SON XƏBƏRLƏR

Güney Azərbaycanın sorunları Almaniya mətbuatında işıqlandırılıb

2021.10.20, 07:36
Güney Azərbaycanın sorunları Almaniya mətbuatında işıqlandırılıb

Gunaz.tv

GünAzTv: Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) İdarə Heyətinin üzvləri Almaniyanın Hannover şəhərində "Garbsen" qəzetinin iki jurnalisti - Carola Faber və Oliver Kühnlə görüşüb.

GünAzTv mətbuat mərkəzinin “Xalq cəbhəsi”-nə istinadən yaydığı məlumata görə, Qarşı tərəf GAMAC İdarə Heyətinin üzvlərinə Güney Azərbaycanla bağlı müxtəlif suallarla müraciət ediblər. GAMAC İdarə Heyətinin üzvləri Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi və onun fəaliyyətilə bağlı açıqlama veriblər.

Jurnalistlərin suallarını cavablandıran GAMAC sədri, doktor Əsəd Tağızadə, qurumun İdarə Heyətinin üzvləri doktor Əyyub Qane və Maşallah Rəzmi İranda sayca əksəriyyət təşkil edən 30 milyon türkün hüquqlarının kobud şəkildə pozulduğunu, dilimizə və kültürümüzə qarşı aparılan ayrı-seçkilik siyasəti nəticəsində 30 milyon azərbaycanlının ana dilində təhsil almaq hüququndan məhrum olunduqlarını, türk mənşəli adlara qadağaların tətbiqi və türk olduqlarından dolayı təhqirlərə məruz qaldıqlarını söyləyiblər.

Güney Azərbaycanda azərbaycanlılara qarşı mədəni soyqırım tətbiq olunduğunu vurğulayan GAMAC İdarə Heyətinin üzvləri bildiriblər ki, beynəlxalq təşkilatlar İrandan öz hüquqlarını müdafiə etdikləri üçün həbslərə məruz qalan siyasi məhbusların azadlığa buraxılmasını, ana dilində təhsil hüququnun təmin olunmasını, kütləvi informasiya vasitələrinin azad fəaliyyətinə şərait yaradılmasını tələb etməlidirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar