SON XƏBƏRLƏR

İşğalçı ölkənin rəhbərliyi Qarabağda keçirilən hərbi təlimlərdə iştirak edir

2021.10.20, 07:36
İşğalçı ölkənin rəhbərliyi Qarabağda keçirilən hərbi təlimlərdə iştirak edir

Gunaz.tv

GünAzTv: Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağa səfər edib. Səfər çərçivəsində onu Ermənistanın müdafiə naziri Seyran Ohanyan müşayiət edir.

Erməni kütləvi informasiya vasitələrinın verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan Xankəndi separatçı rejimin rəhbəri ilə birlikdə hərbi təlimlərdə iştirak edir.

Xatırladaq ki, dünən saat 14:00-dan etibarən Ermənistan silahlı qüvvələri yenidən hərbi təlimlərə başlayıb. ANS press-in məlumatına görə, təlimlər Azərbaycanın işğal olunmuş Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilib. Təlimlərdə əsasən artilleriya silahlarından, top və tanklardan, qrad qurğularından atəş açılıb. Atəş səsləri Ağdamla yanaşı Ağcabədi, Tərtər və Bərdə rayonlarının təmas xəttinə yaxın ərazilərində yaxından eşidilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar