan türkü Tehran hakimiyyətinin yadına yalnız çeşidli siyasi kampaniyalarda və «Vətən İran uğrunda» ölmək lazım olanda yada düşür. Əhmədinejadın prezident seçkisi qabağı kampaniya zamanı yerlərdlki universitetlərdə Azərbaycan rükcəsində fakültətiv dərslərin keçirilə biləcyi haqda verdiyi vədlər hara, 100 minlik erməninin milli-mədəni haqlarının təmin olunması, onların məktəblərinə qayğı hara?
Söz ardı…
İranda fars şovnistlərinin, elə sonuncu olay zamanı ermənilərin türklərə qarşı aşağılayıcı sözləri adi Azərbaycan türklərinə, yaxud ümumilikdə türklərə deyil, İslam Respublikası hakimiyyətində təmsil olunan, ona başçılıq edən, Ermənistanla hər tərəfli əlaqələrin qurulmasına üstünlük verən, onlarla ticarət əlaqəsi quran, mövcud rejimə canı –dillə qulluq edən yalnız soy türk olanlara aiddir. Çünki belərinin dünyanı və milləti başla deyil, qarınla anlaması ucbatından bir ovuc erməni qədim türk torpaqlarında at oynadır, hakimiyyətdə təmsil olunan türkləri isə Təbrizdə təhqir edərək, onlara «türkə xər» deməkdən çəkinmirlər…
Sədrəddin Soltan
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır