SON XƏBƏRLƏR

Bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

2021.10.20, 07:36
Bu gün Bakıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti keçiriləcək

Gunaz.tv

GünAzTv: Görüşdə Xəzər dənizinin yeni hüquqi statusunun müəyyənləşdirilməsi, ekologiya, o cümlədən, transxəzər boru kəmərlərinin çəkilməsi, eləcə də iqtisadi əməkdaşlıq məsələləri müzakirə ediləcək.

 

Bunu Rusiya prezidentinin köməkçisi Sergey Prixodko deyib. Onun sözlərinə görə, “Xəzər beşliyi”nin bu günkü görüşü regional əməşdaşlıqda əsas məsələlərlə bağlı danışıqlara əhəmiyyətli impuls verməlidir.

 

Bu, ilk növbədə Xəzərin yeni hüquqi statusu, eləcə də neft-qaz yataqlarının işlənməsi və karbohidrogen ehtiyatlarının nəqli, maliyyə və sərmayə, ticarət, nəqliyyat, bioresurslardan istifadə, ətraf mühitin mühafizəsi kimi sahələrdə daha sıx əməkdaşlıq məsələlərinə aiddir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar