SON XƏBƏRLƏR

“Şəhrdari” tərəfdarları tutuqlandı

2021.10.20, 07:36
“Şəhrdari” tərəfdarları tutuqlandı

Gunaz.tv

GünAzTv: Müsabiqə izləyicilərindən bir neçəsinin tutuqlandığı bildirilir. Onlardan hələlik bir neçəsinin kimliyi müəyyənləşib.

 

Dünən (Noyabrın 12-i , Abanın 21-i) Təbrizin səhənd stadyomunda (stadion) keçirilən müsabiqədə “Şəhrdari” futbol komandasının bir neçə tərəfdarı İran Təhlükəsizlik Qüvvələri tərəfindən yaxalanıb.

 

Təbrizin “Şəhrdari” komandası ilə Həmədanın “Pas” taxımları arasında keçirilən yarış, “Traxtur” komandasının yarışları kimi milli hüquqlarımızın tələbi ilə yadda qaldı. Stadyomun milli atmosferi İran Təhlükəsizlik Qüvvələri tərəfindən sərt qarşılandı.

 

Müsabiqə izləyicilərindən bir neçəsinin tutuqlandığı bildirilir. Onlardan hələlik bir neçəsinin kimliyi müəyyənləşib:

 

-Vəhid Təqəvi

- Nasir ...  (Vəhid Təqəvinin xalası oğlu)

-Yusif Abidpur

- və ...

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar