SON XƏBƏRLƏR

Təhlükəsizlik Qüvvələri Urmu Gölü ilə bağlı Yığıncaq keçirməyə imkan vermədi

2021.10.20, 07:36
Təhlükəsizlik Qüvvələri Urmu Gölü ilə bağlı Yığıncaq keçirməyə imkan vermədi

Gunaz.tv

GünAzTv: Güney Azərbaycanın Urmu şəhərində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) və Polis əməkdaşları Urmu Gölü ilə bağlı Etiraz Yığıncağı keçirmək istəyən soydaşlamıza imkan verməyiblər.

 

Noyabr ayının 11-i (Abanın 20-i) Ekologiya Nazirliyinin Ətraf Mühit Bölməsinin Urmu şöbəsi qarşısında nəzərdə tutulan yığıncaq, Təhlükəsizlik Qüvvələrinin müdaxiləsi ilə baş tutmayıb.

 

Tədbirin qarşısını almaq məqsədi ilə İran Təhlükəsizlik Qüvvələri Yığıncağın keçiriləcəyi məkanı səhər tezdən əhatəyə alıb və kimsəni oraya buraxmayıblar. İsrar edən soydaşlarımız və səhnədə şəkil çəkmək istəyən Ekologiya tərəfdarları polis tərəfindən yaxalanıblar.

 

Hələlik yaxalanan soydaşlarımızın sayı və onların kimliyi barədə heç bir məlumat yoxdur.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar