SON XƏBƏRLƏR

İran məhkəməsi azərbaycanlı ailənin üzvlərini ağır cəzalandırılıb

2021.10.20, 07:36
İran məhkəməsi azərbaycanlı ailənin üzvlərini ağır cəzalandırılıb

Gunaz.tv

GünAzTv: Təbrizdə bir azərbaycanlı ailənin üç üzvü barəsində ağır məhkəmə hökmü çıxarılıb.

 

Azərbaycanın milli-mədəni fəalları Zəhra Cidii, Mərziyyə Ciddi və Əli Əmini qiyabi məhkəmə nəticəsində 91 gün həbs, cərimə və şallaq (qamçı) cəzasına məhkum ediliblər.

 

Təbriz məhkəməsinin 105-ci şöbəsi Zəhra Ciddini məmurlara qarşı təhqir və zorakılıqda ittiham edərək, onun barəsində 91 gün həbs, 50 zərbə şallaq və 1500 dollar (1 milyon 500 min tümən) cərimə hökmü çıxarıb.

 

GünAzTv mətbuat mərkəzinin “Savalan səsi” saytına istinadən yaydığı məlumata görə, oxşar ittihamlarla Əli Əmini 91 gün həbs və Mərziyyə Ciddi 50 zərbə şallağa məhkum edilib.

 

Qeyd edək ki, adını çəkdiyimiz 3 milli-mədəni fəal Şəmsi-qəməri tarixi ilə 1385-ci ildə İran polisi tərəfindən yaxalanıblar. Onlar dünya anadili günü münasibi ilə bağlı BİLDİRİŞ yaydıqları üçün tutuqlanıblar.

 

Polislər azərbaycanlı fəalları yaxalarkən, onların üzünə bibərqazı səpib və onları batunla döyüblər.

 

Onların ailəsi bildirir ki, əslində onlar polis tərəfindən həm yaxalanarkən həmdə polis idarəsində döyülüblər. Ancaq polis idarəsi sonra  saxta dosya yaradaraq onları məmurları döyməkdə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar