SON XƏBƏRLƏR

İslam Respublikasında qadın siyasi məhbusların sayı artır

2021.10.20, 07:36
İslam Respublikasında qadın siyasi məhbusların sayı artır

Gunaz.tv

GünAzTv: “Kələmə” saytının verdiyi məlumata əsasən İran yetkililəri siyasi qadın məhbuslar üçün həbsxanada yeni bir xüsusi “siyasi qadın bölməsi” yaratmaq niyyətindədirlər.

Hazırda da İran həbsxanalarında qadın siyasi məhbusları digər məhbuslardan ayıraraq bağlı bir salonda saxlayırlar. Amma, bu dəfə söhbət artıq yeni bir sistemin qurulmasından gedir.

İranda 1980-ci illərdə siyasi qadın məhbus çox olduğundan yetkililər onlar üçün ayrıca bölmə yaratmış və siyasi qadın məhbusları bu bölmələrdə saxlayırdılar. Amma son zamanlar siyasi qadın məhbusların sayı azaldığından onlar üçün xüsusi bölmə mövcud deyildi. Tək- tək hallarda siyasi qadın dustaqları digər bölmələrdə yerləşdirirdilər. Amma son zamanlar qadınların siyasətdə fəallaşması və siyasi fəaliyyətinə görə həbs olunma hallarının artması nəticəsində onları saxlamaq üçün ayrıca bölmənin vacibliyi ortaya çıxır.

Qeyd edək ki, təkcə Tehranın Evin həbsxanasında 20-yə yaxın siyasi qadın həbs edilib. Bu qadınlar birlikdə 70 ildən artıq həbs cəzasına məhkum olublar. Bundan əlavə son prezident seçkilərindən sonra bir çox qadın həbsə məhkum olsa da hələ zindanlara çağrılmayıb. Onlar da öz cəzalarını çəkməyi gözləyirlər. Onlardan bir çoxu eyni zamanda Apellyasiya məhkəməsinin qərarını gözləyir. Bunları nəzərə alsaq gələn aylarda qadın siyasi məhbusların artması gözlənilir.

Siyasi qadınlara ayrıca bölmənin yaranması bir tərəfdən qadın siyasi məhbuslarar üçün müsbət adım kmi görünsə də bu məsələ özü-özlüyündə İran dəyərlərinə xas olmayan hal kimi qiymətləndirilir. Qadınların həbsə alınması və onları yalnız siyasi düşüncələrinə görə cəzalandırmaq İran cəmiyyətində inqilabdan sonrakı ilk illəri xatırladır. O illərdə bir çox siyasi qadın həbsxanalarda ağır işkəncələrə məruz qalır və uzun müddətli həbslər çəkmişdilər. Onların bir qismi edam olundu, digərləri də həbsdən azad olunduğdan sonra xarici ölkələrə qaçmaq məcburiyyətində qaldı.

Yeni bölmənin yaranması həm də qadln məhbusları nəzarətdə saxlamaq və digər məhbuslara siyasi təsir etmənin qarşısını almaq məqsədi daşıyır. Bütün hallarda isə bu fakt İranda siyasi məhbusların günü-gündən artmasının bariz sübutudur. Araztm

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar