SON XƏBƏRLƏR

Bu gün NATO-nun Lissabon zirvәsi öz işinә başlayır

2021.10.20, 07:36
Bu gün NATO-nun Lissabon zirvәsi öz işinә başlayır

Gunaz.tv

GünAzTv: Türkiyә rəsmilərinin də üst düzeydə qatıldığı Zirvә toplantısının gündәmindәki әn önәmli maddәlәrdәn biri raketdәn müdafiә sistemidir.

Türkiyәni dövlәt başçısı Abdulla Gül, xarici işlәr naziri Әhmәd Davudoğlu vә milli müdafiә naziri Vәcdi Könülü müşayiәt edәn bir heyәtin tәmsil edәcәyi sammitdә ittifaqın qarşıdakı 10-15 ilini formalaşdıracaq yeni strateji sәnәdin tәsdiq edilәcәyi gözlәnir.

Zirvә toplantısının gündәmindәki әn önәmli maddәlәrdәn biri raketdәn müdafiә sistemidir.

Raketdәn müdafiә sisteminә dair toplantıda qәbul edilәcәk qәrarda, Türkiyәnin heç bir ölkәnin tәhdid olaraq göstәrilmәmәsi, Nato üzvlәrinin vә әrazilәrinin eyni tәhlükәsizlik çәrçivәsinә daxil edilmәsi tәlәblәrinin yerinә yetirilmәsi gözlәnilir.

Natonun baş katibi Anders Fogh Rasmussen dә 30-dan çox ölkәnin Avropa vә Atlantik bölgәsindәki hәdәflәri vura bilәcәk raket texnoloqiyasına malik olduğunu xatırladaraq, ittifaqın bütün bu tәhdidlәrә cavabdәh ola bilәcәk tәdbirlәr görmәyi planlaşdırdığını vurğulayıb.

Nato ilә Avropa Birliyi arasındakı әmәkdaşlığın inkişafı mәsәlәsi dә müzakirә olunacaq zirvә toplantısında Әfqanıstanda Natonun oynayacağı yeni rolun da müәyyәn edilәcәyi gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar