SON XƏBƏRLƏR

Nə üçün “Traxtur” və “Şəhrdari” komandalarının müsabiqələri iş günlərinə salınır?!

2021.10.20, 07:36
Nə üçün “Traxtur” və “Şəhrdari” komandalarının müsabiqələri iş günlərinə salınır?!

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan gənclərini tez-tez bir araya gətirən “Traxtur” və “Şəhrdari” futbol komandalarının müsabiqələri, İran rəsmilərini ciddi düşündürür.

 

Rejim, Təbriz komandalarına qarşı müxtəlif formalarda təzyiq göstərib. Zama-zaman hakimlər səviyyəsində, sonra dövlət telekanalından yayılan təhqiramiz şüarlardan tutmuş hər iki komandanı dəfələrlə tamaşaçısız müsabiqə keçirməyə məhkum etməklə azərbaycanlıların bir araya gəlməsini əngəlləməyə çalışıb.

 

İndi isə tamaşaçıların sayını aşağı salmaq məqsədi ilə Təbrizdə keçirilməli olan adını çəkdiyimiz iki komandanın müsabiqələri iş günlərinə salınır. Rejim bununla tamaşaçıların sayını azaldıb və müsabiqələrdəki milli ruh və həyəcanı azaldmağa çalışır. Ancaq tamaşaçıların sayı ilə bağlı müəyyən qədər uğur əldə etsələrdə stadyomdakı (stadion) milli ab-hava heçdə azalmayıb.

 

“Traxtur” tərəfdarlarının ardıcıl tələblərinə baxmayaraq hələki Futbol Federasiyasi öz mövqeində israrlıdır.

 

Qeyd edək ki, İranda bütün işlər və bütün idarələr ETTELAATın (İran Kəşfiyyat Nazirliyi) göstərişi ilə fəaliyyət edir. ETTELAATın İran idarələrində olan nüfuz və təzyiqi artıq bütün dünyaya bəllidir. Futbol Federasiyasının bu əməli də məhz ETTELAAT amili ilə izah oluna bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar