İranda qaz çatışmazlığına görə elektrik kəsintiləri artacaq
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından 6 il ötür
Ukrayna MN: Ukrayna Rusiyanın neft emalı gücünün 51 faizini vurub
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi
İranın neft naziri istefa verdi
ABŞ bu vaxta kimi hərbi münaqişəyə girməyəcək - Brucerdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
“Koroğlu” Tehranda səhnəyə çıxır! (Video)
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
İranda Göhərdəşt həbsxanasının qüllələrindən biri belə söküldü (Video)
Ermənistan XİN rəhbəri rəsmi səfərlə İrana gedib
İraq və Türkiyə uzunmüddətli neft-qaz razılaşması üçün danışıqlar aparır
İranda zəruri dərmanların çatışmazlığı ilə bağlı həkimlərdən xəbərdarlıq
Flydubai pilotunun İranla mümkün əlaqəsi araşdırılır (ٰVideo)
Güneyli həkim Həmid Qarahəsənlunun həbsxanada vəziyyəti ağırlaşıb
Qum və Kərəcdə tufan və sel: ölən və yaralananlar var
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
Urmiyə gölündə suyun həcmi yenidən azalıb; 15 gündə 150 milyon kubmetr
“Wall Street Journal”: Tramp İrana yeni hücuma hazırlaşır
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Türkiyədə İŞİD-ə qarşı əməliyyatlarda 51 nəfər tutulub
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Ələmülhoda: Danışıqlar aparan nümayəndələrə danışıqlar aparmağa icazə verilməmişdi
İran parlamentinin deputatı: BƏƏ-ni işğal etməliyik!
Kirmanda daha 31 etirazçı həbs edildi
Qərbi Azərbaycanda məhkəmə qarşısında atışma olub, ölən və yaralananlar var
İran borca görə bu qədər insan həbsdədir
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb
Ərəbistan böyük əməliyyata başlaya bilər
İranda dollar kəskin şəkildə bahalaşdı
G7 ölkələri Hörmüzlə bağlı bu təklifi irəli sürdü
İranda daha bir etirazçı edam edildi
Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq
İsfahanda bir ailənin dörd üzvü öldürüldü
Azərbaycanın üç şəhərində beş məhbus edam edilib
Bu gün Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür
Oman sahillərində neft tankerinə naməlum mərmi ilə zərbə endirilib
Tramp: İranın işləri yaxşı getmir
Ağ Evdə İranla bağlı gizli görüş keçirilib- Media
XİN: Azərbaycan türk dünyasının birliyinin möhkəmləndirilməsi, ortaq gələcəyin daha da gücləndirilməsinə sadiqdir
GünAzTv Mətbuat Mərkəzinin növbəti müsahibi Avropada fəaliyyət göstərən "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, tanınmış diasporçu Elman Mustafazadədir.
- Bu gün nə etməliyik ki, xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu güclü olsun?
- Bu sual maraqlı olduğu qədər də, və dünyanın hər bir yerində yaşayan soydaşlarımızı ciddi şəkildə düşündürür. Bu gün elə ölkələr var ki, onlara diaspor fəaliyyəti lazım deyil. Məsələn, Qazaxıstan, Özbəkistan, Türkmənistan və s. kimi ölkələrə diaspor fəaliyyəti o qədər də önəm kəsb etmir. Ancaq, Azərbaycan elə bir çoğrafi məkanda yerləşir ki, biz istəsəkdə, istəməsəkdə bizə mütləq güclü diaspor, lobbi fəaliyyəti lazımdır.
Amma, biz bu məsələdə səmimi olmalıyıq. Hər bir Azərbaycan vətəndaşı, bununla bərabər dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız özlərini ictimai diplomat kimi aparmalıdırlar. Hər bir atdıqları addımları ciddi götür qoy etməli, vətənin, millətin adına ləkə gətirəcək heç bir düşünülməmiş hərəkətə yol verməməli, vətən, millət anlayışı onların qarşısında duran ən ali məqsəd olmalıdır. Eyni zamanda diaspor quruculuğu strateji səviyyədə inkişaf etməlidir.
- Konkret olaraq bu məsələ ilə, bağlı hansı təklifləriniz var?
- İlk öncə onu deyim ki, molla harayla, qışqırmaqla, hay- küy salmaqla heçə nəyə nail ola bilməyəcəyik. Fəal, savadlı, tarixi, eləcə də avropa dillərini bilən gənclərimizin potensialından yararlanmalıyıq. Yalnız bu yolla məqsədlərimizə nail ola bilərik. Çox uzağa getməyək. Mən, hər sahədə bizə açıq və gizli düsmənçilik fəaliyyəti göstərən erməni diasporunun hansı yollarla məqsədlərinə çatdıqlarını göstərmək istərdim. Erməni diaspor yoxsulluğ içində batan Ermənistanı ayaq üstə saxlayır. Separtçı Dağlıq Qarabağ rejiminə külli miqdarda yardım edirlər. Bunlarda hərə öz üzərinə götürdüyü və bacardığı işdən yapışırlar. Bizdə isə heç bir iş görməyib, liderlik azarından xilas ola bilmirik...
Dostumuz olan yəhudi lobbisinin fəaliyyətini göstərmək olar və onlardan çox şey öyrənə bilərik. Eyni zamanda yunan lobbisini nümunə göstərmək olar. Bu misalların sayını artırmaq olar.
Biz avropada təhsil alan gənclərimizin potensialından yararlanmalıyıq. Bu gün onlar dərsdən sonra oz maddi təlabatlarınə təmin etmək üçün başqa işlərdə çalışırlar. Ancaq biz onlara ayda müəyyən qədər maaş verməklə diaspor mərkəzlərimizdə işlə təmin edə bilərik. Sizi inandırıram bu gün onlar elə iş ortaya qoyarlar ki, bizim diplomatlarımız onlar kimi çalışa bilməzlər. Savadlı, intellektual gəncliyin potensialından yararlana bilməsək istədiyimiz diapor strategiyasını həyata keçirə bilməyəcəyik.
İndidən diaspor fəaliyyəti ilə bağlı konkret olaraq 5 ilin, 10 ilin fəaliyyət strategiyası ortaya qoyulmaldır. 20 Yanvar, Xocalı faciəsinin il dönümünü gözləməməliyik. Hər gün, hər saat iş getməlidir. Tarixi günlərimizdən tutmuş milli mətbəxəmizin təbliğinə qədər sistemli iş aparılmalıdır. Ermənilər yalançı tarixilər ilə bağlı bir neçə dildə kitab çap etdirirlər. Biz də Azərbaycan haqqında geniş məlumatları özündə daşıyan kitab çap etdirib, avropa insanına göstərməliyik ki, Azərbaycan türkləri islam dünyasının ən qabaqcıl, müasir düşüncəli, demokratik insanlarıdır.
- Avropada Azərbaycana maraq varmı?
- Əlbəttə var. Onlar ölkəmiz haqqında kifayyət qədər məlumatlara malikdirlər. Sizə adi bir fakt deyim. Şəxsi ünsiyyət zamanı onlarda ölkəmizə qarşı ciddi maraq oyanır. Azərbaycana gəlib buraları ziyarət etmək istəyirlər. Təkcə, Qurban Səidin “Əli və Nino” romanı Hollandiyada bir neçə dəfə çap olunub. Onu da bildirim ki, bu əsəri qərbi avropalılar çox maraqla qarşılayırlar və sevə-sevə oxuyurlar. Bu, kitab bu gündə Azərbaycanın tanınmasında mühüm rol oynayır.
-Azərbaycan prezidenti Dünya Azərbaycanlıların qurultayında, müxtəlif toplantılarda diaspor qurumlarımıza hücum strategiyasına keçməyi bildirir. Sizcə, diaspor qurumlarımız hücum strategiyasına keçiblərmi?
- Təəssüf ki, bu suala mənfi cavab verəcəm. Hələlik biz bunu görmürük. Azərbaycan diasporu pərakəndə şəkildə fəaliyyət göstərir. Gərək, diplomatik korpuslarımızla bərabər diaspor qurumlarımızı da birgə fəaliyyət göstərməlidirlər. Bunlar paralel olmalıdır. Bir nəfərin təlimatı ilə diaspor fəaliyyəti qurmaq olmaz. Gözləmək lazım deyil ki, kimsə deyəndən sonra işə keçək. Hər bir Azərbaycan insanı vətən qarşısında məsuliyyət daşıdığını hiss etməlidir.
- Onda belə çıxır ki, diplomatik korpuslarımız diaspor təşkilatlarımızın təşkilatlanmasında fəallıq göstərmirlər?
-Tam elə də demək olmaz. Bu gün vətənpərvər diplomatlarımız var ki, fəallıq göstərirlər. Ancaq, elələri var ki, onlara diaspor işi maraqlı deyil. Ya da heç həvəs göstərmirlər. Bəziləri günlərini sayırlar. Mən bu cür passiv, əlini ağdan qaraya vurmayıb, yalnız şoumenliklə məşğul olan diplomatları həmişə bütün görüşlərdə tənqid edirəm və onların bu cür hərəkətlərini erməniyə xidmət kimi də adlandırmışam. Lakin tənqiddən nəticə çixaranlar çox azdır. Səfirliklərimizlə diaspor qurumlarımız arasında güclü koordinasiya olmalıdır.
Bir də xaricdə oturub iqtidar-müxalifət söhbəti aparmaq ağılsızlıqdır. Mənasız bir işdir. Daxilimizdə olan məsələləri öz içimizdə həll etməliyik. Bunu kənara çıxarmaq və dartışmalara səbəb olaraq gətirmək, ümümi işlərimizə mənfi təsir edəcək. Bəzən Avropada yaşayan dəyərli insanlarımızı qarşı-qarşıya qoymaqla, ortaya bir qrup "urapatriotlar" çıxır. Bu "patriotların" bir qismi Azərbaycanda məişət zəminində ağır cinayət törətmiş, dövlət əmlakını mənimsəmiş şəxslərdi. Onlar Avropada adlarını və soy adlarını saxtalaşdıraraq, özlərini "siyasi" adam kimi qələmə verib yaşamaq hüququ alıblar. Geri qayıtmamaq üçün Azərbaycana hər cür böhtan yağdırmaqdan çəkinmirlər. Millətimizin mədəniyyətinə, mənəvi sərvətinə zərbə vururlar. Dəyərlı soydaşlarımız haqda şayə yayırlar, onların arasına düşmənçilik toxumu səpirlər. Belə üzdəniraq soydaşların bəzilərini Bakıda dəstəkləyənlərdə var. Dəfələrlə Avropada iqtidar və müxalifət yönlü əsil Azərbaycanı sevən soydaşlarımızın birləşmək anları çox olub, dərhal qara əllər bu birliyi pozub. Çox təəssüflər olsun ki, vətənpərvər diplomatlarımız bəzən geri çağırılıb. Bu barədə çox danışmaq istəmirəm. Onsuzda bu iradlarım ucbatından bir neçə dipkorpus məndən küsüb. Ancaq biz diplomatlarımızın passivliyinə heç vaxt göz yummayacağıq.
-Azərbaycan-türk diaspor qurumlarının birgə fəaliyyəti hiss olunurmu?
-1993-cü ilə qədər hər şey yaxşı idi. O, zaman azərbaycan, qaqauz, karaim, krım türk və s. arasında fərq qoyulmadan isti birlik mövcud idi. Din məsələsi ortaya atılandan sonra vəziyyət mənfiyə doğru dəyişməyə başladı. Xüsusilə, sünni, şiə, hənəfi, vahabi və s. təriqətləri ümümtürk diaspor inteqrasiyanın qarşısında baryera çevrildi. Dəfələrlə Azərbaycanın haqq səsi ilə bağlı keçirilən tədbirlərdə az sayda türkiyə türkünü görürük. Bəzən də bizim diaspor qurumlarımız da səhv edirlər. Belə ki, diaspor qurumlarımız tədbirlərə türk dünyasını birliyini sevən həqiqi insanları yox, öz şəxsi maraqlarını düşünən şəxsləri dəvət edirlər. Bu da arada inciklik yaradır.
- Son illər Heydər Əliyev Fondu diaspor sahəsində mühüm işlər görür. Bu xaricdə hiss olunurmu?
- Bəli, Heydər Əliyev Fondu önəmli işlər görür. Fondun dəstəyi ilə xaricdə Azərbaycan haqqında müxtəlif dillərə çap edilmiş kitablar paylanır. Azərbaycanın tarixindən tutmuş mədəniyyətinə, turizm sahəsinə qədər əhatə edən kitabçaların yayılması ölkəmizə maraq yaradır və Azərbaycan haqqında informasiyanı genişləndirir. Əvvəllər bizim belə kitablara böyük ehtiyyacımız var idi. İndi isə, biz belə kitabları asanlıqla əldə edirik. Avropa insanın marağını Azərbaycana pop, rep musiqisi ilə yarada bilmərik. Çünki, onlar artıq belə musiqilərdən beziblər. Biz onları milli musiqimiz muğam, milli rəqslərimizlə, eləcə də gözəl poeziya və nəsr əsərləri ilə ölkəmizə maraq yarada bilərik. Cox təəssüf edirəm ki, Azərbaycanın şair və yazıcılarının əsərlərini Avropa dillərinə tərcümə edilib yayılmasına həvəs göstərmirik. Bu işdə qeyri–səmimi qonşularımızdan çox geri qalırıq. Bu, üzdəndə də bəzən klassik fikir adamlarımızın milli mənsibiyyətləri də mənimsənilir...
-Elman bəy, təşəkkür edirik suallarımızı cavablandırdığınız görə və gələcək işlərinizdə uğurlar arzu edirik.
- Məndə Sizə və Güney Azərbaycan Televiziyasına öz təşəkürümü çatdırıram ki, ümümmilli ideyaların həyata keçməsi üçün önəmli işlər görür və uğurlar arzu edirəm.
Söhbətləşdi: Elnur Eltürk
İranın neft naziri istefa verdi
Norveç səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb
Yəmən husilərin nəzarətində olan əraziləri geri almaq üçün əməliyyata başlayıb
İranda dollar 2,7 milyon riala yaxınlaşıb
ABŞ BMT-də İran nümayəndə heyətinin iki üzvünü ölkədən çıxarıb
Şəriətmədari üç hakimiyyət qolundan tələb etdi: “Keyhanın hicab yazısını özünüz oxuyun”
İki iranlı terror aktı planlaşdırmaqda ittiham olunur
Teranda 3 bəhai ağır həbs cəzasına məhkum edildi
Almaniyada İŞİD-çi saxlanılıb
İranla münaqişə seçkilərdən əvvəl başa çata bilər- Tramp
İranda daha üç etirazçı edam ediləcək
ABŞ İranla əlaqəli onlarla şirkətə siyahıya tətbiq etdiı
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran NPT-dən çıxmağa hazırlaşır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
“Yuvana çəkil və orada gizlən”; Pezeşkianın oğlundan Müctəba Xameneiyə mesaj
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
Həmədanda iş qəzaları- 147 nəfər...
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Qazaxıstan Rusiyaya nota verib
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
Tramp: İranın nüvə obyektləri “narkotik istehsalı zavodları” da olub
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır