SON XƏBƏRLƏR

Ukraynada İran Səfirliyi qarşısında çılpaq Aksiya keçirilib

2021.10.20, 07:36
Ukraynada İran Səfirliyi qarşısında çılpaq Aksiya keçirilib

Gunaz.tv

GünAzTv: Noyabrın 11-də İranın Ukrayna paytaxtı Kiyevdəki səfirliyində azərbaycanlı qadın Səkinə Məhəmmədi Aştiyaniyə dəstək aksiyası olub.

Aştiyani 5 ildir həbsdədir. O, əvvəl zinada, sonra həm də ərinin qətlində iştirakda günahlandırılıb və daşqalaq yolu ilə edama məhkum olunub.

 

GünAzTv mətbuat mərkəzinin “Media forum”-a istinadən yaydığı məlumata görə, səfirlikdə keçirilən İran mədəniyyəti günləri mərasiminə qatılan qadın hüquqlarını müdafiə təşkilatının 5 təmsilçisi qəflətən soyunmağa başlayıblar. Soyuna-soyuna müxtəlif şüarlar səsləndirən ukraynalı qadınlar Aştiyaniyə çıxarılan edam hökmünün ləğvini tələb ediblər.

İran səfirliyindəki təhlükəsizlik qüvvələri qadınları zorla səfirlikdən çıxarıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar