SON XƏBƏRLƏR

Ermənistanda Ərdəbil iqtisadiyyatına dair sərgi açılır

2021.10.20, 07:36
Ermənistanda Ərdəbil iqtisadiyyatına dair sərgi açılır

Gunaz.tv

GünAzTv: Hələ bir neçə il öncə İran İslam Respublikasının rəhbərliyi Güney Azərbaycanın Ərdəbil əyalətinə erməni iş adamlarını (o cümlədən Qarabağda yaşayaq erməniləri) dəvət etdəndə bu bölgənin mütərəqqi insanları hakimiyyətin bu addımına qarşı etiraz etdilər.

Onların etiraz aksiyası dağıdıldı. Həmin insanlar Ərdəbildəki məsciddə ermənilərin gəlişinə etiraz aksiyası keçirmək isətədikdə İslam Respublikasının yerli polisləri onlara qarşı orada belə dəyənək işlətdi. Bir çoxları həbs olunudu. Xatırladaq ki, Abbas Lisani o vaxt da həbs edilmişdi.

İslam adı altında 73 milyonluq bir ölkəni öz iddia və hikkəsinin əsirinə çevirən tehran hakimiyyəti belə davranışı ilə Azərbaycan Respublikasına qarşı da səmimi münasibətdə olmadığını  çoxdan sübuta yetirib.

«Panorama.am»-ın məlumatına əsasən Ermənistanda Ərdəbilini iqtisadiyyatına həsr edilmiş sərgi keçiriləcək.

Bu haqda əyalətin sənayeçilər təşkilatının sədri Məhəmmədcəfər Əsmai İranın «İRNA» agenliyinə müsahibəsində bildirib.

O, xatırladadıb ki, bu yaxınlarda Ərdəbil, Şərqi Azərbaycan, Tehran , Kürdüstan, Xuzistan əyalətlərindən olan bir qrup sahibkar, sənayeçi və  yerli hakimiyyət təmsilçiləri Ermənistana səfər ediblər. Onlar erməni həmkarları ilə ikitərəfli iqtisadi münasibətlərin inkişafından danışıblar.

Yada salaq ki, bu günlərdə İslam Respublikası –Ermənistan ticarət əlaqələrinin inkşifanıdan danışan İranın Kiş adasındakı azad iqtisadi zonanın təmsilçisi Rza Masrur qeyd edib ki, Yerevanla Tehranın əldə etdiyi razılağa əsasən İran malları Ermənistan ərazisindən Gürcüstan, MDB (Müstəqil Dövlətlər Birliyi) və Avropa  ölkələrinə daşınacaq.

Bu məqsədlə İran - Ermənistan dəmiryolunun tikintisi də nəzərə tutulub. On ildən artıqdır ki, Tehran hakimiyyəti Cənubi Astara ilə Şimali Astaranı birləşdirən dəmiryolu xəttinin tikintisini uzadır. Hər dəfə bununla bağlı bir bəhanə irəli sürür. Ancaq Rusiyanın dəstəklədiyi  Ermənistan-İran dəmiryolu xəttinin gerçəkləşdirilməsini tərəflər diqqətdən yayındırmır. Sədrəddin Soltan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar