SON XƏBƏRLƏR

Qulam Nəcəfi azadlığa buraxılıb

2021.10.20, 07:36
Qulam Nəcəfi azadlığa buraxılıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı milli-mədəni fəal cənab Qulam Nəcəfi Təbriz zindanından mülki vəsiqə qarşılığında şərti olaraq azadlığa buraxılıb.

 

Azərbaycanlı fəal oktyabr ayının 23-də (Aban ayının 1-i) İnqilab Məhkəməsinə çağrılaraq məhkəmə hökmünün icrası üçün zindana yollanılmışdı. O zindanda qaldığı müddətdə təknəfərlik kamerada saxlanılıb və işgəncə edilib.

 

Adını çəkdiyimiz milli-mədəni fəal Azərbaycanın 2006-cı il may hadisələrinə (xurdad hadisələri) nəzər salan dərgini nəşr edib-yaymaq vasitəsi ilə sistemin əleyhinə fəaliyyətdə günahlandırılıb.

 

Nəcəfi qeyd etdiyimiz ittihama görə, Təbriz İnqilab Məhkəməsi tərəfindən  3 ay həbs və 9 ay şərti həbs cəzasına məhkum edilib.

 

Xatırladaq ki, Qulam Nəcəfi 2008-ci il iyul ayının 5-də (1387-ci il tir ayının 15-i) Təbrizdə yerləşən öz mağazasında yaxalanıb və ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinə aparılmışdı.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar