SON XƏBƏRLƏR

Həmid Derəxşan futbol tamaşaçılarını müdafiə etdi

2021.10.20, 07:36
Həmid Derəxşan futbol tamaşaçılarını müdafiə etdi

Gunaz.tv

GünAzTv: Təbrizin “Şəhrdari” futbol komandasının baş məşqçısı cənab Həmid Derəxşan bir sıra problemlərdən dolayi tamaşaçıların stadyomun (stadion) qapısı arxasında qalmalarını təssüflə qarşılayıb.

 

Derəxşan bu hadisəni kimsənin öz evinin qapısının arxasında qalması  kimi qiymətləndirib.

 

Baş məşqçı vurqulayıb ki, bütün idman yarışlarının cazibəsi tamaşaçılarla bağlıdır, ona görədə tamaşaçılara yaxşı şərait yaratmaqla onların razılığını əldə etmək lazımdır.

 

O “Traxtur” və “Şəhrdari” tərəfdarlarının qapı arxasında gözləmələrini çox pis hal olduğunu bildirərək bəyan edib ki, nə olar ki tamaşaçıları bir həftə də biletsiz olaraq stadyoma buraxsınlar.

 

Sonda baş məşqçi səlahiyyətli məsullardan tamaşaçıların problemlərinə diqqət yetirmələrini və çatışmamazlıqlara son qoymalarını istəyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar